Mikayıl Cabbarov işdən çıxarılan nazirdən danışdı
Bu gün sahibkarlarla görüş keçirən Vergilər naziri Mikayıl Cabbarov konfransdakı çıxışı zamanı sələfi Fazil Məmmədovun fəaliyyətinə də qiymət verib.
M.Cabbarov bildirib ki, ötən illər ərzində Vergilər Nazirliyi öz inkişafında böyük yol keçib və bu yolun həm müsbət, həm mənfi səhifələri olub:
"Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixçəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq elektronlaşdırılıb, "çağrı mərkəzi", "bir pəncərə" dövlət xidmətlərinin əsası bu Nazirlikdə qoyulub.
Mənfi səhifələrinə gəldikdə – vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilib və bunun nəticəsində audit institutu əhəmiyyətini itirib. Plan-proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələr tələb edilib. Bu ödəmələrin həcmi ilbəil artıb, neft və qeyri-neft sektorları üzərində vergi yükünün qeyri-mütənasib paylaşdırılıb.
Özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən qəbuledilməz metodlar tətbiq edilib, ədalətlilik prinsipləri pozulub. Vergi ödəyicələrinin "özününki" və "özgə" kateqoriyalarına bölünməsi kimi xoşagəlməz halları qeyd etmək olar".
Xatırladaq ki, 17 il Vergilər naziri olan Fazil Məmmədov 2017-ci il dekabrın 5-də vəzifəsindən çıxarılıb. Onun yerinə təhsil naziri Mikyıl Cabbarov təyin edilib.
Mənbə: qafqazinfo
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 7132 Tarix: 14 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAvtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl
25 aprelBakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO
Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini
25 aprelBakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:
25 aprelBakıda mənzildə qadın meyiti aşkarlanıb
Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır
25 aprelRamzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA
Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on
24 aprelAzərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis
25 aprel