Bir gündə iki jurnalist itkisi... - Əflatun Amaşov

Bir gündə iki jurnalist itkisi... - Əflatun AmaşovMətbuat Şurasının sədri Əflatun Amaşov azərbaycanlı jurnalist – Nicat Məlikov və Ülviyyə Məmmədovanın (Şamilqızı) vəfatı ilə əlaqədar başsağlığı verib.

Millət vəkili bu barədə öz "Facebook" səhifəsində məlumat yazıb.

Əflatun Amaşov bildirib ki, jurnalist itkisi həm də cəmiyyətin itkisidir:

"Müəyyən mənada şablon kimi səslənən bir deyim var – həmkar itirmək çox ağırdır. İtirdiyin həmkar jurnalistdirsə, zənnimcə, ağırlıq daha da artıq olur. Jurnalistlər təkcə özləri əbədiyyətə qovuşmurlar, onların ideya və baxışları da bu dünyadan köç edir. O ideya və baxışlar ki, həyata keçməsi cəmiyyətin xeyrinədir. O ideya və baxışlar ki, reallaşması dərdlərə məlhəmdir, mənəvi rahatlıqdır, ruh yüksəkliyidir, yeni gün uğrunda mübarizə əzmi və çağırışıdır.

Bu mənada jurnalist itkisi həm də cəmiyyətin itkisidir. Həqiqətən də çox ağırdır. Bu günlər ağırlığın gətirdiyi dərin üzüntü, məyusluq və sarsıntı hissi bizi tərk etmək bilmir. Nicat Məlikov və Ülviyyə Məmmədova (Şamilqızı) kimi istedadlı həmkarlarımız barədə artıq keçmiş zamanda danışmaq əzabını yaşayırıq. Hər ikisi fəaliyyət tərzləri, yanaşmaları ilə cəmiyyətə, topluma faydalı nələrisə qabartmağa, göstərməyə, təbliğ etməyə can atırdılar, buna müvəffəq olurdular. Bu keyfiyyətlərinə görə tanınır, qəbul edilirdilər.

Uca Tanrıdan onların hər ikisinə rəhmət diləyirəm. Allah doğmalarına, əzizlərinə, doğma nəvazişi və qayğısı ilə yanaşdıqları dostlarına və həmkarlarına səbr versin. Ruhları şad, məkanları cənnət olsun!".

Qeyd edək ki, Nicat Məlikov ürəktutmasından, Ülviyyə Şamilqızı isə Rusiyanın Həştərxan şəhərində avtomobil vurması nəticəsində dünyasını dəyişib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1143   Tarix: 24 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan Ermənistandan kompensasiya tələb edəcək? - AÇIQLAMA

Bu gün işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri davam etdirilir. Qarabağda quruculuq işləri tamamlanan ərazilərə artıq sakinlərin köçürülməsi davam etdirilir. Lakin buna baxmayaraq, Qarabağı yenidən bərpa etmək. yaşayışı təmin etmək üçün uzun müddət və maliyyə vəsaiti lazımdır. Bu baxımda

30 aprel
.

Avtobuslar vaxtaşırı TƏMİZLƏNİR? - Açıqlama

Bəzən marşrut və avtobuslarındakı antisanitariya ilə bağlı narazılıq edən sərnişinlərlə rastlaşırıq. Yay aylarında sərnişinlərin səhhəti üçün vacib olan əsas amillərdən biri təmizlikdir. Bəs ictimai nəqliyyatdan bu təmizliyə riayət edir?. Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Ərşad Hüseynov -a açıqlam

30 aprel
.

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir. -ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib. Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətini

30 aprel
.

AXTARILIR! - Bakıda 48 yaşlı daun sindromlu kişi itkin düşüb - FOTO

Bakı şəhər Binəqədi rayonu 7-ci mikrorayon ərazisində 48 yaşlı daun sindromlu şəxs itkin düşüb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, Həzi Əhmədov adlı şəxs "Talışların binası" adlanan ərazidən yoxa çıxıb. Onu görənlərdən 070-449-49-10 nömrəsi ilə əlaq

30 aprel
.

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır

30 aprel
.

Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdı

Aprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 15 yaşlı Şahin Quliyev barədə bəzi detallar üzə çıxıb. Yeniyetmənin atası Sahib Quliyev -a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub:. "Mən Rusiyada yaşayırdım, hadisəni eşidən kim

30 aprel
.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yenidən məhkəməyə verildi - SƏBƏB

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yenidən məhkəməlik olub. xəbər verir ki, Abdullayev Samir Zahid oğlu agentliklə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət edib. Hakim Gülşən Əliyevanın icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqəda

30 aprel
.

Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?

Kirants kəndinin sakinlərinin təklifi Ermənistan hökuməti tərəfindən rədd edilib. xəbər verir ki, bu barədə kənd sakinlərindən biri jurnalistlərlə söhbətində məlumat verib. Aprelin 29-da bir qrup Kirants sakini baş nazir Nikol Paşinyanla görüşmək üçün İrəvana gəlib. Görüşün sonunda iştirakçılar son dərəc

30 aprel
.

Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə "kupça" veriləcək

Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 88 013 mülkiyyət hüququnun qeydiyyatını aparıb. Bu barədə Dövlət Xidmətindən bildirilib. Məlumata görə, bu göstəricinin 13 540-ı (15,3 %) ilkin, 74.473-ü isə (84,7 %) təkrar qeydiyyatın payın

30 aprel