Azərbaycanda silah satışı ilə bağlı səhifələr açılıb - SABİQ-POLİSİMİZDƏN AÇIQLAMA
Son zamanlar sosial şəbəkələrdə silahlların təbliğatı artıb. Bir çox gənclər öz səhfələrində silahla çəkdirdiyi şəkilllərini paylaşırlar. Yaxud da sosial şəbəkələrdə silah satışı ilə məşğul olurlar.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən "Polisə Dəstək" İctimai Birliyinin sədri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsahibələrin aparılması və nəticələrinin qiymətləndirilməsi üzrə ekspertidi Şəmsəddin Əliyev bildirib ki, bu Azərbaycan reallığı üçün bu çox önəmli məsələdir: Ölkəmizdə odlu silahların saxlanılması, satılması, gətirilməsinə icazə verilmir. Düzdü odlu silhaların saxlanılması üçün icazə yerli icra hakimiyyəti tərəfindən verilir. Avropa ölkələrində silah saxlamağa icazə verilir. Hansı dövlətdəki odlu silahların saxlanmasına icazə var həmin ölkələrdə kifayət qədər xoşagəlməz hadisələr baş verir. Ona görə cəmiyyətdə zidd davranışların qarşısını almaq baxımında odlu silahların daşınmasının və sosial şəbəkədə təbliğ edilməsinin əlehinəyəm. Düzdü Azərbaycan qanunda bu cür təbliğatlar üçün normalar yoxdur Amma saxlanması və satılması qadağandır. Düşünürəm ki, silahların sosial şəbəkələrdə təbliğatının aparılması cəmiyyətdə münasibətlərin pozulmasına gətirib çıxaracaq. Silahların təbliğatı hansı saytlarda aparılırsa rəhbərlik buna görə məsuliyyətə cəlb olunmalıdır. Bu gün silahların təbliğatına tələb varmı? Əlbəttə yoxdur. Niyə bu cür addımlara yol verilir. Bu da o deməkdir ki, bu şəkillərin yayılmasına səssiz qalan şəxslərin marağında nəsə var. Daxili İşlər Nazirliyinin Cinayətkarlarla Mübarizə İdarəsində hər il odlu silahların ölkəmizə qanunsuz gətirilməsinin qarşısının alınması ilə bağlı məlumatlar gedir. Ötən illərə nisbətən say azalıb. Qanunsuz silahı könüllü təhvil vermək lazımdır. Könüllü təhvil verdiyinə görə həmin şəxs cinyyət məsuliyyətindən azad edilir. Biz vətəndaşlarımız bu məsələdə çox sərt mövqedə dayanmalıyıq. Qanunsuz silah daşımaq və saxlamaqla bağlı cinayyət məcəlləsində maddələr. Düşünürəm ki, bununla bağlı maddələr sərtləşdirilməlidir. Maarifləndirmə yolu ilə də biz böyük naliyyətlər əldə edə bilərik. Düşünürəm ki, qəsdlə törədilən bütün cinayətlərə görə cəza sərtləşməlidir. Azərbaycan Respublikasının qanununda yaşamaq hüququ ilə bağlı maddə var. Bizdə ölüm cəzası götürülüb. Düşünürəm ki, bu cür ağır cinayyətlərə görə ölüm hökmü yenidən bərpa olunacaq".
Şəmsəddin Əliyev vurğulayıb ki, araşdırmaq lazımdır ki, bu silahlar hansı yolla ölkəmizə gətirilir: "Bu silahlar quru, su və hava yolu vasitəsi ilə gətirilir. Deməli sərhəddimizə məsul olan bəzi şəxslərin məsuliyyətsizliyi səbəbi ilə bu silahlar ölkəmizə gətirilir. Bəzi şəxslərin vəzifələrindən istifadə etməsi və ölkəmizə daxil olan insanların yetərincə yoxlanılmaması problemi var. Bu silahlar Azərbaycanda istehsal olunmur. Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və hava limanlarındakı məsul şəxslər diqqətli olmalıdır. Bu gün kifayyət qədər texnologiya inkişaf edib. Bəs niyə yenə ölkəmizə silah gətirilməsi aşkar edilmir. Nə qədər ki, vətəndaşlarımızda qanunsuz silahlar var təhlükəsizliyimiz təmin edilməsində problemlər yaranacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Meyxanaçı Kərim vəfat etdi
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Sabah hava necə olacaq?
Pensiyalar bu tarixdə tam ödəniləcək
"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA