Məktəbə hücum edən şəxsin yaxalanma anı - Video/Yeni

Məktəbə hücum edən şəxsin yaxalanma anı - Video/YeniRusiya Federasiyasının Buryatiya Respublikasında orta məktəbə silahlı hücum olub.

Sonxeber.az Teleqraf.com-a istinadla xəbər verir ki, bununla bağlı Buryatiya İstintaq Komitəsinin rəsmisi Dmitri Stolyarov məlumat verib.

İnsident Ulan Ude şəhərindəki 5 saylı məktəbdə baş verib.

Hücum 3 yeniyetmə tərəfindən törədilib. Hadisə zamanı 1 məktəbli qız öldürülüb, 5 nəfər isə ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Olayın səbəbləri məlum deyil.

Yeniyetmələr balta və "Molotov kokteyli" götürərək, məktəbə daxil olublar. Onlar balta ilə sinif yoldaşları olan qıza ölümcül xəsarət yetiriblər. Daha sonra "Molotov kokteyli"ni sinfə atıblar. Hadisə nəticəsində yanğın baş verib.

Yaralılardan birinin müəllim, 3-nün şagird, digərinin isə hücumçulardan biri olduğu deyilir. Cinayətkarın özünəqəsd etməyə çalışdığı bildirilib.

Olaydan sonra 500 nəfər məktəbdən evakuasiya edilib. Yanğının qarşısı qısa müddətdə alınıb.

Yerli polisdən verilən məlumatlara görə, hadisəni 9-cu sinif şagirdləri törədib. Yanğın baş verən otaqda isə 7-ci sinfin dərsi olub. İnsidentlə əlaqədar 2 nəfər saxlanılıb.

Qeyd edək ki, bu, son bir həftədə Rusiyadakı məktəblərə ikinci silahlı hücumdur. İlk hücum Perm bölgəsinin Motovilixin rayonunun 127 saylı məktəbində törədilib. Həmin hadisə zamanı 15 nəfər xəsarət almışdı.

***

Buryatiyada məktəbə hücum edən şəxslərdən birinin yaxalanma görüntüləri sosial şəbəkədə yayılıb.

Məlumatlara görə, hücum məktəbin şagirdləri Anton B., Aleksandr R. və İlya S. tərəfindən hazırlanıb.

Həmin görüntüləri təqdim edirik:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1106   Tarix: 19 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

KİV: HƏMAS İsraillə razılaşmanın birinci mərhələsində 33 girovu azad etməyə hazırdır

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında vəziyyətin nizamlanması üçün İsraillə razılaşmaların birinci mərhələsində radikalların əlində olan 33 girovu azad edəcəyi ilə bağlı razılığa gəlib. "Report"un məlumatına görə, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Eyni zamanda, məlumat

5 may
.

Blinken Ukraynaya ayrılmış milyardlarla dollar barədə: "Yaxşı iş yerlərinin yaranmasına imkan verəcək"

"Vaşinqton tərəfindən Ukraynaya onmilyardlarla dollarlıq hərbi yardım ABŞ-yə qoyulmuş investisiya kimi qalacaq". Bu sözləri ABŞ-nin dövlət katibi Antoni Blinken Makkeyn İnstitutunda təşkil olunan tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu vəsaitlər əsasən ABŞ-də yaxşı iş yerlərini

4 may
.

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id

5 may
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

5 may
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

5 may
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

4 may
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

4 may
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

5 may
.

KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

ABŞ münaqişə başlayandan bəri ilk dəfədir ki, İsrailə sursat tədarükünü dayandırıb. "Report" xəbər verir ki, bu barədə Amerikanın "Axios" nəşri iki İsrail rəsmisinə istinadən məlumat yayıb. "İsrail rəsmiləri bildiriblər ki, ötən həftə İsrailə sursat tədarükü dayandırılıb"

5 may