Azərbaycanda qızqaçıranları bu cəza gözləyir - VƏKİL AÇIQLADI

Azərbaycanda qızqaçıranları bu cəza gözləyir - VƏKİL AÇIQLADIAzərbaycanın bəzi bölgələrində ta qədimdən qız qaçırma ənənəsi mövcuddur. Respublikanın bir sıra bölgələrində elçiliklə qız almaq əvəzinə qaçırma yoluna üstünlük verilir. Belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə onu zorla qaçırırlar. Təəssüf ki, bu ənənə indi də qalmaqdadır. Baxmayaraq Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir. Ölkəmizin bəzi regionlardakı adət-ənənəyə görə, qızı zorla qaçırılan ailə milli mentaliteti əsas tutub hüquq-mühafizə orqanlarına şikayət etməz. Sadəcə, qızı qaçırılan ata-ana bir neçə gün bu olaya sərt münasibət göstərər, el ağsaqqallarının məsələyə müdaxiləsindən sonra ara sakitləşər. Amma elə bölgələr də var ki, orada qız qaçırılmasına sərt münasibət var və belə hadisə hətta arada düşmənçiliyə, adam öldürülməsinə səbəb ola bilir. Qeyd edək ki, həmin qaçırılan qızlar arasında 18 yaşından aşağı olanlar da var.

Bununla bağlı Sonxeber.az-a açıqlamasında vəkil Elmar Süleymanov qeyd edib ki, adam oğurluğu ilə bağlı Azərbaycanda qanun kifayyət qədər sərtdir. Belə ki, adam oğurluğuna görə Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən adamoğurluğu 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin həmin əməl silahdan istifadə edilərək tamah məqsədilə törədilərsə və ya sifarişlə edilibsə 8 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Əgər sifarişlə bu əməl törədilsə 2.6-cı hisssə ilə cəzalandırılır.

Vəkil onu da qeyd edib ki, yetkinlik yaşına çatmayan insanları qaçıranların həbs müddəti daha çoxdur. Belə onları 10 ildən 15 ilə qədər azadlıqda məhrum etmə cəzası gözləyir. Əslində əgər qız nikah yaşına, yəni 17 yaşına çatmayıbsa və məcburi qaçırılırsa, bu, adam oğurluğuna bərabərdir. Ancaq 18 yaşı tamam olan qız öz istəyi ilə qaçarsa, bu zaman cinayət işi açılmır".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1765   Tarix: 06 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Niyə göy qurşağını hər kəs fərqli görür?

Yağışdan sonra səmada görünən göyqurşağı hamıya eyni görünürmüş kimi təsəvvür edilsə də, əslində hər insan fərqli göy qurşağına baxır. Mütəxəssislərin sözlərinə görə, göy qurşağı fiziki obyekt deyil, müşahidəçiyə xas olan optik hadisədir. Bu səbəbdən yan-yana dayanan iki nəfər belə eyni göy qurşağın

23 iyun
.

Prezident bir qrup dövlət qulluqçusunu təltif etdi - SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluqçularını təltif edib. -a istinadən xəbər verir ki, bunun bağlı Prezident Sərəncam imzalayıb. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:. "Tərəqqi" medalı ilə. Abdullayev Həbib Fərhad oğlu. Ağakərimov Aki

23 iyun
.

Torpaq mülkiyyətçiləri vaxtından əvvəl tədqiqat sifariş edə biləcəklər

Torpaq tədqiqatı işlərinin yerdə (naturada) aparılma müddətləri müəyyənləşir. Sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılan "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında"

23 iyun
.

Avropa komissarı gizli şəkildə İsrailə səfər edib: SƏBƏB

Aralıq dənizi məsələləri üzrə Avropa komissarı Dubravka Şuitsa İsrailin xarici işlər naziri Gideon Saar və Avropa diplomatik xidmətinin rəhbəri Kaya Kallas arasındakı münaqişə fonunda bölgədə iki Aİ missiyası müddətinin uzadılması üçün gizli şəkildə İsrailə səfər edib. -ın xəbərinə görə, bu barədə Avropanı

23 iyun
.

Dənizdə batan 4 nəfərin FACİƏSİ: Qardaşlar Bakıya işləməyə gəliblərmiş

Dünən Xəzər dənizinin Mərdəkan qəsəbəsinə yaxın nəzarətsiz ərazisində batan 4 nəfərlə bağlı bəzi təfərrüatlar məlum Dənizdə batan 4 nəfərin FACİƏSİ: Qardaşlar Bakıya işləməyə gəliblərmişolub. -a istinadla xəbər verir ki, dənizdə boğulanların hamısı bir-birilə yaxın qohumdurlar, ata tərəfdən əmi nəvələridirlər

23 iyun
.

Xırdalanda antisanitar vəziyyət: Konteynerlərin yerinin dəyişdirilməsi narazılıq yaradıb

Abşeron rayonunun Xırdalan şəhərində məişət tullantılarının yol kənarında qalaqlanması sakinlərin narazılığına səbəb olub. xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Qeyd olunub ki, "AAF park" ərazisində məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər götürüldüyü üçü

23 iyun
.

Ağcabədidə iki əmioğlu itkin düşdü

Ağcabədi rayonunda iki yeniyetmə qohum itkin düşüb. -ın məlumatına görə, hadisə rayonun Hüsülü kəndində baş verib. Kənd sakinləri - 2010-cu il təvəllüdlü Anar Məmmədov və onun əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də səhər saatlarında evdən çıxaraq naməlum istiqamətdə gediblər. Ailələri bu barədə polis

23 iyun
.

İş adamlarının xarici valyutanı ölkəyə gətirməməsinə görə cəzalar dəyişir

Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cərimələr dəyişir. Sözügüdən məsələ İnzibati Xətalar Məcəlləsinə təklif oluna

23 iyun
.

Qırğızıstanda keçmiş deputat saxlanıldı: Mütəşəkkil cinayətkarlıqda şübhəli bilinir

Qırğızıstanın paytaxtı Bişkekdə keçmiş deputat Duyşon Torokulov saxlanılıb. Bu barədə "Sputnik Qırğızıstan"a istinadən xəbər verir. Pervomayski Rayon Məhkəməsinin məlumatına görə, keçmiş parlamentariyə qarşı Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 261-ci - "Mütəşəkkil cinayətka

23 iyun