Balacaboy qızların böyük PROBLEMLƏRİ
Bap-balaca boyu var, dam doluca toyu var...
Amma yetərincə problemləri də yox deyil.
Özlərinə min cür təşbehlə haqq qazandırsalar da, balacaboy qızların dərdi böyükdür.
Balacaboy qızların boyları ucbatından rastlaşdığı problemləri təqdim edir:
1. Aşağıdan kəsdirmədiyiniz və ya qatlamadığınız paltarınız demək olar ki, yoxdur.
2. Bəzən sensorlu qapılar belə sizi tanımaz. Şüası boyunuza hesablanmadığından qapının ağzında çırpınar, tullanarsız.
3. Metronun əsas tutacağına əliniz çatmadığından tutmadan getməyin manifestini yazmısınız.
4. Kollektiv foto çəkdirmək məşəqqətdir. Ən çox da uzunboyluların yanına düşərsiz. (Bəzən də özləri qəsdlə yanınızda olar.)
5. Boyunuzla bağlı edilən bütün zarafatlara kompleksli olmadığınızı sübut etmək üçün gülmək məcburiyyətinda qalarsız.
6. Qarşınızdakı nəzakət göstərib əyilməsə görüşüb-öpüşmək üçün salto atmaq qədər absurd xəyallar qurarsız.
7. Qıçlarınız da uzun olmadığıdan uzunboylu sevgiliniz gəzərkən (adətən uzunboylu olur ) siz az-qala qaçırsız: "Sevgilim, harasa tələsmirik ki, bir az asta gedək". (Halbuki tələsirsiz)
8. Aldığınız 3 kilo, bədəninizdə 30 kilo kimi görünər.
9. Çox arıq olanda da, sizə tanımadığınız yaşıdlarınız belə "qızım", – deyə müraciət edəcək. Qınamayın, belədə 12 yaşlı yeniyetmədən fərqlənmirisiz.
10. Kinoteatrların oturacaqlarında bəzən ayağınız yerə çatmadığından filmin sonunda şişmiş olurlar.
11. Yağışlı havada hər dəfə küçəyə çıxanda çətirinizlə orta hesabla 2-3 şəxsi kor etmək ehtimalınız var.
12. Çarəsizlikdən adınızın əvvəlinə qoyulan "şirin", "çəpiş", "balacam", "sərçə" kimi sifətlərdən xoşlanarsız, amma belə olduqda da adamı sonda saya salmırlar.
13. Hündürdaban ayaqqabı sizin üçün lüks yox, ehtiyacdır.
14. Üzünüzün gözəlliyindən başqa sizi sudan quru çıxaracaq heç bir fiziki özəlliyiniz yoxdur.
15. Amma bütün bunlarla yanaşı, çox şirinsiz və bu özəlliyiniz ucbatından sizə heç vaxt qıyılmaz.
Bir də, unutmayın, Şakira da qısaboydur. /moderator
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3049 Tarix: 04 mart 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaddaşı gücləndirməyin üsulları
Yaşın irəliləməsi ilə yaddaşın zəifləməsi, tez-tez unutqanlıq və diqqət dağınıqlığı kimi problemlər ortaya çıxa bilər. Bu cür halların qarşısını almaq məqsədilə xalq təbabətində bir sıra təsirli üsullardan istifadə olunur. "Qafqazinfo"nun məlumatına görə, ilk olaraq qanda hemoqlobin səviyyəsini
17 dekabrYeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR
31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda
14 dekabrGöyərçinləri yemləməyin qadağan olunduğu ölkələr və cərimələr
Göyərçinlər artıq hər bir şəhər mənzərəsinin ayrılmaz hissəsinə çevrilib. Onlar dünyanın hər yerinə yayılıb və böyük şəhərlərdə yaşamağa uyğunlaşıblar. Hansı ölkədə göyərçinləri yemləməyə görə cərimə tətbiq edilir?. xarici mediaya istinadən xəbər verir ki, Venesiyada göyərçinləri yemləmək qadağandır
15 dekabrEmosional soyuqluq və stres: Demensiyanın görünməyən siqnalları
İngiltərəli alimlər orta yaşlarda özünəinamın itirilməsinin qocalıqda demensiya riskinin artması ilə əlaqəli olduğunu aşkar ediblər. xəbər verir ki, bu barədə araşdırma müəlliflərinə istinadən "Independent" nəşri məlumat yayıb. Qeyd olunur ki, tədqiqatçılar 5 811 iştirakçının məlumatların
18 dekabrİşçilərinin hər birinə 100 min dollar hədiyyə etdi
Dünyaca məşhur müğənni Teylor Svift çıxdığı "Eras" turundan milyonlar qazanıb. Axşam.az xəbər verir ki, müğənni bu qazancı təkbaşına yeməmək qərarına gəlib. Belə ki, ulduz tur zamanı onunla çalışan hər kəsə 100 min dollar bonus verib. Ümumilikdə isə onun işçilərinə verdiyi məbləğ 197 milyo
15 dekabrNiyə qışda daha çox aclıq hiss edirsiniz? - Dietoloqun CAVABI
Əgər qış aylarında daha güclü aclıq hiss edir və şirniyyata meylin artdığını müşahidə edirsinizsə, bu tamamilə təbii bir prosesdir. Qışda tez-tez makaron, çörək və ya şokolad yemək istəyi yaranırsa, buna təəccüblənməyin. Bu bir kapriz deyil, bədənin verdiyi təbii siqnaldır. Soyuq havada isinmək üçü
17 dekabr"Evdə tək"in ulduzları 35 il sonra görüşdü - Fotolar
90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in aktyorları Makoley Kalkin, Co Peşi və Daniel Sternin yenidən bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyorlar 35 ildən sonra görüşüblər. Həmin anları əks etdirən görüntülər sosial mediada yayılıb
19 dekabrDünyaca məşhur ada qırmızı rəngə boyandı! Səbəb nədir? - VİDEO
İranın Hürmüzgan vilayətinə bağlı Hürmüz adasında qeyri-adi təbiət hadisəsi baş verib. xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur ada yağıntılardan sonra qırmızı rəngə bürünüb və bu mənzərə böyük marağa səbəb olub. Məlumata görə, adanın qırmızı rəng almasının əsas səbəbi torpağında dəmi
18 dekabr