"Teleqüllə" restoranı bağlanır? - Açıqlama
Səbail rayonu, Bayıl sürüşmə zonasında qeydə alınan çatlar genişləndiyindən məşhur "Teleqüllə" restoranın bağlanacağı bildirilir. Bu günlərdə restoranın müştərisi olan vətəndaşın Modern.az-a bildirdiyinə görə, məlumatı restoranın işçiləri deyib.
Məsələni dəqiqləşdirmək üçün "Teleqüllə" restoranı ilə əlaqə saxladıq. Restoranın adını çəkmək istəməyən əməkdaşı Modern.az-a məlumatın həqiqəti əks etdirmədiyini bildirib:
"Ərazidə sürüşmə qeydə alınıb, doğrudur. Amma bunun bizim restoranımızla əlaqəsi yoxdur. Restoranın bağlanmasından söhbət getmir. Belə müzakirə də aparılmayıb".
Ərazidə yaranan təhlükə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Modern.az-a bildirib ki, "Teleqüllə" sürüşmə sahəsində teleqüllədən 200-250 m cənub-şərqdə, torpaq qatında eni 0,1-1,0 m, görünən dərinliyi 5-6 metr, uzunluğu 60-70 metr olan çatlar qeydə alınıb.
Nazirlik rəsmisinin sözlərinə görə, ay ərzində prosesin dinamikasında aktivlik qeydə alınıb, ekspedisiya mütəxəssisləri tərəfindən ərazidə monitorinq işləri davam etdirilib. Hazırda vəziyyət stabilləşməkdədir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1729 Tarix: 07 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı
19 dekabrKarantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus
20 dekabrRəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto
Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb
20 dekabrNazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d
21 dekabrBu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi
19 dekabrBayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR
Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur
21 dekabrNazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye
20 dekabr