Prezidentliyə namizədlər bu gün 22:00-da debata ÇIXACAQLAR
"Bu gün seçkiqabağı təşviqat başlayıb. Artıq bu gün axşamdan İctimai Televiziyada namizədlərin debatı baş tutacaq. Namizədlərin arzusu ondan ibarətdir ki, radiodakı veriliş televiziyadakından əvvəl olsun. Hesab edirəm ki, ümumi razılığa gəlinəcək və televiziyadakı debat saat 22:00-da, radioda isə çıxışlar 19:00-da olacaq".
Bunu Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçkilər 5600-ə yaxın məntəqədə həyata keçiriləcək.
"Seçici siyahısına daxil olmuş seçicilərin sayı 5 milyon 300 mindən çoxdur. Səsvermə gününə bir neçə gün qalmış ölkəyə 280 beynəlxalq müşahidəçi gələcək.
Seçki məntəqələrində artıq 1000 veb-kamera quraşdırılıb. Bu veb-kamera quraşdırılmasında əsas məqsəd seçkilərdə şəffaflığın təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir".
Modern.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 924 Tarix: 19 mart 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"
"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund
23 aprelQırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca
24 aprelQırğızıstan prezidenti Ağdama gedəcək
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını
23 aprelPrezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"
"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd
23 aprel