Dünya xalqlarının qaşlarla bağlı qeyri-adi adətləri

Dünya xalqlarının qaşlarla bağlı qeyri-adi adətləriMüasir qızlar qalın və müxtəlif formalı qaşlara üstünlük verirlər. Bunun üçün onlar hər cür məhrumiyyətlərə, qurbanlara getməyə hazırdırlar.

Məhz qaş trendinin önəminin artmasına görə, son illər vizajistlər fərqli qaş formaları və görüntüləri əldə etmək üçün qara karandaşdan tutmuş fındıq yağına, tatuaj və mikrobleydinqə qədər geniş arsenaldan istifadə edirlər.

Sonxeber.az modern.az-a istinadən dünya xalqlarında qaşlarla bağlı tarixdə mövcud olan qeyri-adi adətləri təqdim edir.

Qədim Yunanıstan

Qədim Yunanıstanda qara qaşlı gözəllər populyar deyildi. Lakin bəzi tarixçilər açıq rəngli qaşların qadının həyat qadını olmasından xəbər verdiyini iddia edir. Burun körpüsü üzərində qaşların olması yüksək qiymətləndirildiyi üçün subay qızlar qaş tüklərini keçi südü və qara məhlulun qarışığından olan xüsusi rəngə boyayırdılar. Evli qadınlar üçün qaşlarını rəngləmək mənfi hal kimi dəyərləndirilirdi.

Qədim Çin

Çində ideal qadın qaşının forması ciddi mübahisələr doğururdu. Bəzi sülalələr uzun və nazik, digərləri isə qalın və enli qaşlara üstünlük verirdilər. Məsələn, Xan sülaləsinin hakimiyyəti dövründə imperatorun qarşısına çıxacaq qadınlar qaşlarını göy-yaşıl rənglərə boyamalı idi. Bu rəngi o dövrlər üçün çox baha olan farsların indiqo boyası sayəsində əldə edirdilər və qadının yüksək təbəqəyə mənsubluğunu göstərirdi. Bəzi çinli döyüşçülər isə qaşlarını rəngləyirdilər ki, düşmənin canına vəlvələ sala bilsinlər.

Si və Lyan sülalələrinin hakimiyyəti dövründə isə qaşlar gicgaha qədər uzadılaraq kəpənəyi xatırladırdı. Lakin sonralar Çin qadınları yenidən qısa və qalın qaş formasına üstünlük verməyə başladılar.

Qədim İran

Qədim iranlıların da gözəllik idealı fərqli idi. Bu gözəllik idealı bədii əsərlərdə, rəsmlərdə əbədiləşdirilirdi. Qadın gözəlliyinin zirvəsi bu idi: "Yanaqları nar rəngində, gözləri badam formasında, dodaqları mərcan kimi qırmızı, qaşları maili və dişləri isə ağappaq olmalıdır".

Amma reallıq bir qədər başqa idi. Belə ki, nikahdan dərhal sonra xüsusi ip vasitəsilə gəlinin bütün tükləri, o cümlədən qaşları çıxarılırdı. Bu qəribə adət iranlı qadının yetkinlik yaşına çatmasının göstəricisi idi. Lakin Qacarlar dövründə qadın gözəlliyinə qarşı tələbələr dəyişdirildi. Belə ki, artıq qadınlar qalın qaş və nazik bığ saxlaya bilərdi.

Qədim Yaponiya

Yaponiyada gözəllik simvolu özünəməxsusluğu ilə seçilirdi. Yaponlarda ağımtıl üz və qara qaşlar əsas meyar idi. Heyan imperiyası dövründə qızlar üzlərini ağ məhlulla ağardırdı, dodaqlarına qırmızı boya çəkir, qaşlarını isə qırxaraq, alınlarında qara rəngdə yeni qaş çəkirdilər. Yaponiyada "şinuazri" adlandırılan bu şərq gözəllik stili daha heç yerdə populyarlıq qazanmamışdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3444   Tarix: 04 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021