Rüsum azaldı, kərə yağı ucuzlaşmadı, şirkətlər susur

Rüsum azaldı, kərə yağı ucuzlaşmadı, şirkətlər susurAzərbaycana gətirilən kərə yağı üçün gömrük idxal rüsumunun 3 dəfə azaldılması barədə qərar idxalçılardan çox istehlakçıları sevindirmişdi. Hər kəs kərə yağının ucuzlaşacağından danışırdı. Qeyd edək ki, ötən ilin noyabr ayında verilmiş bu qərar dekabrın 7-dən qüvvədədir və 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.

Yeni qərara qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15%-i həcmində olub. Yeni qərara əsasən bu malların idxal gömrük rüsumu dəyərinin 5%-i həcmində müəyyənləşib. Beləliklə, rüsumlar 10% və ya 3 dəfə azaldılıb. Bəs görəsən, bu azalma kərə yağlarının qiymətində özünü necə göstərməli idi?

Bir aydan artıq vaxt keçsə də, kərə yağlarının qiymətində ucuzlaşma müşahidə edilmir. Bunun səbəblərini araşdırmaq üçün paytaxtın ən böyük marketlər şəbəkəsinə baş çəkdik.

"Bazarstore" supermarketində kərə yağının qiymətləri, elə həmişəki kimi, od tutub yanırdı. Satıcıların dediyinə görə, bəzi yerlərdə kərə yağlarının qiymətində ucuzlaşma olsa da, son bir ayda "Bazarstore"da ucuzlaşma qeydə alınmayıb.

Yeri gəlmişkən, alıcılar qiymətlərdən narazıdır. Bakı sakini Fərhad Quliyev Lent.az-ın əməkdaşı ilə söhbətində belə deyib: "Ötən ay televizorda dedilər, kərə yağının qiyməti ucuzlaşacaq. Bəs hanı? Nə vaxt gəlirik, eyni qiymətdir. Hətta bəzi yağların qiyməti artıb ki, azalmayıb".

Satıcılar onu da dedilər ki, rüsumun aşağı salındığı vaxtdan sonra – son bir ayda ölkəyə gətirilən kərə yağları, güman ki, hələ mağazaya çatdırılmadığı üçün qiymətlər də yenilənməyib: "Bu mallar əvvəldən gətirilənlərdir. Ola bilsin, yeni rüsumla gətirilənlər mağazaya veriləndə yeni qiymət olacaq".

Digər iri mağazalar şəbəkəsindən olan "Neptun" supermarketində də alıcılar eyni qaydada gileylidirlər. Nəsibə xala kərə yağlarının qiymətinin dəyişmədiyini deyir: "Deyirlər guya ucuzlaşıb, amma elə eyni şeydi..."

Marketin satıcısı isə iddia edir ki, ötən aya nisbətən kərə yağlarının qiymətində 1-2 manat ucuzlaşma olub. Bunun idxal rüsumunun azaldılması ilə bağlı olub-olmadığını isə izah etmədi: "Bu, rəhbərliyin işidi, mən o səbəbi izah edəcək qədər məlumatlı deyiləm".

Qeyd edək ki, kərə yağının qiymətləri dövlət tərəfindən tənzimlənmir. Ona görə də qiymətləri idxalçıların tənzimlədiyini, nəzərə alaraq, əsas idxalçılardan olan "Veysəloğlu" MMC-dən məsələ ilə bağlı rəy öyrəndik.

Şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə Lent.az-a açıqlamasında qeyd edib ki, kərə yağının idxal rüsumunun 15%-dən 5%-ə endirilməsi əsasən MDB ölkələrindən kənardan gətirilən kərə yağına aiddir: "Yəni idxal olunan məhsulun statistik dəyərinin (əlavə dəyər vergisindən başqa) 15%-i həcmində idxal vergisi tutulurdu. "Veysəloğlu" şirkəti də kərə yağlarını MDB ölkəsindən, yəni Belarusdan idxal etdiyi üçün ölkələr arasındakı razılaşmaya əsasən, bu məhsullar idxal rüsumuna cəlb olunmurlar. Ona görə də sözügedən 15% idxal rüsumunun azaldılması bizim gətirdiyimiz yağlara şamil olunmur. Onsuz da bizim Belarusdan idxal edərək ölkədə satışını həyata keçirdiyimiz yağlarda elə bir ciddi qiymət artımı müşahidə olunmamışdı. Bizim idxal etdiyimiz Belarus yağlarının qiymətlərinə ciddi təsir edən iki əsas amil daşınma xərcləri və idxal gömrük rüsumu idi. Bizim gətirdiyimiz kərə yağları da gömrük rüsumuna cəlb edilmədiyi üçün "Veysəloğlu"nun idxal etdiyi kərə yağları ucuz başa gəlir və bazarda da ucuz qiymətə satılırdı".

İqtisadçı Natiq Cəfərli Lent.az-a açıqlamasında bildirdi ki, kərə yağında gömrük rüsumlarının 15%-dən 5%-ə enməsi təqribən qiymətlərə 0.50-1 manat arası təsir göstərməli idi:

- Hələ ki, bazarda qiymətlərə ciddi təsir etdiyini görmürük. Bunun bir neçə səbəbi var. Səbəblərdən biri odur ki, kərə yağının önəmli bir qismi Avrozonadan gətirilir və avro ilə alınır. Son zamanlar isə avronun manat qarşısında kəskin bahalaşmasını görürük. 2017-ci ilin yanvar ayı ilə müqayisədə avro təqribən 18%-ə yaxın dəyər görüb. Və bu da qiymətlərə təsir göstərir. Hətta Avrozonadan gələn kərə yağının qiymətində, gömrük rüsumlarının azalmasına baxmayaraq, artım da ola bilər.

Ekspert hesab edir ki, ikinci və daha maraqlı məsələ bazar oyunçularının sayının az olmasıdır. Bazarda ölkəyə idxal edən, məhsul gətirən şirkətlərin sayı azdır. Bu da rəqabətli mühitin yaranmasına mane olan amillərdən biridir. Gömrük rüsumlarının aşağı çəkilməsi baş verib, ola bilər ki, bundan sonra bazara yeni oyunçular, yeni şirkətlər, hüquqi və fiziki şəxslər daxil olmağa, xaricdən daha çox kərə yağını gətirməyə çalışsınlar. Bu da rəqabətli mühit yarada bilər. Belə mühit yaransa, qiymətlərdə müəyyən dərəcə normallaşma, sabitləşmə, hətta ucuzlaşma da müşahidə edə bilərik.

Ekspert onu da qeyd edib ki, bir müddət sonra kərə yağlarının qiymətlərində ucuzlaşma olması gözləniləndir:

- Qərar yeni qüvvəyə minib və çox qısa bir zaman keçib. Ona görə də qısa bir zamanda ciddi dəyişikliklərin olmasını gözləmək də əbəsdir. Çünki bu gün bazarda satışda olan məhsulların bir çoxu hələ qərar qüvvəyə minməzdən öncə ölkəyə gətirilmiş məhsullardır və onlar gömrük rüsumunu 15%-lə ödəyiblər. Bir müddət sonra əsasən Avstraliya və Yeni Zelandiyadan gətirilən kərə yağlarının qiymətlərində 0.50-1 manat arasında ucuzlaşma ola bilər. Çünki onlar dollarla müqavilə bağlayırlar. Doların məzənnəsi də hələlik sabitdir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında "Delta Qrup C.O." MMC, "Vest Produkt Marketinq" MMC, "Azərsun Holdinq" MMC, "Dinçer və Carçıoğlu" BM, "Gulistan Baku" MMC, "Veysəloğlu" MMC və "Lactalis Caspi" MMC kimi şirkətlər Azərbaycan bazarında kərə yağının qiymətlərinin baha olması ilə bağlı istehlakçılara müraciət etmişdi. Bu müraciətdən 1 ay sonra Nazirlər Kabinetində Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldacaq qərar qəbul edildi.

İdxalçılar üçün yerində verilmiş bu qərar yuxarıda adı çəkilən idxalçı şirkətlərin o qədər ürəyincə olub ki, bu gün bu haqda danışmaq belə istəmirlər. Yalnız "Veysəloğlu MMC"-də suallarımıza ətraflı cavab verdilər. Digər adıçəkilən şirkətlərin cavabdeh şəxsləri bir həftə ərzində müxtəlif səbəblər gətirərək, bu barədə danışmaqdan yayındılar...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 899   Tarix: 23 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı uşaqlara amansız işgəncələr verən Aida Serobyan Azərbaycana VERİLƏ BİLƏR? - ŞƏRH

Xəbər verdiyimiz kimi, işğal vaxtı ermənilərin daha bir azərbaycanlının başına gətirdiyi işgəncəli acı taleyi məlum olub. Belə ki, 1993-cü ildə Xankəndidə doğulan sonuncu azərbaycanlı körpəyə qarşı erməni tibb bacısı inanılmaz qəddarlıq edib. Burada həmin erməni tibb bacısı Aida Serobyan olub. Ermənista

6 may
.

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Məcəlləyə əsasən, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığ

6 may
.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

6 may
.

Mehdiyevin kürəkəninin adı hallanan 3 milyonluq qalmaqalın sübutu gizlədilib?

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsus "Dostluq-MK" MMC ətrafında qalmaqal yaranıb. Qaynarinfo xəbər verir ki, qalmaqalda tərəflərdən biri xaçmazlı iş adamı Mənsur İbrahimovdur. Bir neçə gündür bu barədə mediad

6 may
.

Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı: "İstəyirsənsə hakimiyyətdə olan, 2-3 arvad saxlayan məmurların adını çəkim!"

Sabiq deputat, eks səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, "hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür" girişli, "siz mənim dostum və ağsaqqalımsız" sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu ortaya çıxıb. Məktub Prezident Administrasiyasınd

6 may
.

Rezidenturaya qəbulun nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün mayın 5-də keçirilən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini açıqlayıb. Mərkəzdən -a verilən məlumata görə, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartını

6 may
.

Azərbaycanlı iş adamının "Qalatasaray"dakı işinə xitam veriləcək

Azərbaycanlı iş adamı "Qalatasaray"dan ayrılacaq. xəbər verir ki, Dursun Özbek "Qalatasaray"ın prezident seçkisinə namizədliyini açıqlayıb. İstanbul təmsilçisinin başqanı vəzifəsinə seçki mayın 25-də keçiriləcək. Özbek 2022-ci ilin yayından "Qalatasaray"ın prezidentidir

6 may
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

6 may
.

Əhməd Cavadın nəticəsi: "Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!"

"Əhməd Cavad ömrünü Azərbaycan xalqına həsr edib. Əlbəttə ki, o illər çətin dövrlər idi. Zamanın çətinliyinə baxmayaraq, öz həyatını Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı üçün qurban verib. Özünü ən yüksək zirvələrə ucaldıb. Onun adını yaşatmaq mənim üçün böyük qürurdur. Mən sove

6 may