Aygün Kazımova, Nigar Camal və Nərgiz Cəlilova geyimi ilə HEYRAN ETDİ - FOTO

Aygün Kazımova, Nigar Camal və Nərgiz Cəlilova geyimi ilə HEYRAN ETDİ - FOTOXalq artisti Aygün Kazımova, aparıcı Nərgiz Cəlilova və müğənni Nigar Camal Elnur Hüseynovun "Say Hallelujah" adlı klipinin təqdimat gecəsində iştirak edib.

57 yaşlı aparıcı N.Cəlilova təqdimata qara rəngli kişisayağı kostyumda gəlib. Hər zaman seksual və açıq-saçıq obrazlarda görməyə alışdığımız 47 yaşlı Xalq artisti son illərin trendi olan pijama tərzində qara ipək geyimi ilə diqqət çəkib. Nigar Camal isə gecəyə uzun və zərli libasda təşrif buyurub. Tanınmışların hər üçü dərin sinə dekolteləri sayəsində göz qamaşdırıb.

Nərgiz Cəlilovanın sinə dekoltesinə taxdığı ulduz broşu obrazının tamamlayıcı bəzəyi olub. Aygün Kazımova qara rəngin təsirini azaltmaq üçün işi yaşıl daşı olan aksessuarlarından istifadə edib.

Bu yaxınlarda ciddi kişi kostyumunda fotolar çəkdirən Aygün Kazımova bu imici haqqında danışıb:

"Qadın istəsə, istənilən paltarda, hətta kişi kostyumunda da seksual görünə bilər. Kişisayağı geyimlərdə özümü çox rahat hiss edirəm, bu tərzə tez-tez müraciət edəcəyəm. Belə geyimləri sevirəm, tamaşaçıların reaksiyasının necə olacağı, necə qəbul edəcəyi mənim üçün maraqlı idi. Anladım ki, hər kəs çox bəyənib. Əməyimizi qiymətləndirən hər kəsə təşəkkür edirəm"./publika.az

Şou-biznes   Baxılıb: 2741   Tarix: 12 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR