Məşhur müğənnidən ŞOK SÖZLƏR: "Ər-arvad cinsi əlaqə zamanı üçüncü şəxsi, bakirəliyi isə..."

Məşhur müğənnidən ŞOK SÖZLƏR: "Ər-arvad cinsi əlaqə zamanı üçüncü şəxsi, bakirəliyi isə..."26 kq arıqlayıb tanınmaz hala düşən müğənni Zərrin Özer türk kişilərinin yarısının biseksual olduğunu deyib.

Məşhur müğənni "Posta" qəzətinə verdiyi müsahibədə şok açıqlamalar verib. Sənətçi onu da bildirib ki, qızlar evlənənə qədər bakirə olmalıdır.

Müğənninin müsahibəsindən maraqlı açıqlamaları təqdim edirik:

"Onurğamdan iki dəfə səhv əməliyyat keçirmişəm və uzun müddət əlil arabasına məhkum oldum. Mahnılarımı oxudum, işimi gördüm, amma çətin idi. Şükür ki, indi yaxşıyam. 26 kq arıqlamışam. Çəkim bitməyən kompleksimdir, bunu etiraf edirəm. Fəlsəfəmə görə, insan yaxşı mahnı oxuyursa, deməli dincəlir. Mahnı insana hər cür rahatlıq gətirir. Mən bunun sübutuyam. Amma albom çıxartmaq üçün görüşdüyüm ilk adam məni görəndə reaksiyası belə olmuşdu: "Səni görən televizoru söndürər, arıqlamaq məcburiyyətindəsən".

Sənətçi sevgiyə inanmadığını söyləyib:

"Sevgiyə inanmıram. Ümumiyyətlə, mənfəətsiz heç bir münasibətə inanmıram. Keçmişdə gözəl münasibətlərim olub, amma sonda mənə bunu deməyə məcbur etdilər, sevgiyə olan inamımı itirmişəm. Hər an bir kişini başdan çıxarda bilərəm. Əqrəb bürcüyəm, "eşqbazam". Amma flirtlərim uzun müddət davam edir və sonradan münasibətə çevrilir. Şəfqət və sədaqət bu zamanda artıq qalmayıb. O duyğular üçün darıxıram".

İfaçının türk kişiləri haqqında dediyi ifadələr də böyük müzakirələrə səbəb olub:

"Türk kişilərinin 50 faizi biseksualdır. Bilirəm ki, bu fikirlərim çoxunu hirsləndirəcək, amma həqiqətləri deyirəm. Mənə həyat bunu göstərdi. Adət və ənənələr o qədər sərt və dominantdır ki, kişilər bunu etiraf etmirlər. Türkiyədə kim deyə bilər ki, "Mən geyəm".

Daha sonra sənətçi qocalıq fobiyalarından bəhs edib:

"Qocalmağı qəbul etmirəm. Bəzən geriyə baxıb düşünürəm və deyirəm ki, "Mən o qədər ili necə yaşamışam?" Odur ki, daim keçmişdən bəhs edən dostlarımı da dərhal susdururam. Onsuz da istədiyim çox şeyi etmədim. Ürəyimi incidən və içimdə qalan çox şey var.

"Müvəffəqiyyətə gedən yol prodüserin yaxınlığından keçir" sözündə həqiqət var. Bütün bunlardan qaçmaq üçün çox mübarizə apardım. Arxamda kimsə yox idi. Anam pəncərələrdə gözləyirdi məni. Odur ki, özüm üçün müdafiə qalxanı yaratdım. Hər kəsə yaşına baxmadan "Qardaş" deyərdim. İqtisadi gücünüz olanda heç kəsə "Eyvallahınız" olmur. İstər-istəməz "qadın adam" oldum.

Təcavüz kimi ağır travma yaşadım. Buna görə bakirəlik içimdə qalan düyün oldu. Bəlkə təcavüzə məruz qalmasaydım, bakirəliyə belə məna və əhəmiyyət verməzdim".

Qız uşağınız olsa, onun da ərə gedənə qədər bakirə olmasını istərdim. Çünki mən hədsiz rahatlığı, hörmətsizliyi sevmirəm. İndiki insanların müasirlik anlayışını qəbul etmirəm. Artıq hörmət, ədəb qalmayıb.

Türkiyədə özümü son dərəcə sərbəst hiss edirəm. Bir çox məsələdə Amerikadan 100 il geridə qaldıq, amma maşallah əxlaqsızlıq mövzusunda onlarla bərabər gedirik. Əxlaqsızlıq diz boyunu keçib. Azad olmaq o demək deyil ki, hər istədiyini etmək haqqın var. Elə şeylər eşidirəm ki, başımı itirirəm. İntim münasibət üçün yanlarına üçüncü bir tərəfdaş axtaran ər və arvadlar var. Bu azadlıq deyil, azğınlıqdır! Əxlaqsızlıqdır!

Coşqun Səhər düz deyib. Məncə də, Tvitter qadağan olunmalıdır. Azadlıq gözəldir, amma gərəkdir ki, o azadlığı ədəbli və əxlaqlı şəkildə yaşayaq. Belə düşündüyüm üçün mühafizəkar və geri zəkalı oluramsa, onu da minnətdarlıqla qəbul edirəm.

Rahatam. Xoşbəxtəm. Nə üçün bunu etdiklərini başa düşmürəm. Bir müddət ölüm təhdidləri də aldım. Mən Türkiyədə qılınc boyunbağı taxan ilk adamam. Mədəniyyətimlə həmişə qürur duymuşam. Amma sırf Prezidenti Ərdoğanı sevirəm, bunu TRT-də proqram aparıram deyə də demirəm. Birincisi, mən o insanı hərtərəfli tanıyıram. Haqsızlıqlara, ədalətsizliyə dözümü yoxdur. Sevə bilmərəm? Kimə nə bundan?

Sezeni idarə edənləri var, bu sözlərinə görə qəzəblənə bilərlər, ancaq Sezən rəqiblərinin ayağını tapdalamağa və əzməyə çalışır, mənimlə də çox əlləşdi. Amma mən bir nömrə olmaq üçün heç kəsin ayağını tapdalamağa və badalaq gəlməyə çalışmamışam. Xarakter məsələsidir. İndi fikirləşirəm ki, onların gözündə uğurlu və çox təhlükəli görünmüşəm".

publika.az


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 9265   Tarix: 31 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO

İki aydır reanimasiyada olan türkiyəli məşhur müğənni və aparıcı Fateh Ürek komaya düşüb. xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd edək ki, Fateh Ürek oktyabrın 15-də evində infarkt keçirmiş və ürəyi 20 dəqiqə dayanmışdı

20 dekabr
.

Röya: "O, mənim hər şeyimdir, DÜNYAMDIR"

Xalq artisti Röya Ayxan tək övladı Hüseynlə bağlı səmimi duyğularını bölüşüb. -ın məlumatına görə, müğənni bildirib ki, oğlu onun üçün hər şeydir: "Balama toxunan olsa, bilmirəm nə baş verər. O, mənim hər şeyimdir, dünyamdır. Bütün qurduğum onun üçündür. Universiteti bitirsə, desə işləyirəm, ild

19 dekabr
.

"Qurban Qurbanovun toyunu mən aparmışam, incimişəm ondan"

"Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm". Axşam.az xəbər verir ki, bunu "Futbolinfo"ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib. O bildirib ki, Q.Qurbanovun Zaqatalada toyunu da aparıb:. - Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mə

13 dekabr
.

Məşhur türk serialında "Tərəkəmə" rəqsi - VİDEO

Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" musiqisi səsləndirilib. xəbər verir ki, görüntülər həm Türkiyənin, həm də Azərbaycanın sosial şəbəkələrində böyük maraqla qarşılanıb. Həmin görüntülər sosial mediada sürətlə paylaşılaraq geniş reaksiyalar doğurub. Qeyd edə

13 dekabr
.

İbrahim Tatlısesi vuran şəxsdən diqqətçəkən sözlər: "Azadlığa buraxılmaq istəyirəm"

2011-ci ildə sənətçi İbrahim Tatlısesə qarşı həyata keçirilən silahlı hücumun sifarişçisi kimi məhkum edilən Abdullah Uçmakın sosial media hesabından diqqət çəkən paylaşım edilib. türk mediasına istinadən xəbər verir ki, 14 mart 2011-ci ildə baş verən hadisə ilə bağlı uzunmüddətli həbs cəzası alan v

15 dekabr
.

"Doğma nənəsi, atası qızıma 1 stəkan su vermədi ki, sənə verəcək suyum yoxdur"

Müğənni Luna şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraflar edib. xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan ifaçı yaşadıqlarını danışarkən göz yaşlarını saxlaya bilməyib. Luna bildirib ki, keçmiş həyat yoldaşının ailəsi 16 il ərzində bir dəfə də olsun onun qızı ilə maraqlanmayıb. Sənətç

19 dekabr
.

Aygün Kazımovadan Röya ilə bağlı XOŞ XƏBƏR

Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla bağlı özəl xəbər açıqlayıb. Pop kraliça açıqlamasında Röyanın oğlu Hüseynin İngiltərədə universitetə daxil olduğunu bildirib:. "Röya Ayxan zəng etdi və gözəl bir xəbər verdi. Oğlu İngiltərədə universitetə daxil olub. Çox sevinirəm. Röya da çox sevinirdi

21 dekabr
.

Məşhur şoumenin 6-cı dəfə boşanmasının ŞOK səbəbi üzə çıxdı

Xəbər verildiyi kimi, məşhur şoumen Mehmet Ali Erbil özündən 40 yaş kiçik həyat yoldaşı Gülseren Ceylandan ayrılır. Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi böyük yaş fərqindən irəli gələn fikir ayrılıqları və bitib-tükənməyən mübahisələr olub. Mehmet Ali Erbi

14 dekabr
.

Məşhur aktyordan keçmiş həyat yoldaşına sərt reaksiya verdi: "Haqqımı halal etmirəm" - FOTO

Aktyorluq karyerasını bitirərək ABŞ-yə köçən Tolqa Karel yenidən gündəmə gəlib. Bir müddət Günay Musayeva ilə evli olan Karel bu nikahdan Cahangir adlı bir oğul sahibi olub. türk mediasına istinadən xəbər verir ki, boşandıqdan sonra ABŞ-da yeni həyat quran Tolqa Karel, keçmiş həyat yoldaşının açıqlamalarında

17 dekabr