"Bizi bandadan yalnız ölüm ayırar" – "La Eme" necə yarandı? - FOTOLAR

"Bizi bandadan yalnız ölüm ayırar" – "La Eme" necə yarandı? - FOTOLAR1957-ci ildə Kaliforniyanın Treysi şəhərindəki həbsxanaya Luis Floris adlı gənc cinayətkar gətirildi. O vaxt ölkə həbsxanalarında meksikalılar azlıq təşkil edirdi. Nə ağlar, nə də zənci bandalar onları adam yerinə qoyurdu. Müharibələr əsasən bu iki irqin nümayəndələri arasında gedirdi.

"Bizon" ləqəbli Luis başa düşürdü ki, ağlara və qaralara qarşı dayanmaq üçün meksikalılar birləşməlidir. O millətçi ruhda şüar fikirləşdi –"biz hamımız meksikalıyıq".

Luis Siciliya mafiyasından bəzi şeyləri götürdü. Məsələn, meksikalılarda da bandaya qəbul olunan adam daha oranı tərk edə bilməzdi. Yəni edə bilərdi, ancaq ölü halda.

Cənubi Amerikanın ən nüfuzlu kriminal təşkilatı olan "La Eme" haqda danışacıq.

"Karnales"

"Bizon" öz dəstəsinə qəddarlığı ilə fərqlənən məhbusları topladı. Qruplaşma üzvləri bir -birinə "karnales" (qardaş) deyə müraciət edirdi, burada hər kəs eyni hüquqda idi. Hətta qruplaşmanı yaradan Luis Floris də.

Azlıqda olmalarına baxmayaraq, həbsxanada onlardan qorxmağa başladılar. Adi qıyğacı nəzərə görə adamı hər kəsin gözü önündə qəddarcasına öldürə bilərdilər.

1961-ci ildə "Bizon"un ideyaları San-Kventin həbsxanasına çatdı. Burada isə ölkənin ən təhlükəli caniləri saxlanırdı. Həmin vaxt orada 50-dək meksikalı vardı. Onlar Luisin ideyasını təkmilləşdirdilər. Bundan sonra bandanın adı "M" hərfi ilə başlayacaqdı. Yəni Meksika sözünün ilk hərfi ilə. İspanca bu "La Eme" kimi tələffüz olunur.

Morqan və Mendosa

1968-ci ildə "La Eme" yə Con Morqanın qoşulması bandanın tarixində yeni səhifə açdı.

Morqanın ləqəbi "Taxta ayaq" idi. Qətlə görə 17 il iş alıb San-Kventin həbsxanasına düşən 39 yaşlı məhbusa protez ayaqla gəzdiyi üçün bu ad verilmişdi.

Morqanın damarlarında həm meksikalı,həm yuqaslav qanı axırdı. Buna baxmayaraq onu bandaya qəbul etdilər. Ağlarla dil tapmaq ona daha asan idi. O həbsxanadakı "Ariqardaşları" ilə "La Eme" arasında sülh bağlamağa nail oldu. Bandalar 50 ildən çoxdu bu razılaşmaya əməl edir.

Morqanın ikinci işi isə meksikalıları sifarişli qətl, soyğunçuluq işlərindən narkotik ticarətinə yönəltməsi oldu. Morqana bu işlərdə Mundo Mendosa kömək edirdi. Morqanın "sağ əli" olan Mendosa qəddar kimi ad çıxarmışdı. Sözə qulaq asmayanları "maçete" (Meksika xəncəri) ilə doğrayırdı.

Məhz Morqan və Mendosanın vaxtında bandanın yazılmamış qanunları yarandı:

1. İstər azadlıqda ,istər həbsxanada- hakimiyyət nümayəndələri ilə əməkdaşlıq ölümlə cəzalandırılırdı.
2. Zorlanmışlar yaxud cinsi azlıqlara bandada yer yox idi.
3. Qruplaşma üzvünün səhvinə görə qohumları məsuliyyət daşımırdı. Yaxud da əksinə.

Məsələn, Dido Moreno adlı cinayətkar etdiyi səhvə görə öldürülməsini 12 il gözlədi. Gec-tez cəzalanacaqdı. Bunu bilirdi. Günlərin birində killerlər onun evinə daxil olub güllələdilər. Atışma zamanı Morenonun arvad-uşağı da öldürüldü.

Bu isə yasaq idi. "La Eme" Morenonun ailəsini güllələyən killerləri ölüm cəzasına məhkum etdi. Səhv bağışlanmadı.

Həbsxana = doğma ev

1975-ci ildə Morqan və Mendosa həbsxanadan buraxıldılar. Sonradan onların taleyi tam başqa oldu. Morqan ömrünün sonunacan kriminal avtoritet kimi yaşadı. Mendosa ələ keçən kimi FTB ilə əməkdaşlığa razılıq verdi. Və ilk dəfə olaraq bandanın sirrlərini açdı. FTB onu elə gizlətdi ki, banda tapa bilmədi.

Bundan sonra San-Kventində estafeti "Yunqa" ləqəbli Eddi Qonsales aldı. Eddinin vaxtında banda bütün Kaliforniyada narkotik ticarətinə nəzarəti əlinə alaraq rəqiblərini məhv etdi.

Həbsxana "La Eme" liderləri üçün doğma evə çevrilmişdi. Buradan rahatlıqla hər işə nazarət edirdilər. Cənubi Amerikadan gələn kokain, amfetamin satışı nəzarətlərində idi. Kaliforniyadan sonra Ohayo ştatı və Havay adalarında bandanın divizionları yarandı. Burada da çoxlu meksikalılar yaşayırdı.

Banda dillərdə əzbər olmuşdu. Onlar haqda hətta "Məni amerikanlaşdır" filmində epizod getmişdi. Ancaq məlumat səhv idi deyə filmin senaristləri öldürüldü.

ABŞ hökuməti banda ilə mübarizəyə illərdir ki, qüvvə və böyük büdcə ayırır. Ancaq qələbə haqda danışmaq olmaz. Azadlığını itirənlər elə həbsxanada da pis yaşamır. Yenə qazanır.
"Bizi bandadan yalnız ölüm ayırar" – "La Eme" necə yarandı? - FOTOLAR"Bizi bandadan yalnız ölüm ayırar" – "La Eme" necə yarandı? - FOTOLAR"Bizi bandadan yalnız ölüm ayırar" – "La Eme" necə yarandı? - FOTOLAR//sfera


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2216   Tarix: 10 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Uşaq vaxtı "həkim olacam" deyən oğlan böyüyəndə görün kim oldu - VİDEO

Türkiyənin Ağrı şəhərində uşaqlıq illərində verdiyi müsahibədə gələcəkdə həkim olmaq istədiyini deyən uşaq, illər sonra bərbər peşəsini seçib. türk mediasına istinadən xəbər verir ki, aradan uzun zaman keçdikdən sonra arxivdən çıxan həmin müsahibəni izləyən şəxs gülüşünü saxlaya bilməyib. İllər əvvə

19 dekabr
.

Dünyaca məşhur ada qırmızı rəngə boyandı! Səbəb nədir? - VİDEO

İranın Hürmüzgan vilayətinə bağlı Hürmüz adasında qeyri-adi təbiət hadisəsi baş verib. xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur ada yağıntılardan sonra qırmızı rəngə bürünüb və bu mənzərə böyük marağa səbəb olub. Məlumata görə, adanın qırmızı rəng almasının əsas səbəbi torpağında dəmi

18 dekabr
.

Tez-tez ayaqyalın gəzdikdə orqanizminizdə nələr baş verəcək?

Ayaqyalın gəzmək sağlamlığı möhkəmləndirməyin sadə, lakin effektiv üsullarından biridir. xarici KİV-ə istinadla bildirir ki, bu vərdiş qan dövranını yaxşılaşdırır, ayaqaltındakı sinir uclarını stimullaşdırır, stressi azaldır və bədənin təbii duruşunun bərpasına kömək edir. Ayaqyalın gəzməyin faydaları

19 dekabr
.

Zeytun yağından istifadə zamanı edilən 4 səhv

Zeytun yağından istifadə zamanı yol verilən geniş yayılmış səhvlər. Bir çox insan zeytun yağının istənilən halda faydalı olduğuna inanır. Lakin gündəlik istifadədə edilən bəzi səhvlər onun qida dəyərini ciddi şəkildə azalda bilər. bu 4 səhvi təqdim edir:. Yüksək temperaturda qızdırmaq. Ən böyük səhvlərdə

17 dekabr
.

Qayaların ortasında! 2 min illik monastırın son halı görənləri heyrətə gətirir - VİDEO

Türkiyənin Şırnak bölgəsində yüzlərlə il əvvəl inşa edilən və qayaların arasında yerləşdiyi üçün girişi olduqca çətin olan tarixi monastır görənləri heyrətə gətirir. türk mediasına istinadən xəbər verir ki, Türkiyədə təhlükəsizlik şəraitinin yaxşılaşmasından sonra əvvəllər daxil olunması mümkün olmaya

19 dekabr
.

Bu mürəbbələr şəfa qaynağıdır

Yay aylarında evdar xanımlar qışa hazırlıq üçün mürəbbə tədarük edirlər. Hazırlanan mürəbbələr içərisində moruq, heyva və zoğal mürəbbəsi şəfaverici xüsusiyyətlərinə görə seçilir. Onu da qeyd edək ki, xroniki qaraciyər və öd kisəsi xəstəliyi olanların həmin mürəbbələrdən az istifadə etməsi məsləhət görülür

19 dekabr
.

Wolfdoglarla qeyri-adi "ailə fotosu" sosial mediada viral oldu - VİDEO

Türkiyədə bir vətəndaşın fermasında saxladığı Wolfdog cinsi itlərlə çəkdiyi "ailə fotosu" sosial mediada böyük maraq doğurub. türk mediasına istinadən xəbər verir ki, vətəndaş itlərinə adlar verərək onları danışaraq yönləndirdiyi anları kamera ilə qeyd edib. Videonu izləyənlər yaşananlara inanmaqd

19 dekabr
.

Bu müqavilə Burak Özçivitə 45 milyon qazandırdı

"Kuruluş Osman" serialından ayrılan Burak Özçivit bu dəfə yeni layihəsi və yüksək qazancı ilə diqqət çəkib. Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur aktyorun bir inşaat şirkəti ilə bağladığı reklam müqaviləsindən 45 milyon lirə qazandığı iddia olunur. Məlumata görə, sözügedən anlaşm

16 dekabr
.

Daimi stresin dişlərə zərərli təsirləri açıqlanıb

"Daimi stres diş ətinin sağlamlığına ciddi zərər verir. Bu da gingivit və periodontit kimi diş əti xəstəliklərinə səbəb ola bilər". xəbər verir ki, bu barədə tanınmış rusiyalı həkim Dmitri Şavrov -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, əsəb bədənin diş ətlərinə mənfi təsir göstərə

17 dekabr