Facebook testləri təhlükəlidirmi?

Facebook testləri təhlükəlidirmi?"Sənin ruh əkizin kimdir" sualından başlanan casusluq

Bir qrup adam var, Facebooka sırf oradakı əcaib testlərdən keçmək üçün girirlər. Adamlar həyatlarını (məsələn, gələcək ərlərini, işlərini, saç rənglərini) həmin testlərə həvalə ediblər. Təsəvvür edin, oturub gözləyirlər ki, sarışın bir oğlan gəlsin, özü də əliboş yox a, bir əlində karyera, o birində də üzük.

Məsələn, Facebook tez-tez soruşur ki, "Sənin ruh əkizin kimdir?" və ya "Əslində, neçə yaşın var?". Siz də deyirsiz indi bu Facebook sizin ata-ananızdan və ya öz hisslərinizdən sizi yaxşı tanıyır eləmi?!

Bəs, heç maraqlı deyilmi ki, bu testlər haradan qaynaqlanır? Ümumiyyətlə, Facebookun özü ilə əlaqəsi varmı?

Bu test məsələsinin əslində tarixi var. Əslində, Facebook bu işin əsasını onun adını ilk dəfə eşitməyə başladığımız illərdən qoymuşdu. Həmin testlər Facebooka aid olduğu üçün əlavə problemlər yaranmırdı. Lakin indiki testlər Facebooka çox da aid deyil və müxtəlif kanallardan sizlərə göndərilir. Ancaq həmin kanallara da Facebook tərəfindən nəzarət edilir.

Bu testlər iki kanal vasitəsilə yayınlanır. Bunlardan biri "Captan Quizz", digəri isə "Nametest.com"dur.

Captan Quizz testləri təhlükəsizdirmi?

İlk növbədə hazırda yayımlanan bəzi testlərdən bəhs edək. Ən məşhuru təbii ki, "Gerçək ruh əkizin kimdir?" olanıdır. Bundan əlavə, "Neçə uşağınız olmalıdır?", "Saçınız hansı rəngdə olmalıdır?", "Hansı element sizə uyğundur?" və s.

Hər hansı testdən keçməyə başlayanda proqram sizdən bəzi icazələr istəyir. Bax, həmin bu icazələr çox önəmlidir. Həmin icazələr çox vaxtı başımıza bəla olur. Captan Quizz sizdən bu icazələri istəyir: "Captain Quizz bunlara daxil ola biləcək: hər kəsə açıq profilinə, dostluq siyahına, zaman tunelində paylaşdıqlarına, ad gününə və şəkillərinə".

Bu icazələrdə əslində ilk baxışda heç bir problem yoxdur. Lakin fərdi məlumatlarınızın tətbiq tərəfindən izlənəcəyini unutmayın. Doğum günü, şəkil, dostluq siyahısınız və bir az da gizliliyinizi təhdid edəcək icazələr. Təbii ki, Facebook şifrənizi əldə edə biləcək qədər icazə vermirsiniz bu tətbiqə. Yəni bu testlərin məqsədi şifrənizi oğurlamaq deyil. Facebook özü onsuz da bunların hamısını bilir.

Captan Quizzə verdiyiniz icazələr əslində heç bir təhdid məqsədli deyil. Lakin fərdi məlumatlarınızı götürə bildiyi üçün problemlər yarana bilər. Məsələn, siz dostluq siyahınızı "sadəcə mən" – deyə seçirsiniz. Lakin sahibinin kim olduğunu bilmədiyiniz tətbiqə icazə verirsiniz. Bu problem deyil?

Bu icazələri verdikdən sonra test başlayır və cavablar gəlir. Profilinizde paylaşıb paylaşmamaq isə artıq sizin şəxsi qərarınızdır.

Gələk Nametest.com-a. Buradaki ən məşhur test "Əslində neçə yaşınız var?" testidir. Bundan başqa "Neçə gizli fanatınız var?", "Əslində kimsən?", "50 il sonra necə görünəcəksən" və s. kimi maraqlı testlər təklif olunur. İstənilən testdən keçmək istəyəndə sizdən soruşulur: "Porfiliniz və e-mail adresiniz".

Deməli, Nametest.com Captan Quizzə nisbətən daha az icazə istəyir. Amma burada e-mail ünvanınızı istəməyi bir qədər narahatçılıq yaradır. Çünki Facebook adresimiz ona bağlıdır və hətta e-mail vasitəsilə bir çox işinizi həll edirsiniz. E-mail ünvanınızı istəməsindən əlavə başqa problem yoxdur. Həmçinin qeyd edək ki, indiyə kimi Nametest.com-dan istifadə edən şəxslər bu tətbiqdən şikayət etməyib. Baxın, qərarı özünüz verin!

Nəticə etibarilə əslində bu cür testlər çox da təhlükəli, həmçinin ciddi deyil. Onsuz da Facebook bütün bunlara nəzarət etdiyi üçün şəxsi həyatınız və virtual dünyanız üçün problemlər yaranmır. Lakin fərdi məlumatlar (doğum günü, şəkil və s.) özəl həyatın gizliliyinə zərər verə bilər. Qısası, ailədaxili problemlərə yol aça bilər.

Bir şeyi də qeyd edək ki, bu cür testlər əyləncəli olsa da, mənasızdır. Yəni siz ruh əkizinizi, ya da saç rənginizi seçməyi süni zəkaya həvalə edirsiniz. // Atv.az


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 932   Tarix: 15 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaq vaxtı "həkim olacam" deyən oğlan böyüyəndə görün kim oldu - VİDEO

Türkiyənin Ağrı şəhərində uşaqlıq illərində verdiyi müsahibədə gələcəkdə həkim olmaq istədiyini deyən uşaq, illər sonra bərbər peşəsini seçib. türk mediasına istinadən xəbər verir ki, aradan uzun zaman keçdikdən sonra arxivdən çıxan həmin müsahibəni izləyən şəxs gülüşünü saxlaya bilməyib. İllər əvvə

19 dekabr
.

Dünyaca məşhur ada qırmızı rəngə boyandı! Səbəb nədir? - VİDEO

İranın Hürmüzgan vilayətinə bağlı Hürmüz adasında qeyri-adi təbiət hadisəsi baş verib. xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur ada yağıntılardan sonra qırmızı rəngə bürünüb və bu mənzərə böyük marağa səbəb olub. Məlumata görə, adanın qırmızı rəng almasının əsas səbəbi torpağında dəmi

18 dekabr
.

Tez-tez ayaqyalın gəzdikdə orqanizminizdə nələr baş verəcək?

Ayaqyalın gəzmək sağlamlığı möhkəmləndirməyin sadə, lakin effektiv üsullarından biridir. xarici KİV-ə istinadla bildirir ki, bu vərdiş qan dövranını yaxşılaşdırır, ayaqaltındakı sinir uclarını stimullaşdırır, stressi azaldır və bədənin təbii duruşunun bərpasına kömək edir. Ayaqyalın gəzməyin faydaları

19 dekabr
.

Zeytun yağından istifadə zamanı edilən 4 səhv

Zeytun yağından istifadə zamanı yol verilən geniş yayılmış səhvlər. Bir çox insan zeytun yağının istənilən halda faydalı olduğuna inanır. Lakin gündəlik istifadədə edilən bəzi səhvlər onun qida dəyərini ciddi şəkildə azalda bilər. bu 4 səhvi təqdim edir:. Yüksək temperaturda qızdırmaq. Ən böyük səhvlərdə

17 dekabr
.

Qayaların ortasında! 2 min illik monastırın son halı görənləri heyrətə gətirir - VİDEO

Türkiyənin Şırnak bölgəsində yüzlərlə il əvvəl inşa edilən və qayaların arasında yerləşdiyi üçün girişi olduqca çətin olan tarixi monastır görənləri heyrətə gətirir. türk mediasına istinadən xəbər verir ki, Türkiyədə təhlükəsizlik şəraitinin yaxşılaşmasından sonra əvvəllər daxil olunması mümkün olmaya

19 dekabr
.

Bu mürəbbələr şəfa qaynağıdır

Yay aylarında evdar xanımlar qışa hazırlıq üçün mürəbbə tədarük edirlər. Hazırlanan mürəbbələr içərisində moruq, heyva və zoğal mürəbbəsi şəfaverici xüsusiyyətlərinə görə seçilir. Onu da qeyd edək ki, xroniki qaraciyər və öd kisəsi xəstəliyi olanların həmin mürəbbələrdən az istifadə etməsi məsləhət görülür

19 dekabr
.

Wolfdoglarla qeyri-adi "ailə fotosu" sosial mediada viral oldu - VİDEO

Türkiyədə bir vətəndaşın fermasında saxladığı Wolfdog cinsi itlərlə çəkdiyi "ailə fotosu" sosial mediada böyük maraq doğurub. türk mediasına istinadən xəbər verir ki, vətəndaş itlərinə adlar verərək onları danışaraq yönləndirdiyi anları kamera ilə qeyd edib. Videonu izləyənlər yaşananlara inanmaqd

19 dekabr
.

Bu müqavilə Burak Özçivitə 45 milyon qazandırdı

"Kuruluş Osman" serialından ayrılan Burak Özçivit bu dəfə yeni layihəsi və yüksək qazancı ilə diqqət çəkib. Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur aktyorun bir inşaat şirkəti ilə bağladığı reklam müqaviləsindən 45 milyon lirə qazandığı iddia olunur. Məlumata görə, sözügedən anlaşm

16 dekabr
.

Daimi stresin dişlərə zərərli təsirləri açıqlanıb

"Daimi stres diş ətinin sağlamlığına ciddi zərər verir. Bu da gingivit və periodontit kimi diş əti xəstəliklərinə səbəb ola bilər". xəbər verir ki, bu barədə tanınmış rusiyalı həkim Dmitri Şavrov -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, əsəb bədənin diş ətlərinə mənfi təsir göstərə

17 dekabr