"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı
Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi.
Sonxeber.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib.
Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?
Xanımı Mədəniyyət Nazirliyindən ona bircə kərə də zəng gəlmədiyini bildirib.
Gülü kimdənsə nəsə ummadığını qeyd edib:
"Hər gün gedib məzarı başında dururam 3-4 saat onunla oluram, sonra qayıdıb evə gəlirəm. Mən heç kimdən nəsə ummuram. İndi hamı öz hayındadır, hamı öz iş-gücü ilə maraqlanır. Rəmiş dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən heç kəs zəng vurmayıb. Oturmuşam öz damımın altında, hərdən bir-iki dostu zəng edir, halımı-əhvalımı soruşur. Amma evə nə gələn var, nə gedən. Heç kimdən də incimirəm. Allah hamısına can sağlığı versin. Prezidentimizə, Mehriban Əliyevaya can sağlığı arzulayıram, Allah onları ölkəmizdən əksik etməsin. Məhz onların sayəsində Rəmiş 2 ay artıq yaşadı, onu xəstəxanaya yerləşdirdilər, bütün müalicə xərclərini ödədilər. İndiyə qədər nə lazımdırsa onlar etdi, kifayət qədər dəstək oldular. Hətta Rəmiş dünyasını dəyişəndən sonra qəbirstanlıqda yer də verdilər, qayğımızı çəkdilər. Ona görə indi heç kəsdən umu-küsüm yoxdur, nə lazım idisə, Prezidentimiz etdi.
Şükür Qarabağ geri alınıb, başları ora qarışıb. Rayonlarımız abadlaşdırılır ki, yurd-yuvalarından ayrı düşənlər qısa zamanda geri qayıtsınlar. Bunları bilə-bilə necə kimdənsə küsüb-inciyə bilərəm? Tək canımdır, 264 manat təqaüd alıram, onunla özümü dolandıra bilirəm. Bilirəm ki, növbəti təqaüdə qədər nəyi necə xərcləmək lazımdır. Hər şeyi planlı edirəm ki, heç kəsə ehtiyacım olmasın".
O, Rəmişin vəfatından sonra sənətçinin mirası ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib:
"Adam gərək Allahla danışsın, Rəmişin vəfatından sonra ailəsi ilə "miras davamız" olmayıb. Bu haqda danışılanlar dedi-qodudur. Onun ailəsindən bir insan belə mənə "gözün üstə qaşın var" deməyib. Rəmişin ilk həyat yoldaşından iki qız övladı var. Nə qızları, nə digər qohumlarından kimsə miras davası salmayıb. Heç biri də məni incitmir. Onlar Rəmişin vəfatından sonra mirası barədə söhbətləri ağıllarına belə gətirmirlər, gərək sözün düzünü danışasan, mənimlə heç kəsin işi yoxdur, hərə öz evinə qaxılıb. Bu söhbətləri kim yayır bilmirəm, ancaq düz iş görmür. Rəmişin guya nəyi var idi ki, bir evi var, onu da Prezidentimiz bağışlayıb. Həm də qohumları elə adam deyillər ki, gəlib mənimlə ev davası etsinlər. Şükür Allaha, hamısının hər şeyi var".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bunun üçün 4 milyon ödəyib
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy
25 oktyabrŞəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas
24 oktyabr"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status
11 oktyabrNaibə Allahverdiyeva xəstəxanadan evə buraxıldı
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanadan evə buraxılıb. Bu barədə aktrisanın özü Qaynarinfo-ya açıqlamasında məlumat verib. O, həmin gecə qan təzyiqinin həddindən artıq yüksəldiyini və özünü pis hiss etdiyini bildirib:. "Təzyiqim 200-dən yuxarı idi, özümü pis hiss edirdim. Təcili yardıml
26 oktyabrCavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabrBaşqa həbsxanaya köçürüldü
Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-
18 oktyabrMərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17 oktyabr"Bir səhər əllərini sonuncu dəfə tutdum"
Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc
1 noyabr