"AST Telman"la bağlı istintaq yekunlaşdı

Rusiya İstintaq Komitəsi Azərbaycan əsili milyarder, AST Şirkətlər Qrupunun sahibi, hazırda Fransada gizlənən Telman İsmayılov barəsində istintaqı yekunlaşdırıb. Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumatda bildirilir ki, T.İsmayılov və qardaşı Rafiq İsmayılov 2016-cı ildə Moskva vilayətində iki nəfərin ölümündə günahkar bilinirlər. Qətllərdən biri 2016-cı ilin mayında baş verib. Məlumdur ki, "AST Telman"ın hazırda həbsdə olan qardaşı Rafiq İsmayılov şəriki Vladimir Savkinin qətlində suçlanır. Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaq bu qənaətə gəlib ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.

Qətldən az sonra R.İsmayılov saxlanılsa da, qardaşı Telman İsmayılov hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən buraxdırıb. Savkinin oğlunun davamlı şikayətlərindən sonra isə məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb. Bu qətllə bağlı daha öncə "AST Telman"ın qardaşı Rafiq və killer Mehman Kərimov həbs ediliblər. T.İsmayılovun vəkili isə iddia edir ki, killer istintaqla danışığa gedib və müdafiə etdiyi iş adamına şər atır.

T.İsmayılova ikinci ittiham "Lyublino motors" şirkətinin təsisçisi Yuri Brilyovun öldürülməsi faktı ilə bağlıdır. Qeyd edək ki, "AST Telman"ın daha bir qardaşı- Vaqif İsmayılov da 2 nəfərin qətl işi üzrə əsas fiqurantdır və o da axtarışdadır.

"AST Telman"ın şərləndiyini desə də, məlumdur ki, qardaşları "satan" təkcə həbsdə olan killer deyil. Məlumdur ki, cinayət işi üzrə T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşindir. Qavryuşinin ifadələrindən sonra T.İsmayılovun Moskvadakı evlərində axtarış aparılmasına qərar verilib. Bildirilir ki, Qavryuşin İsmayılov qardaşlarına "kölgələri" qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.

Qavryuşindən əvvəl isə İsmayılovların əleyhinə daha bir yaxın adamı-Harri Boleçerkovski ifadə vermişdi. Beloçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib.

T. İsmayilov ötən ilin noyabrında videomüraciət yayaraq təslim olmayacağını, əksinə, ona qarşı olanları cəzalandırmaq üçün hərəkətə keçəcəyini demişdi.

Image result for telman ismayılov

Səs yazısı olan müraciətdə T.İsmayılov bunları demişdi: "9 il davam edən informasiya terroru nəticəsində mənə qarşı bir çox ittihamlar irəli sürülüb. Bunların heç biri təsdiqini tapmayıb. İndi isə məni adam öldürməkdə ittiham edirlər. Mən həyatım ərzində bircə dənə də olsun cinayət törətməmişəm. Mən israrla iddia edirəm ki, günahım yoxdur və bunu isbat edə bilərəm. İstintaq mənə qarşı irəli sürülən ittihamları məndən gizlətməsəydi, mən Moskvaya gələrdim və günahsız olmağım barədə sübutları təqdim edərdim. Buna görə, istintaq gizli şəkildə aparılıb, həbs qərarı da o formada verilib. Lakin mən indi də günahsız olduğumu sübut etməyə hazıram. Mən uzun müddət susmuşam, bu şər-böhtandan üstün olmağa çalışmışam. Lakin bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu, kimə xoş gedər? Doqquz il öncə də bu hadisələr baş verib: mənim haqqımda, Çerkizov bazarı haqqında hər kəs ağlına gələni yazırdı, guya mən orada qaçaqmalçılıqla məşğulam… O zaman mən bütün bazarın ərazisində çəkiliş apardım, bunu diskə köçürdüm. Bu gün mən o videoçəkilişi "YouTube"da yaymağa hazıram. Artıq bəsdir! Mənim də deməyə sözüm var - nəinki bazar haqqında, bir çox məsələlər barədə. Sübut olmadan ittiham etmək olmaz. Mən Rusiya vətəndaşıyam və sübutları tələb edirəm. Mənə hamı deyir ki, sənin məsələnlə bağlı əmr yuxarıdan gəlib. Necə yəni əmr yuxarıdan gəlib? O yuxarıda oturan kimdir? Bu sualı verəndə, cavab olaraq hər kəs barmağıyla yuxarını göstərir. Deməli, söhbət ən yuxarıda oturan şəxsdən gedir. Əgər o bilsə ki, onun barəsində belə danışırlar, həmin şəxslərin sonu yaxşı olmayacaq".
T.İsmayılov barəsində qiyabi həbs qərarını ötən ilin oktyabr ayının 30-da çıxarıb. Bundan sonra o, beynəlxalq axtarışa verilib.

Mənbə: musavat.com
"AST Telman"la bağlı istintaq yekunlaşdı"AST Telman"la bağlı istintaq yekunlaşdı"AST Telman"la bağlı istintaq yekunlaşdı


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2209   Tarix: 16 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021