10 min nəfərin sürücülük hüququ məhdudlaşdırıldı

10 min nəfərin sürücülük hüququ məhdudlaşdırıldıÖtən il respublika ərazisində baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb. Bu da 2016-cı illə müqayisədə hadisələrin 8,6, həlak olanların 1,2, xəsarət alanların isə 14,2 faiz azalması deməkdir.

Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov əməliyyat müşavirəsində çıxışı zamanı deyib.

R.Zeynalov bildirib ki, bu gün ən müasir keşik avtomobillərinin, digər zəruri texnika və avadanlıqların imkanlarından yararlanan Dövlət Yol Polisi tərəfindən il ərzində 3,3 milyondan çox yol hərəkəti qayda pozuntusu, o cümlədən 9,4 minə yaxın nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi, 1,7 milyondan çox sürət həddinin aşılması, 140,5 min ötmə, manevr və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma qaydalarının pozulması, 135 minə yaxın yolayrıcını keçmə qaydalarının pozulması ilə bağlı fakt qeydə alınıb.

"Qayda pozuntularına görə 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb. Həmin inzibati xətaların 63,3 faizi xüsusi texniki vasitələrin köməyi ilə, qalanları isə "İ-patrul" sistemi vasitəsilə və əməkdaşlar tərəfindən aşkarlanıb. Yol polisinin əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində də fəal iştirak ediblər. Belə ki, onlar tərəfindən məlumat bazası ilə axtarışda olan 54 nəfər və 236 avtomobil saxlanılıb, polisin digər xidmətləri ilə birgə 40 kiloqramdan çox narkotik vasitə, 6 ədəd odlu silah aşkar edilərək istintaq orqanlarına verilib. Həmçinin, qeydiyyat-imtahan məntəqələrində avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanılıb, habelə 272 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin "isti izlərlə" tapılması təmin edilib".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1941   Tarix: 24 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib. xəbər verir ki, şöbəyə qəbul edilən xəstələrdən 56-sı dərmandan, 31 nəfər isə sirkə turşusundan, 8-i etanoldan, 7-si dəm qazından və 5 nəfər botulizmdən zəhərlənən şəxslərdir. Həmçinin 6 nəfə

2 may
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

1 may
.

Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - ANBAAN VİDEO

Dünən Bakıda iki yük maşınının alışaraq yanması barədə məlumat vermişdik. -in "qaynar xətti"nə daxil olan görüntüdən məlum olur ki, yanan TIR-ların birində yatan sürücü son anda xilas olub. Belə ki, kənardan TIR-ın alışdığını görən digər sürücü yanan yük maşınında yatan sürücünü oyadıb. Bunda

2 may
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

2 may
.

"Met-Ak" ölkədən külli miqdarda pul çıxarıb?

"Met-Ak" MMC barəsində cərimə protokolu tərtib edilib. MMC böyük məbləğdə cərimə edilə bilər. xəbər verir ki, "Met-Ak" İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərd

1 may
.

Sabiq icra başçısına məxsus olduğu bildirilən klinika cərimələnir

"Vimay-med" MMC-yə inzibati protokol tərtib edilib. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fizik

2 may
.

Magistr imtahanında ən yüksək balı o topladı

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda birinci oldu. BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında (essesiz) 86 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib. Qəhrəma

2 may
.

Bazarda min bir dərdin dərmanı olan yabanı bitkilərin QİYMƏTİ - VİDEO

Yolotu, qazayağı, gicitkən, cincilim, çiriş, dombalan, qulançar, boyana, əməköməci. Say, say bitmir. Bütün bunlar yaz mövsümündə yabanı halda bitən, sonra bazarların piştaxtalarına yol açan min dərdin dərmanı olan bitkilərdir. Hansı ki, bir çoxlarının onlardan xəbəri belə yoxdur. Baku TV-nin əməkdaş

2 may
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

1 may