Məşhur aktrisa ilə vida mərasiminə milyonlar axışdı - VİDEO - FOTO
Hindistanın Mumbay şəhərində aktrisa Şridevinin dəfn mərasimi keçirilib.
Hind kinosunun əfsanəvi, Bollivud ulduzu, əsl ad və soyadı Şri Amma Yanger Ayyapan olan 54 yaşlı Şridevi Kapur fevralın 24-də vəfat edib.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Jumeirah Emirates Towers" otelinin nömrəsində keçinmiş 54 yaşlı aktrisanın qanında alkoqol aşkarlanıb.
O, vannada çimərkən boğulub.
Dubay şəhər polisindən verilən məlumata görə, məhkəmə-tibb ekspertləri ölümlə bağlı araşdırmanı qapadıblar. Ölüm təsadüf sayılıb.
Aktrisanın cənazəsi Dubaydan Mumbaya hind milyarder Anil Ambaninin özəl reaktiv təyyarəsində aparılıb.
Şridevi karyerası ərzində 256 filmə çəkilib. O, hindi, tamil, teluqu və malayalam dillərindəki lentlərdə baş rollarda oynayıb.
Dubaya əri, prodüser Boni Kapur, habelə qızları Canvi və Huşi ilə birlikdə bacısı oğlu Mozita Marvaşın toyuna yollanmış Şridevinin toydakı rəqs videosu da yayılıb.
"Toyu müvəqqəti tərk edib otelə yollanmışdıq. Nömrəyə qalxdıq. Şridevi çimmək istədiyini dedi və vanna otağına girdi. Mən də ayaqyoluna getdim. 15 dəqiqə sonra vanna otağının qapısını döyəndə səs gəlmədi. Onu çağırdım, qışqırdım - cavab yoxdu. Narahat oldum, vanna otağının qapısını sındırdım. Şridevi vannada uzanmışdı, ölmüşdü", - Boni Kapur deyib.
Şridevinin tabutu ağ çiçəklərlə bəzədilmiş böyük yük maşınına qoyularaq Mumbay küçələrindən keçirilib. Tabutun yanında Şridevinin əri, kinoprodüser Boni Kapur və qızları - Cahanavi və Khuşi durmuşdular.
Hindistanın ən məşhur və sevimli aktrisası ilə milyonlarla hindus vidalaşıb.
Dəfn mərasimi dövlət səviyyəsində təşkil olunmuşdu. Hindistanda ənənəvi olan kremasiyadan əvvəl Şridevinin nəşi bayrağa bükülüb, daha sonra toplardan havaya yayılım atəşləri açılıb.
Şridevi Hindistan kinematoqrafında nüfuzlu və məşhur Kapur sülaləsinin üzvü idi. Onun əri məşhur prodüser Boni Kapur, filmlərdəki daimi tərəf-müqabillərindən biri də Boninin kiçik qardaşı, məşhur aktyor Anil Kapur idi.
Şridevi Kapur hind kinosunun yeganə qadın ulduzu idi ki, çəkildiyi filmlərə tamaşaçı marağını sadəcə, adı ilə cəlb edirdi.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1693 Tarix: 01 mart 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA
"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y
11 sentyabr 2021Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır
12 sentyabr 202152 yaşlı qadın intihar edib
Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır
14 sentyabr 2021Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü
Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind
12 sentyabr 2021Rektorun anası koronavirusdan vəfat etdi
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!
13 sentyabr 2021Övladlarını çayın kənarına tərk etdilər - FOTO
ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs
16 sentyabr 2021Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18 sentyabr 2021Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı
14 sentyabr 2021Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı
Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
17 sentyabr 2021