SSRİ-ni məst edən, gözəlliyi ilə dünyanı silkələyən TÜRK GÖZƏL BAKIYA GƏLİR - FOTO

SSRİ-ni məst edən, gözəlliyi ilə dünyanı silkələyən TÜRK GÖZƏL BAKIYA GƏLİR - FOTOMəlahət Abbasova 1989-cu ildə Moskvada keçirilən gözəllik müsabiqəsində "Dünya gözəli" seçilən model Məltəm Hakararı Bakıya gətirəcək.

Bu barədə İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini vəzifəsində çalışan azərbaycanlı aktrisa instaqramda özü məlumat verib. M.Abbasova Məltəm Hakararın fotosunu paylaşıb və fikirlərini belə ifadə edib:

"Məltəm Hakarar 1989-cu ildə Moskvada "Dünya gözəli" seçildi. O günləri xatırlayıram. Sizcə, durduq yerdə niyə Məltəmi xatırladım? O, "Məlahətli söhbətlər" verilişinin qonağı olacaq".

Qeyd edək ki, Məlahət Abbasovanın bu televiziya layihəsi Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəstəyi ilə həyata keçirilir.

Məlumat üçün bildirək ki, Məltəm Hakarar 1988-ci ildə 18 yaşında "Türkiyə Gözəli" seçilib. 1989-ci ildə o, Moskvada ilk dəfə Kosmos mehmanxanasında keçirilən dünya gözəllik müsabiqəsində birincilik qazanaraq 30 min dəyərində göy yaqut və başqa 357 ədəd qiymətli daşlarla bəzədilmiş, ümumi çəkisi isə 3.262 karat olan taca layiq görülüb. Lakin o, tacı vətəninə aparmaq üçün ölkədən xüsusi icazə istəməyə məcbur olub. Yeri gəlmişkən, toy günü Məltəm məhz bu tacı taxıb. Taleyin ironiyasıdır ki, sonrakı həyatında bu tac ona heç vaxt sevinc bəxş etməyib.

Məltəm Hakarar müsabiqədə iştirak edəndə Mərmərə Universitetinin memarlıq fakültəsində təhsil alırdı. Bu müsabiqədən sonra türk gözəlinin adı dillərdən düşmür, bütün baxışlar ona yönəlir. Onun şəkilləri bütün rus, eləcə də Azərbaycan qəzetlərində manşet olur. Məltəmin şəkilləri təkcə qəzet səhifələri bəzəməklə qalmır. Əgər xatırlayırsınızsa, o illərdə divarlardan iri təqvim plakatları asmaq dəbədə idi. Təqvim plakatlarını gözəl qızlar bəzəyirdi. Onlardan ən məşhuru və ən çox satılanı isə Məltəmin təqvimləri idi.

Məltəm qalib olması xəbərinin vətəninə bir neçə gün sonra çatdığını bildirib: "Həmin dövrlərdə əlaqə və ünsiyyət o qədər primitiv idi ki, birincilik xəbərim Türkiyəyə 2 gün sonra çatmışdı".

Müsabiqədə arxası uzun, önü isə qısa zümrüd rəngli paltar geyinən dünya gözəlinə nəinki münsiflər heyəti, bütün Rusiya heyran qalmışdı. Bir sözlə, SSRİ-inin son illərinin kraliçası o idi. Eyni zamanda onun müsabiqədə geyindiyi milli paltar da böyük maraq doğurmuşdu. Məltəm həmçinin "Miss zəriflik" adına da layiq görülüb.

Dünya gözəli 1997-ci ildə milliyyətcə yəhudi olan Avi Behar adlı şəxslə təmtəraqlı şəkildə evlənsə də, cütlüyün nikahı uzun sürməyib. Ayrılıq səbəblərini belə izah edib: "Biz bəlkə də evlənməli deyildik, sadəcə flirt etməli idik. Ailə olmağa hazır olmadan evlənmişdik. Evlənmək çətin deyil, amma ailə olmağı bacarmaq böyük məsuliyyətdir. Mən yenə də evliliyin insan üçün vacib olduğuna, həyatını nizama saldığına inanıram. Ancaq biz dost kimi ayrıldıq. Nə xəyanət var, nə də başqa bir şey. İki insanın ayrılması da evlənməsi kimi təbii haldır. Səhv etmədən həyatı öyrənmək mümkün deyil. Ailəm müsəlman olsa da, müasir düşüncəlidir. Ərim də müasir yəhudi bir ailədən idi. Bütün müqəddəs günləri birlikdə qeyd edirdik. Din və milliyyət məsələsi aramızda heç vaxt problem olmayıb".

Dünya gözəli həyat yoldaşından ayrıldıqdan sonra uzun müddət alkoqolizmdən əziyyət çəkib. O, Türkiyə mətbuatına verdiyi açıqlamada başqa kişilərlə sevgi macəraları yaşadığını, lakin ciddi münasibətləri olmadığını açıq şəkildə etiraf edib. Yeri gəlmişkən, dünya gözəli məşhur türk aktyoru Cem Yılmazın da ağlını başından alıb. Təəssüf ki, bu münasibətdə uğursuzluqla nəticələnir.

Uzun illər model kimi çalışdıqdan "Koç", "Enka", "Cenajans " və "Kanal D" kimi şirkətlərlə çalışıb.

publika.az


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3070   Tarix: 09 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

Xalq artistinə AĞIR İTKİ

Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c

8 sentyabr 2021
.

"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO

Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan

3 sentyabr 2021
.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021