Xarici işlər nazirlərinin görüşü prezidentlərin görüşü üçün zəmin hazırlaya bilər - AÇIQLAMA

Xarici işlər nazirlərinin görüşü prezidentlərin görüşü üçün zəmin hazırlaya bilər - AÇIQLAMA"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirilən görüşündən ciddi nəticə gözləməyə dəyməz".

Bunu "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.

Xarici işlər nazirlərinin görüşü prezidentlərin görüşü üçün zəmin hazırlaya bilər - AÇIQLAMAElçin Mirzəbəyli qeyd edib ki, xarici işlər nazirləri hər hansı bir məsələ ilə bağlı yekun qərar vermək, hansısa məqamı prinsipial olaraq razılaşdırmaq səlahiyyətinə malik deyillər. "Onlar yalnız masa üzərində olan, yaxud yeni təqdim olan prinsiplər əsasında informasiya və fikir mübadiləsi apara bilərlər. Xarici işlər nazirlərinin görüşünün yekun nəticəsi prezidentlərin görüşü üçün zəmin hazırlamaq ola bilər ki, burada da son söz sahibi onlar deyillər. Düşünürəm ki, görüş öncəsi səslənən fikirlərə, xüsisilə də Rusiya və Ermənistanın xarici işlər nazirlərinin açıqlamalarına diqqət çəkməklə münaqişənin tənzimlənməsi prosesinin real mənzərəsinə müəyyən aydınlıq gətirmək olar. Ermənistanın xarici işlər naziri görüşə yeni təkliflərlə getdiyini bildirir. Bu isə o anlama gəlir ki, prezidentlərin görüşünün təşkili üçün xarici işlər nazirləri bir, yaxud bir neçə dəfə görüşməli olacaqlar. Çünki təklif varsa, o müzakirə olunmalı və mövqe bildirilməlidir".

Elçin Mirzəbəyli vurğulayıb ki, Sergey Lavrov isə görüşdən öncə danışıqların ancaq mərhələli həll planı müstəvisində aparılacağını bildirmişdi. "Təəssüf ki, Rusiya xarici işlər nazirinin bu bəyanatını bizim bəzi ekspertlərimiz xüsusi şadyanalıqla qarşıladılar. Sanki Lavrov yeni bir fikir səsləndirib. Onsuz da bu günədək masa üzərində olan bütün həll variantlarında münaqişənin mərhələli həlli nəzərdə tutulur. Bu həmin Lavrovdur ki, "Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlar keçirmək hüquq yoxdur" deməklə, ölkəmizin İşğal altında olan ərazilərimiz üzərindəki suveren hüquqlarını şübhə altına almışdı. Bu "urra", "çəpik" "analitikası"na son qoymaq lazımdır. Yalnız təsəvvürlər yanlış nəticələrə gətirib çıxara bilər".

Elçin Mirzəbəyli onu da bildirib ki, digər tərəfdən, çox ani bir baxışla, Rusiya və Ermənistan xarici işlər nazirlərinin açıqlamaları arasındakı əlaqəni sezmək mümkündür. "Xatırlayırsınızsa, bir müddət öncə Serj Sarkisyan "münaqişənin paket həllindən" söz açmışdı. Əslində şübhə etmirəm ki, Ermənistan prezidenti bu bəyanatı elə Lavrovun göztərişi ilə verib. İndi Lavrov Sarkisyanın mövqeyinə guya əks mövqe sərgiləməklə münaqişənin həllində ölkəsinin ədalətli mövqe tutduğunu sərgiləmək, Kremlin nüfuz müvəkkilləri üçün təbliğat söykəncəyi yaratmaq istəyir. O biri tərəfdən isə Nalbandyana "yeni təkliflər" barədə danışmaq göstərişi verilir ki, danışıqlar prosesinin uzadılması və burada Rusiyanının hər hansı bir rolunun olmadığı barədə görüntü yarada bilsinlər. Mənim gördüyüm real mənzərə budur".

Xarici işlər nazirlərinin görüşü prezidentlərin görüşü üçün zəmin hazırlaya bilər - AÇIQLAMADeputat Asim Mollazadə qeyd edib ki, Ermənistan beynəlxalq təzyiqlərdən sonra danışıq yoluna geri qayıdıb. "Onlar bir müddətdir ki, danışıqlara razlıq vermirdilər. "Amma təzyiqlərdən sonra danışığa getməyə razı oldu. Ermənistan tərəfi özünü elə aparır ki, guya ciddi danışıqlar gedir. Əslində Ermənistan sülhə hazır deyil. İşğalçılıq siyasətinə son qoymaq istəmir. Beynəlxalq ictimaiyyəti aldatmaq üçün bu gün Ermənistan danışıqlarda iştirak edir. Bilirsiniz, ermənilərdən təxribatçı addımlar hər zaman gözləniləndir".

BiG.AZ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 924   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ovni Muradov, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək rayo

29 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Prezident: "Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir"

"Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətləraras

1 may
.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may
.

İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətləraras

1 may
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29 aprel