İntim video yayılan Bakı məktəbindən reportaj

İntim video yayılan Bakı məktəbindən reportajVideonun arxasındakı maraqlı həqiqətlər - yeniyetmələrin anaları rəfiqədir, ailə arasında get-gəl olub. Hadisə baş verən gün qızın anası övladını məktəbdən çıxardıb
Bakının 132-134 saylı Təhsil Kompleksinin geyinib-soyunma otağında gizli kamera vasitəsi ilə çəkilən video geniş müzakirələr səbəb olub. Videoda 11-ci sinif şagirdi 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olur. Gənc oğlan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 150.3.3. maddəsi ilə (aşkar surətdə on dörd yaşına çatmayan şəxslə seksual xarakterli əməllər törətmək) cinayət işi başlanılıb.

YÜKSƏK SƏVİYYƏDƏ MÜHAFİZƏ – İÇƏRİ YAD ADAM GİRƏ BİLMƏZ

Sonxeber.az bildirir ki, musavat.com əməkdaşı hadisənin yayıldığı gündən etibarən bir-birindən fərqli informasiya və şayiələrin yayıldığını nəzərə alıb, sözügedən kompleksdə olub.

Saat 14.00 radələrində kompleksə daxil olduq. İkinci növbənin dərsləri başladığı üçün koridorlar boş və səssiz idi. Qapıda xüsusi uniforma ilə dayanan nəzarətçiyə direktorla görüşmək istədiyimizi dedik. O da daxili telefonla öncə direktorun müavini ilə əlaqə saxladı, sonuncu ilə qısa söhbətdən sonra kompleksin direktoru Sara Xanlarova ilə görüşə bildik.

Öncə qeyd edək ki, videonun yayıldığı gündən etibarən cəmiyyətdə, xüsusən də sosial şəbəkələrdə bir-birindən fərqli informasiyalar yer alır. Daha çox məktəbin bu məsələdə məsuliyyət payı müzakirə olunur. Çünki dərs saatında iki şagirdin rahatlıqla otaqlardan birində belə bir əməl etməsi məktəbdə nəzarət probleminin olması kimi qəbul edilir. Məktəblə ilkin tanışlıq zamanı məlum olur ki, son dərəcə yüksək təmirli, nəzarətli və intizamlıdır. Qapıda nəzarətçilər, koridorlarda növbətçilər. Yad adamın məktəbə daxil olması dərhal diqqəti cəlb edir və eyni zamanda bir neçə nəfər sizin kimliyinizlə ciddi şəkildə maraqlanır. Bəs belədirsə, o neqativ hal necə yaşanıb?

DİREKToR SARA XANLAROVA: "BU HADİSƏDƏ CAVABI HƏLƏLİK BƏLLİ OLMAYAN ÇOXLU SUALLAR VAR"

S.Xanlarova əməkdaşımızla söhbətində bildirdi ki, onlar da bütün Azərbaycan cəmiyyəti kimi bu hadisədən olduqca təsirləniblər və hələ də şokdadılar. Təhsil kompleksinin direktoru hadisədə çoxlu sayda cavabı hələlik bəlli olmayan suallar olduğunu dedi: "Bilirsiniz ki, hazırda istintaq gedir. Ona görə də mən nə desəm, istintaqa təsir etmiş və reallığı əks etdirməmiş olacağam. İcazə verin, istintaq ilkin rəyini desin, ondan sonra biz sizinlə danışarıq".

QIZIN ANASI FEVRALIN 9-DA MƏKTƏBƏ GƏLİB VƏ...

Amma "Yeni Müsavat" bu hadisənin izi ilə bir neçə ilginc həqiqətləri üzə çıxarıb. Bunlardan birincisi, hadisənin iştirakçılarından olan, 7-ci sinif şagirdi qızın məktəbdən qovulması ilə bağlı iddiadır. Məktəb rəhbərliyinin də təsdiqlədiyi məlumata görə, videonun yayıldığı gün, yəni fevralın 9-da qızın anası məktəbə gəlib və ərizə yazaraq qızını məktəbdən çıxartdırıb. Ümumiyyətlə, qız ilk gündən bu məktəbdə oxumayıb, onu başqa məktəbdən bura gətiriblər. Valideyni də bu hadisədən dərhal sonra onun 132-134 saylı Təhsil Kompleksində təhsilini davam etdirməsini doğru saymayıb. Hazırda qız sözügedən məktəbin şagirdi sayılmır. Valideyni ərizəsində də qeyd edib ki, uşağın təhsilini evlərinə yaxın olan N saylı məktəbdə davam etdirmək istəyir.

OĞLANIN SƏNƏDLƏRİ HƏLƏ MƏKTƏBDƏDİR, TƏHSİLİNİ ORDA DAVAM ETDİRƏCƏK

Amma 11-ci sinif şagirdi olan oğlanın sənədləri hələ də məktəbdədir. Buraxılış sinfində olan yeniyetmə bütün hallarda sözügedən məktəbdə təhsilini davam etdirəcək.

İkinci ilginc məlumat isə qızın ailəsinin oğlandan şikayətçi olmamasıdır. Belə ki, tərəflərin anaları yaxın rəfiqədirlər və ümumiyyətlə, ailə arasında get-gəl var. Bu səbəbdən də ailələr məsələnin hüquq müstəvisində həllinin ilk gündən tərəfdarı olmayıb. Amma hadisə yayılandan sonra Azərbaycan qanunlarının müdaxiləsi qaçılmaz olub.

OĞLAN MƏRHUM GENERAL ZAUR RZAYEVİN NƏVƏSİDİR

Hər iki yeniyetmə məktəbin rus bölməsində oxuyur. Məktəb müəllimlərində və rəhbərliyində onlarla bağlı neqativ hər hansı rəy yoxdur. Hər ikisi orta qiymətlər alan, nizam-intizamı ilə seçilən olub. Bu baxımdan da belə şagirdlərin qismində neqativ bir hadisənin üzə çıxması məktəb kollektivini təəccübləndirib. Qız şagirdin bir qədər ərköyün olması faktını isə xüsusi vurğulayırlar.

Məktəbdə olarkən eyni zamanda onu da öyrəndik ki, 11-ci sinif şagirdi olan R.C. sabiq müdafiə nazirinin yox, müdafiə nazirinin sabiq müavininin nəvəsidir. Yəni, söhbət Dadaş Rzayevin yox, Zaur Rzayevin nəvəsindən gedir. Məktəbdə bu ailə olduqca müsbət xarakterizə olunur və bu günə qədər R.C-nin məktəb həyatında hər hansı neqativ olayın baş vermədiyi qeyd edilir.

Məktəbdə eyni zamanda bu xoşagəlməz hadisənin necə baş verməsi ilə bağlı bir çox versiyalar var. Əsas versiya isə onun qurama, montaj olması ilə bağlıdır. Bunun yeniyetmələr arasında yayılan aqressiv bir zarafat ola biləcəyi ehtimalı məktəb koridorlarında daha çox danışılır. İstintaq videonun kim tərəfindən yayılması məsələsini araşdırır.

Məktəbin geyinib-soyunma otağının açarı isə nəzarətçilərdə olur. Bu baxımdan da iki yeniyetməni dərs vaxtı və ya dərsdən sonra bu hərəkəti orda etməsi sual doğuran məqamlardan sayılır. İlkin versiyalara görə, hadisə böyük tənəffüsdə baş verib.

2700 ŞAGİRDİN TƏHSİL ALDIĞI, 92 KAMERA İLƏ NƏZARƏT EDİLƏN MƏKTƏB

Ümumiyyətlə, məktəbdə 92 kamera var və pultla idarə olunan mərkəzi sistemə malikdir. Məktəbin nəzarətçiləri isə uşaqları hər valideynə təhvil vermir. Tutaq ki, şagirdi məktəbə anası gətiribsə, dərsdən çıxanda da ona təhvil verir. Atası gəlib götürəcəyi halda bu barədə ananın razılığı məktəb nəzarətçisinə bildirilir. 2700 şagirdin təhsil aldığı məktəbdə dərslər ikinövbəlidir və səhər saat 8.00-dən 17.00-ə qədər davam edir.

Baş vermiş hadisədən sonra məktəbdən uşağını çıxaran valideynlərin olub-olmaması ilə maraqlandıq. Məlum oldu ki, belə istəklə heç kim müraciət etməyib. Əksinə, valideynlər direktora bu olaydan sonra dəstək verir və onun yanında olduqlarını bildirirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 6147   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021