Şamaxının dağ kəndlərinə güclü qar yağdı, nəqliyyatın hərəkəti məhdudlaşdı

Şamaxının dağ kəndlərinə güclü qar yağdı, nəqliyyatın hərəkəti məhdudlaşdıDünən günorta saatlarından başlayaraq Şamaxı rayonunun ucqar dağ kəndlərinə yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb.

Təxminən 25-30 sm qalınlığında olan qar və buz Şamaxı-Pirqulu yolunda nəqliyyatın hərəkətini çətinləşdirib. Rayonun Qızmeydan, Qəleybuğurd, Pirbəhli, Keçmədil, Qaladərəsi, Sis, Dəmirçi, Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb. Kəndlərə gedən bəzi sürücülər öz minik avtomobilini yolun kənarında saxlayaraq digər yük avtomobili vasitəsilə hərəkət ediblər.

Əraziyə Şamaxı rayon 8 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, hazırda yollara qum-duz qarışığı səpilir, yollar qardan təmizlənir. Buna baxmayaraq, hazırda həmin ərazidə havanın şaxtalı olması və yolların yenidən buz bağlayacağı bildirilir.

Mənbə: APA

Sosial   Baxılıb: 984   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR