Qəzada ölən azərbaycanlının kriminal aləmlə əlaqəsi var? - YENİLƏNİB - FOTO

Qəzada ölən azərbaycanlının kriminal aləmlə əlaqəsi var? - YENİLƏNİB - FOTOFevralın 11-də Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olan Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlunun kriminal aləmlə əlaqəli olması barədə mediada yayılan xəbərlər təkzib edilir.

Bu barədə musavat.com-a mərhumun yaxın qohumu məlumat verib.

Qarabağ Azadlıq Təşkilatının sədrinin müavini, keçmiş döyüşçü İlqar Əli bildirib ki, faciəli şəkildə həlak olan N.Qəhrəmanov onun əmisinin nəvəsidir:

"Mətbuatda yayılıb ki, o, kriminal aləmin üzvüdür. Lakin əminliklə deyirəm ki, Namiqin kriminal alımlə heç bir əlaqəsi olmayıb. Ümumiyyətlə, bu sahəyə yaxın olmayan adam idi. Özü də Namiq Qarabağ döyüşçüsüdür. 4 il - 1992-96-cı illərdə orduda olub, Qarabağ uğrunda can qoyub. Tərtər, Ağdam, Füzuli istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Özü də artilleriya bölüyündə xidmət edirdi".

İlqar Əlinin sözlərinə görə, N.Qəhrəmanov 10 ildən çox imiş ki, Rusiyada yaşayırmış: "Düzdür, bir neçə il əvvəl Rusiyadakı azərbaycanlıların kütləvi deportasiyası zamanı o da bura qayıtmışdı. Ancaq 2 ildən çox idi ki, orada uşaq geyimlərinin biznesi ilə məşğul olurdu, Orsk şəhərində özünün fabriki var idi. Elə qəza günü də ora uçurmuş ki, işçilərin maaşını verib, qayıtsın".

N.Qəhrəmanovun ailəsi Yevlaxda yaşayırmış. Yevlax şəhəri Qasım bəy Zakir 19 ünvanında yaşayan ailə hazırda Namiqin nəşinin gətiriləcəyini gözləyir.

İ.Əli qeyd edib ki, N.Qəhrəmanovgil ailədə 6 qardaş, 1 bacı olublar. Mərhum qardaşların kiçiyi imiş. Atası 10 il əvvəl rəhmətə gedib.

Mərhumun özündən sonra 2 oğlu, 1 qızı qalıb. Qızının 10 yaşı var, oğlanları isə 6 və 7 yaşlarındadır: "Namiq dayısı qızı ilə ailə qurmuşdu. Həyat yoldaşı atasını da cavan itirmişdi. İndi də gözüyaşlı qaldı".

Sədr müavini əlavə edib ki, N.Qəhrəmanov ara-sıra vətənə gəlib, ailəsinə baş çəkib, geri qayıdırmış: "Axırıncı dəfə 2 ay bundan əvvəl Bakıda görüşdük. Rusiya səfirliyinə hansısa sənədə görə getmişdi, oturub çay içib, söhbət etdik. Rəhmətlik çox bacarıqlı oğlan idi".

***

Moskvada təyyarə qəzasında ölən Namiq Qəhrəmanov kriminal aləmin üzvü olub.
Sonxeber.az unikal.org-a istinadən xəbər verir ki, qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu krminal aləmdə "Haqqı" ləqəbi ilə tanınan kriminal avtoritet olub.

O, uzun illərdir Rusiyada yaşayıb və tekstil fabrikinin sahibi olub. Qardaşı da krminal aləmin üzvüdür və "İsim" ləqəbi ilə tanınır. N.Qəhramanovun qardaşı sonuncu dəfə Yevlaxda qanunsuz silah saxladığı üçün hazırda həbsdədir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4683   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ər-arvadı meşədə öldürüb meyitlərini yandıran azərbaycanlıdan YENİ XƏBƏR

Aprelin 25-də Rusiyanın Tula vilayət məhkəməsində andlılar kollegiyası 46 yaşlı Azərbaycan vətəndaşı Rəfail Mahmudova hökmü geri qaytarıb. Həmin şəxs qətl və quldurluqda ittiham olunur. Rusiya mediasına istinadla bildirir ki, 2022-ci ildə "qara rieltor" spirtli içkidən sui-istifadə edərək ər-arvad

26 aprel
.

Zaqatalada 76 yaşlı qadın intihar edib

Zaqatalada 76 yaşlı qadın intihar edib. APA-nın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Hürü Əhməd qızı Yusubovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırm

21 aprel
.

Ukraynada son vəziyyət: "Əhalisi 30 min nəfərə yaxın olan şəhərdə 10 faiz əhali qalıb" - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Xarkov vilayətinin Vovçanska şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib. Belə ki, əhalisi 30 min nəfərə yaxın olan bu şəhərdə 10 faiz əhali qalıb

14 aprel
.

Taleh Babayev: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb

Bakının Nərimanov rayonunda yerləşən taxta bazarında baş verən yanğın zamanı 100 m²-ə yaxın taxta yanıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib. Onun sözlərinə görə, 800-10

20 aprel
.

Əhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür. Bu dəfə 200-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələ

21 aprel
.

Ceyranbatan su kanalında bir nəfər batıb

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regiona

20 aprel
.

Yasamalda 24 yaşlı qızı avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, metronun "İnşaatçılar" stansiyasının yanında avtomobil yolu keçən 200-ci il təvəllüdlü Aynur İbad qızı Allahverdiyevanı vurub. Yaralı təcili tibbi yardımı

21 aprel
.

Gəncə şəhərində ev yanb

Gəncə şəhərinin Məhsəti qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 163 kvadratmetr olan evin 68 kvadratmetri yanıb. Əraziyə dərhal FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğı

14 aprel
.

Xaçmaz bazarında yanğın olub

Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində ik

21 aprel