"Bozbash pictures"-ın Qılmanı: "İlkinin yerində olub, özünü yekəxana aparmaq istəyənlər çoxdur" - FOTO

"Bozbash pictures"-ın Qılmanı: "İlkinin yerində olub, özünü yekəxana aparmaq istəyənlər çoxdur" - FOTOTanınmış aktyor İlkin Misgərlinin müsahibəsi.

- İlkin Misgərli kimdir?

- İlkin Misgərli orta yaşlı, orta istedada malik olan, məsuliyyətli və çəkilişə gecikməyən bir aktyordur.

- Çəkilişə gecikən aktyorlar çoxdur?

- 9-da çəkiliş olacaq,12-də çəkilişə gələn aktyorlar var. Çox şükür ki, bu hallar bizim komandada baş vermir.

- Neçə ildir ki, "Bozbash pictures"ə çəkilirsiz?

- Artıq 3-cü mövsümdür ki, mən "Bozbash pictures" ilə çalışıram və çox şadam.

- Niyə məhz Qılman doktor?

- Maraqlı adları bizdə həmişə obrazlara İlkin Həsəni qoyub. İlkin Qılman adını mənə deyəndə çox güldüm. Çox maraqlı addır. Mən Qılmanı necə təsəvvür edirdimsə, elə də oynayıram. Çox savadsız, işini bacarmayan bir həkim obrazı yaratmağa çalışıram. Uzman Qılman həkim mamaçadır, amma bütün ixtisaslarla maraqlanır. Həm cərrahdır, həm uşaq həkimidir.

- Başqa obrazda oynamaq istərdinizmi?

- Təbii ki, həmişə Qılmanı oynamaq istəmərəm, bu obraz "Bozbash pictures"-ə məxsus obrazdır. Bir çox filmlərdə oynamışam. "My name is İntiqam" filmində Syoma obrazını oynamışam. Çox fərqli obrazdır. Təklif gəlsə, təbii ki, başqa rollar da oynayaram.

- "Bozbash pictures"ə ən son siz qoşulmusuz. Adaptasiya çətin olmadı ki?

- Mən 2000-ci ildən İlkin Həsəni ilə "potok" yoldaşı olmuşam. Mən dram və kino aktyor fakültəsini, həmkarım İlkin isə televiziya rejissorluğu fakültəsini bitirib. Bizim dostluğumuz, münasibətimiz o illərdən davam edir. Daha sonra isə komandanın digər üzvləri ilə tanışlığım başlayıb. Mən "Bozbash pictures"in bir nömrəli tamaşaçısı idim. Nicat Rəhimov mənim qonşumdur, tez-tez onunla bu haqda söhbətlər edirdim.

- Sizi komandaya kim cəlb etdi?

- Məni komandaya İlkin dəvət etdi. Bir il sonra öyrəndim ki, məni İlkinə Nicat təklif edib.

- Nə vaxt məşhur oldunuz?

- Mən deməzdim ki, məşhuram. Məşhur olmağıma, hələ ki, var. Etiraf edim ki, məni "Bozbash pictures" məşhur etdi. İlk efir günündən sonra telefonuma gələn zənglərdən hiss etdim ki, burada daha çox sevildim, nəinki digər layihələrdə.

- Çox maraqlıdır ki, Salyan ləhcəsi ilə danışırsınız.

- Bəli, salyanlıyam. Ata tərəfim Salyan, ana tərəfim Neftçaladandır. Demək olar ki, uşaqlığım Neftçalada keçib. Bu bölgənin şirin ləhcəsi var deyə bu cür danışıram.

- "Stalinin başı" filmi hələlik sizin son çəkildiyiniz ekran işidir. Çəkiliş arxasında nələr baş verib?

- Nələr baş vermədi ki? Yorğunluq, yuxusuzluq... Amma film haqqında deyilən yüksək fikirlər məni bir anlığa xoşbəxt etdi.

- Nə vaxtsa aktyor sənətini seçdiyiniz üçün peşman olmusuz?

- Həmişə fikirləşirdim ki, görəsən, mən efirə çıxıb, nəsə oynaya bilərəm? Şükürlər olsun ki, dostlarımın sayəsində bu gün bütün bunlara nail olmuşam.

- Qonorarsız çəkildiyiniz film olub?

- İlk çəkildiyim filmdə, demək olar ki, pulsuz oynamışam.

- Bəs "Bozbash pictures"dəki qonorardan razısız?

- Şükürlər olsun!10 il bundan öncə geriyə baxsaq, aktyorlar üçün bu qədər şərait yaradılmamışdı. Çox istərdim ki, bizim aktyorlar da Hollivuddakı aktyorlar kimi yüksək qonorar alsınlar.

- Bir milyon manatı təsəvvür edirsiniz?

- Təsəvvür etmirəm, eşitsəm, yıxılaram (gülür).

- Rayonlarda çox çəkilişlərdə olursunuz. İnsanların sizə qarşı münasibəti necədir?

- Həqiqətən, insanlar bizim çəkiliş meydançamıza axışıb gəlirlər. Bir-birlərinə zəng edib, xəbər verirlər. Bu kimi hallar, təbii ki, bizə çox xoş gəlir.

- Həyatda zarafatcılsınız, yoxsa ciddi?

- Dostlarımla, yaxınlarımla zarafat etməyi xoşlayıram. Çünki bilirəm və tanıyıram. Amma kənarda çox ciddiyəm.

- "Bozbash pictures"in ən sadə aktyoru kimdir?

- Əlbəttə ki, İlkin Həsəni. İlkin Həsəni uzun müddətdir ki, televiziyadadır. İlkinin yerində olub, özünü yekəxana aparmaq istəyənlər çoxdur. Biz İlkini məhz sadəliyinə görə çox istəyirik.

- Bəs siz necə?

- Mən və digər komanda üzvləri də sadədir.

- Hansı aktyorun fanatı daha çoxdur?

- Daha çox Fəlakətə görə gəlirlər çəkiliş meydançasına. Amma bu, o demək deyil ki, bizim sevənlərimiz yoxdur. Hər bir aktyorun ayrı-ayrılıqda sevən tamaşaçıları var./milli.az


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2444   Tarix: 25 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaq vaxtı "həkim olacam" deyən oğlan böyüyəndə görün kim oldu - VİDEO

Türkiyənin Ağrı şəhərində uşaqlıq illərində verdiyi müsahibədə gələcəkdə həkim olmaq istədiyini deyən uşaq, illər sonra bərbər peşəsini seçib. türk mediasına istinadən xəbər verir ki, aradan uzun zaman keçdikdən sonra arxivdən çıxan həmin müsahibəni izləyən şəxs gülüşünü saxlaya bilməyib. İllər əvvə

19 dekabr
.

Dünyaca məşhur ada qırmızı rəngə boyandı! Səbəb nədir? - VİDEO

İranın Hürmüzgan vilayətinə bağlı Hürmüz adasında qeyri-adi təbiət hadisəsi baş verib. xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur ada yağıntılardan sonra qırmızı rəngə bürünüb və bu mənzərə böyük marağa səbəb olub. Məlumata görə, adanın qırmızı rəng almasının əsas səbəbi torpağında dəmi

18 dekabr
.

Tez-tez ayaqyalın gəzdikdə orqanizminizdə nələr baş verəcək?

Ayaqyalın gəzmək sağlamlığı möhkəmləndirməyin sadə, lakin effektiv üsullarından biridir. xarici KİV-ə istinadla bildirir ki, bu vərdiş qan dövranını yaxşılaşdırır, ayaqaltındakı sinir uclarını stimullaşdırır, stressi azaldır və bədənin təbii duruşunun bərpasına kömək edir. Ayaqyalın gəzməyin faydaları

19 dekabr
.

Zeytun yağından istifadə zamanı edilən 4 səhv

Zeytun yağından istifadə zamanı yol verilən geniş yayılmış səhvlər. Bir çox insan zeytun yağının istənilən halda faydalı olduğuna inanır. Lakin gündəlik istifadədə edilən bəzi səhvlər onun qida dəyərini ciddi şəkildə azalda bilər. bu 4 səhvi təqdim edir:. Yüksək temperaturda qızdırmaq. Ən böyük səhvlərdə

17 dekabr
.

Qayaların ortasında! 2 min illik monastırın son halı görənləri heyrətə gətirir - VİDEO

Türkiyənin Şırnak bölgəsində yüzlərlə il əvvəl inşa edilən və qayaların arasında yerləşdiyi üçün girişi olduqca çətin olan tarixi monastır görənləri heyrətə gətirir. türk mediasına istinadən xəbər verir ki, Türkiyədə təhlükəsizlik şəraitinin yaxşılaşmasından sonra əvvəllər daxil olunması mümkün olmaya

19 dekabr
.

Bu mürəbbələr şəfa qaynağıdır

Yay aylarında evdar xanımlar qışa hazırlıq üçün mürəbbə tədarük edirlər. Hazırlanan mürəbbələr içərisində moruq, heyva və zoğal mürəbbəsi şəfaverici xüsusiyyətlərinə görə seçilir. Onu da qeyd edək ki, xroniki qaraciyər və öd kisəsi xəstəliyi olanların həmin mürəbbələrdən az istifadə etməsi məsləhət görülür

19 dekabr
.

Wolfdoglarla qeyri-adi "ailə fotosu" sosial mediada viral oldu - VİDEO

Türkiyədə bir vətəndaşın fermasında saxladığı Wolfdog cinsi itlərlə çəkdiyi "ailə fotosu" sosial mediada böyük maraq doğurub. türk mediasına istinadən xəbər verir ki, vətəndaş itlərinə adlar verərək onları danışaraq yönləndirdiyi anları kamera ilə qeyd edib. Videonu izləyənlər yaşananlara inanmaqd

19 dekabr
.

Bu müqavilə Burak Özçivitə 45 milyon qazandırdı

"Kuruluş Osman" serialından ayrılan Burak Özçivit bu dəfə yeni layihəsi və yüksək qazancı ilə diqqət çəkib. Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur aktyorun bir inşaat şirkəti ilə bağladığı reklam müqaviləsindən 45 milyon lirə qazandığı iddia olunur. Məlumata görə, sözügedən anlaşm

16 dekabr
.

Daimi stresin dişlərə zərərli təsirləri açıqlanıb

"Daimi stres diş ətinin sağlamlığına ciddi zərər verir. Bu da gingivit və periodontit kimi diş əti xəstəliklərinə səbəb ola bilər". xəbər verir ki, bu barədə tanınmış rusiyalı həkim Dmitri Şavrov -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, əsəb bədənin diş ətlərinə mənfi təsir göstərə

17 dekabr