"Yoldaşına deyib ki, oğlumuzu sənə tapşırıram"- Oğlunun üzünü görməyən Şəhid zabitimizin döyüş yolu

"Yoldaşına deyib ki, oğlumuzu sənə tapşırıram"- Oğlunun üzünü görməyən Şəhid zabitimizin döyüş yoluŞəhidimizin yaxın qohumu Elyar İslamın Qabil haqda geniş məlumatı var. Şəhidimizin anası bizə məsləhət gördü ki, Elyar müəllimlə görüşüb Qabillə bağlı söhbət edək.

Elyar İslam:
"Vətənə "Ana" deyirik. Bu kəlməyə hər kəs təkcə dilinin deyil, qəlbinin, hissiyyatının, bir sözlə varlığının bütün şirinliyini qatır. Ananı seçmirlər, onu dəyişmək də olmaz. Ana ülvidir, safdır, doğmaların doğmasıdır. "Ana" dediyimiz Vətən də belədir. Onu da nə dəyişmək olar, nə də yenisini axtarmaq. Onu ancaq qorumaq gərəkdir. "Dədə Qorqud" filmində bir epizod var. El ağsaqqalı, əli qopuzlu xalq ozanı Dədə Qorqud belə bir nəsihət verir: "Torpağı həm əkib-becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkib-becərməsən, onu qorumağına dəyməz. Əgər qorumasan, onda da əkib-becərməyinə dəyməz.

Vətənimiz Azərbaycanın vuran ürəyi olan Qarabağı da illərdir ki, igid, qəhrəman övladları qoruyaraq Şəhid olur. Həmin igid Vətən övladlarından biri də 2016-cı ilin aprel ayında cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş leytenant Qabil Əbdüləli oğlu Orucəliyevdir. Aprel ayında hər kəs Qabili "övladının üzünü görməyən şəhid" kimi tanıdı. Çünki Qabil şəhidliyə qovuşmazdan cəmi 3 gün əvvəl ilk övladı dünyaya gəlmişdi. İllərlə "ilk övladım oğlan olsa, cavan yaşda vəfat edən atamın adını qoyacam"-deyən Qabilə, övladını qucağına almaq, onun iyini duymaq, saçını sığallamaq nəsib olmadı. O, 11 illik ayrılıqdan sonra atası ilə ən yüksək zirvədə, şəhidlik məqamında görüşdü. 13 yaşından ailənin bütün ağırlığını çiyninə götürən Qabil iki bacısı, bir qardaşı və anasından ibarət olan 5 nəfərlik bir ailənin qayğısını çəkərək, halal zəhmətilə pul qazanmışdı. O, heç kimin "yetim qızların cehizi az oldu"-deyə danışmaması üçün bacılarını ata qapısından el adətiylə toy edib, bütün cehizləri ilə birlikdə, qürurla yola saldı.

2015-ci ildə isə Qabil özü ailə qurmuşdu. Məktəb illərindən sevib-seçdiyi həyat yoldaşı ilə bircə il belə xoşbəxt yaşamaq ona qismət olmadı. Qabilin şəhidliyindən 3 gün əvvəl doğulan oğluna qəhrəman atasının adı verildi. (Qabil Qabil oğlu Orucəliyev) Bu gün həyat yoldaşı şəhidin məzarının başına dolandıqdan sonra, heykələ, daşa dönmüş həyat yoldaşı ilə danışır, söhbət edir. Onun oğlunu atasının adına layiqli, igid, cəsur, qorxmaz, vətənpərvər böyüdəcəyini deyir. Balaca Qabil isə indilik heç nəyi dərk eləmir. Şəhid atasının məzardan baxan şəklinə bəzən maraqla, bəzən ağlayaraq baxır.

Hərbçi olmaq Qabilin öz arzusuydu. O, vətənpərvər böyümüşdü. Döyüş bölgəsində xidmət etməsilə fəxr edirdi. "Vətənin dar günündə mən ön cəbhədə olmalıyam, arxa cəbhə mənim yerim deyil"-deyirdi. Döyüş yoldaşları, keçmiş əsgərləri, komandirləri Qabilin cəsur, dözümlü, iradəli, mərd bir Vətən oğlu olduğunu, onun son döyüşdə igidlik göstərdiyini, döyüşərək düşmənə çox ağır zərbələr vurduğunu deyir. Qabil və döyüş yoldaşları döyüşə-döyüşə düşmənin ön mövqelərini məhv edərək, xeyli irəliləmişdi. O, döyüş yoldaşlarını "Biz ermənidən qorxmuruq, onları məhv edib, torpaqlarımızı işğaldan azad edəcəyik, hər birimiz bir qəhrəman kimi geri dönəcəyik"-deyə ruhlandırmışdı. Qabil və döyüş yoldaşları Vətən uğrunda qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə yüksəldilər.

Şəhid leytenant Qabil Orucəliyevin dəfnində minlərlə insan "Şəhidlər ölməz, Vətən bölünməz" deyə bütün dünyaya car çəkdi. Şəhidin anası bütün analara örnək oldu. "Mənim balam qəhrəmandır, qəhrəmanın anası ağlamaz, balamı bir qəhrəman kimi Vətən torpağına tapşıracam"-deyərək, övladının tabutunu çiynində daşıdı. Minlərlə gənc "Halal olsun belə mərd, dözümlü, iradəli Anaya" deyərək "Biz hamımız Qabilik" dedi.

Leytenant Qabil Orucəliyevin şəhid olmasından bir müddət sonra anası Nuriyə xanıma qəhrəman oğlunun "İgidliyə görə üçüncü dərəcəli medal"ı təqdim edildi. Bu gün şəhid leytenant Qabilin davamçısı balaca Qabil qəhrəman atasının portretləri asılmış evdə yavaş-yavaş böyüyür. Balaca Qabilə əmisi 11 yaşlı İsa "atalıq" edir. Onu əzizləyir, boynunda gəzdirir, saçını sığallayır. Bütün ailə, qohum-əqraba, Naxçıvan sakinləri Vətən uğrunda qəhrəmancasına şəhid olan Qabillə fəxr edir, qürur duyur. "Qurani-Kərim"də belə buyurulur: "Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz.

Qabil döyüşə MAXE Adil Adilzadə və baş-leytenant Cavid Dədəkişiyevlə birlikdə gedib və şəhid olublar. Qabillə Adil həm də yaxın dost olublar. Həm Adil, həm də Qabil bığ saxladıqlarına görə bir-birinə çox bənzəyirdilər.

Anası Nuriyyə xanım Qabilin Şəhid olmasını aprelin 10-da bildi. Yoldaşına isə yalnız Qabilin cənazəsi gətirildiyi gün deyildi. Dünyaya təzə uşaq gətirdiyi üçün istəmirdik ki, bu xəbəri tez bilsin. Yoldaşı Qabili yuxusunda görüb və həyat yoldaşına belə deyib: "Oğlumuzu sənə tapşırırıram. Ondan muğayat ol. Torpaqlar alınana kimi müharibə hələ davam edəcək. Mən onsuz da haçansa Şəhid olacaqdım. Şəhidlər ölmür, sən ağlama".

Qabilin dəfninin bir gün sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov da başsağlığı vermək üçün yas mərasiminə gəlmişdi. Həmin gün Vasif müəllimin anası rəhmətə getmişdi və cənazəsi Bakıdan Naxçıvana gətirilirdi. Amma buna baxmayaraq Vasif müəllim yas mərasiminə gəldi başsağlığı verərək bir neçə saat bizimlə oturdu. Bu Şəhid ailəsi üçün çox böyük dəstək idi. Bu həmçinin bir çox rəsmilər üçün də bir örnək idi.

Bu gün Qabilin ailəsinin heç bir maddi dəstəyə ehtiyacı yoxdur. Ailəsi hörmətli Vasif Talıbov tərəfindən mənzillə də təmin olundu. Bu gün bizim və Qabilin ailəsinin bir arzusu var, o da Qabilin adının əbədiləşdirilməsidir. İstəyirik ki, onun adına bir küçə adı və ya oxuduğu məktəbə adı verilsin. Bu bizim üçün çox böyük təsəlli olar".
mənbə:moderator.az

"Yoldaşına deyib ki, oğlumuzu sənə tapşırıram"- Oğlunun üzünü görməyən Şəhid zabitimizin döyüş yolu"Yoldaşına deyib ki, oğlumuzu sənə tapşırıram"- Oğlunun üzünü görməyən Şəhid zabitimizin döyüş yolu"Yoldaşına deyib ki, oğlumuzu sənə tapşırıram"- Oğlunun üzünü görməyən Şəhid zabitimizin döyüş yolu


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4267   Tarix: 21 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tovuzda sərnişin avtobusu piyadanı vurub

Tovuzda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Bakıdan Qazaxa gələn sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadının vəziyyətinin ağır olduğu bildirilir

28 aprel
.

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb. APA-ya istinadla xəbər verir ki, Lənkəran rayonunun Osaküçə kənd sakini 2011-ci il təvəllüdlü A.İ.Babayevanın barmaqları ətçəkən maşında qalıb. A.Babayeva Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və köməyə FHN-nin Cənub Regional Mərkəzini

4 may
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə -a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28 aprel
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatlar məlum olub. -ın əldə etdiyi məlumata əsasən hadisə otla

4 may
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilər yanğında

5 may
.

Bakıda 55 yaşlı qadının meyiti tapıldı

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb. "Trend" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü Lalə Əliyevanın meyiti aşkarlanıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

4 may
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

4 may
.

İlahiyyat İnstitutunun gənc məzunu vəfat etdi

Azərbaycanda İlahiyyat İnstitutunun keçmiş tələbəsi vəfat edib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun təhsil göstəricilərinə görə fərqlənən gənc məzunu Günel Aslanova uzun sürən xəstəlikdən sonra vəfat edib

28 aprel
.

İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ

Uzun müddətdir Türkiyədə yaşayan iranlı qadın Sanaz Cəlilinin sığınacaq istəyi rədd edildikdən sonra həyatına son qoyub. xəbər verir ki, 7 il əvvəl Türkiyəyə gələn iranlı qaçqın Sanaz Celili sığınacaq müraciəti rədd edildiyi üçün intihar edib. Türkiyənin Miqrasiya İdarəsi tərəfindən İrana deportasiy

4 may