Qurban bayramında diqqətli olun!

Qurban bayramında diqqətli olun!Bakının müxtəlif ət kəsimi yerlərində aparılan araşdırmalar göstərir ki, Qurban bayramı günlərində qurbanlıq qoyunların qiyməti 160-180 manat civarında olacaq.

Sonxeber.az-ın trend-ə istinadən məlumatına görə, artıq bir sıra rayonlardan Bakıya xeyli sayda qurbanlıq qoyunlar gətirilsə də bəzi işbazlar yenə də süni qiymət artımı üçün hərəkətə keçib. Belə ki, ət kəsimi ilə məşğul olan qəssab əhalini diqqətli olmağa çağırır.

Qəssabın sözlərinə görə, həm qiymətlər şişirdilir, həm də qoyunların satışı düzgün təşkil olunmur:

"Mən özüm dindar bir adamam. Onun üçün qurbanlıq qoyun kəsimi məsələsinə çox həssas yanaşıram. Qurban bayramı zamanı heç ət kəsimindən anlayışı olmayan bir sıra işbazlar ortaya çıxır. Pul qazanmaq üçün min bir hoqqadan çxırlar. Həm bir-birləri ilə razılığa gəlib bahalı standart qiymət tətbiq edirlər, həm də ət kəsimi zamanı heç bir şəriət qaydalarına əməl etmirlər".

Digər bir ət kəsimi obyektində 10 ildən artıqdır bu işlə məşğul olan qəssab da eyni fikirdədir:

"Öncə bu il qiymətlərin ötən ilkindən baha olacağını deyən qəssab qeyd etdi ki, indidən qurbanlıq qoyun alanlar 20 manat irəli düşəcək. Çünki indi qoyunun kilosu 10 manadırsa, qurban bayramı vaxtı bu 14 manat və daha da artıq ola bilər. Yəni indi 130 manata satılan qoyunlar, Qurban bayramı vaxtı 150 və ya 160 manat olacaq".

Bununla yanaşı qəssablar başqa bir məqamı da ortaya çıxardı. Belə ki, işbazlar Qurban bayramı vaxtı Gürcüstandan ucuz qiymətə Bakıya gətirdikləri qoyunları yerli mal adı ilə əhaliyə satır. Onlar əhalini Gürcüstandan gətirilən qoyunları almamağı məsləhət görür:

"Gürcüstandan gətirilən qoyunlar çox vaxtı xəstə olur. Həm də Gürcüstanda saxlanılan qoyunlar şəriət qaydalarına zidd formada bəslənilir".

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində ucuz qurbanlıq heyvanların satışı həyata keçiriləcək.

Ucuz qurbanlıqlar Qurban Bayramı ilə əlaqədar əhalinin tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınmasına kömək edəcək.

Nazirlikdən bildirilir ki, satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1507   Tarix: 19 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr