İmam Əliyə ad günü keçirib tort kəsənlərə SƏRT SÖZLƏR: "O xanımlar..."

İmam Əliyə ad günü keçirib tort kəsənlərə SƏRT SÖZLƏR: "O xanımlar..."Azərbaycanda Həzrəti Əlinin mövludu günü münasibəti ilə keçirilən mərasim sosial şəbəkələrdə yayılıb. Bir çox şəxs mövludun bu cür qeyd edilməsi dini gözdən salan hal kimi qiymətləndirir. Bəs İslam dini üçün dəyərli şəxsiyyətlərdən olan Həzrəti Əlinin mövludunun bu cür qeyd olunması dinin tələbləri ilə nə qədər uyğundur?

Sonxeber.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli Publika.az-a açıqlamasında dini mərasimlər, bayram günlərinin şən əhval-ruhiyyədə keçirilməsinin dinin tələblərindən olduğunu deyib:

"Hədislərimizdə "dini mərasimlər, bayramlarda şadlıq edin" , deyə buyrulur. Bu baxımdan din həyat tərzidir və yalnız matəm günlərindən ibarət deyil. Dinimizdə buyrulur ki, şadlıq imanlı insanın əsas əlamətidir. Amma bu mərasimlər keçirilərkən müqəddəs şəxsiyətlərin şəninə uyğun şəkildə qeyd edilməli, onları aşağılayacaq şəkildə keçirilməməlidir. Burada konkret qaydadan söhbət getmir, lakin elə tərzdə qeyd edilməlidir ki, dəyərlər gözdən düşməsin. Bu dəyərləri ucuzlaşdırmaq yolverilməzdir. Bəzən bu cür tədbirlər dini dəyərlərin gülüş hədəfinə çevrilməsinə, məsxərə edilməsinə səbəb olur. Əlbəttə, tədbirin mahiyyətinə uyğun keçirilməsi daha yaxşı olardı. Azərbaycanda bu cür tədbirlərin keçirilmə ənənəsi var. Həmin tədbirlərdə dahi şairlərimizin dini şəxsiyyətləri vəsf edən şeirləri oxunub, qəsidələr deyilib. Tədbirlər bu şəkildə keçirilsə, daha yaxşıdır. Düzdür, zaman keçdikcə, dini ayinlər, mərasimlərin keçirilmə qaydalarında dəyişikliklər ola bilər. Lakin bunlar tədbirin mahiyyətinə kölgə salan həddə olmamalıdır. Müqəddəs şəxsiyyətlərin adı ilə bağlı tədbirləri gülüş hədəfinə çevirmək yolverilməzdir".

Hacı Şahin Həsənli həmçinin vurğulayıb ki, tədbiri keçirənləri pis niyyətli olmaqda da ittiham etmək olmaz:

"İnsanları qınamaq məqsədim yoxdur. Ola bilər ki, insanlar məhəbbətlərini bu cür ifadə etmək istəyiblər, məqsədləri heç də mərasimə kölgə salmaq olmayıb. Hər bir halda bu mərasim tədbirin mahiyyətinə uyğun deyil. Bu mərasimlərdə şirniyyat da verilə, ilahiyyat da oxuna bilər. Lakin hər hansı ad günündə oxunan, Azərbaycan xalqına da məxsus olmayan mahnıların oxunması doğru deyil. Düşünürəm ki, həmin görüntüdəki tədbirlər dinin mahiyyətinə uyğun deyil. İnsanlar bu cür tədbirləri keçirərkən, məhəbbətlərini ifadə edərkən ifrata varmamalıdırlar. Dini dəyərləri "yüngülləşdirmək", yazılmamış, lakin qəbul olunmuş qaydalardan kənara çıxmaq doğru deyil. İnsanları qınamaq istəmirəm, amma şadlıq etmək müqəddəs şəxsiyyətin adına ləkə gətirməməlidir. Bu məsələ tək bir şəxsə aid deyil, həm də dini məsələdir. Dini məsələ də həssas olduğuna görə bunda daha diqqətli olmaq lazımdır".

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli isə deyib ki, dinimizə və İslamın qaydalarına görə sevimli peyğəmbərimizin, onun ev xalqı, əhli-beyt mənsublarının ad gününün keçirilməsində heç bir qəbahət yoxdur:

"Lakin həmin şəxslərin mövlud günlərinin bu cür qeyd edilməsi heç bir halda dinin prinsiplərinə uyğun deyil. Qəhrəmanlıq üçün islamda bir nömrəli nümunə hesab edilən Həzrəti Əlinin ad gününün bu cür keçirilməsi xurafat, cəhalət, dini bilgisizliyin acı nəticəsidir. Biz dünyəvi ölkə olsaq da, mənəvi dini dəyərlərimizin təəssübkeşi Azərbaycan dövlətidir. Azərbaycan xalqı da mübarək isim sahibləri, sevgili peyğəmbərimiz və onun ev xalqına sevgi və sayğı ilə yanaşıb. Çox istərdim ki, aprel ayında Hərəti Əlinin doğum günü qeyd olunduğu günlərdə onun qəhrəmanlıq səlnaməsindən dərs alan aprel şəhidləri timsalında bütün şəhidlərimizin mübarək ruhları anılsın. Həzrəti peyğəmbərimiz öz dövründə ümmətinin cəhalətindən əzab keçirirdi. Bu gün mənəviyyat adamı kimi Həzrəti Əliyə bu cür doğum günü keçirən insanların əməllərindən utanıram. Ola bilər ki, o xanımlar arasında Həzrəti Əlini könüldən sevənlər var, amma onlar İslamı maarifləndirməni düzgün anlamadıqlarından, dini bilgisizlikdən, xurafatın qurbanı olduqlarından bunu yol veriblər. Odur ki, bu addımı dini və milli kimliyimizə qəsd kimi qiymətləndirirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2556   Tarix: 02 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib

Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

20 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr