Bakının dollar bazarında canlanma: Dolların qalxacağı xəbərini kimlər yayır?

Bakının dollar bazarında canlanma: Dolların qalxacağı xəbərini kimlər yayır?Kommersiya bankları dollar alışını artırıb. Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə banklar fevral ayında əhaliyə satdığı dollardan 71.272 milyon dollar çox alıb ki, bu da əvvəlki ayla müqayisədə 2 dəfə çoxdur. Hesabata əsasən, fevral ayında banklar əhalidən 222,427 milyon dollar alıb, əhaliyə isə 151,155 milyon nağd dollar satıb. Qeyd edək ki, hesabat nağd şəkildə aparılan əməliyyatlara aid edilir.

Maraqlıdır, əhali dollar satışına maraq göstərir, yoxsa banklar yenidən dollar yığmağa başlayıb?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət" qəzetinə şərhində bankların dollar alışında yaranan müsbət saldonu ölkəyə gələn turistlərin çoxluğu ilə əlaqələndirdi. N.Cəfərli deyib ki, bu özlüyündə müsbət haldır: "Bu məsələdə bir qeyri-dəqiqlik var. Söhbət təkcə Azərbaycan əhalisindən getmir, həm də ölkəyə fiziki şəxs kimi gəlib valyutadəyişmə məntəqələrində pul xırdalayan əcnəbilərəndən gedir. Yəni, bu statistika sırf əhali ilə bağlı deyil. Son aylarda ölkəyə gələn turistlərin sayında kifayət qədər artım olub. Bu artımı biz də müşahidə edirik. Nəzərə alsaq ki, ölkəyə gələn turistlərin hamısı dollarla gəlir. Nəticədə də dolları dəyişərək manata çevirirlər və xərcləmələr həyata keçirirlər. Əhalidə isə manatın uzun zaman dollar qarşısında sabit olması milli valyutaya inamı yavaş-yavaş bərpa etməyə başlayıb. Müəyyən ödənişlər də artıq manat üzərindən həyata keçirilir. Məsələn, avtomobil, mənzil satışında artıq əsasən manat üzərindən qiymətləndirmə aparılır.

Digər tərəfdən, əhali əlində olan dollar ehtiyatlarını manata çevirərək, gündəlik ehtiyaclarını ödəyir. Çünki mənzil alanda bank vasitəsilə əməliyyat aparılır və bu da manat üzərindən həyata keçirilir. Mənzil alarkən alıcı vəsaiti depozit olaraq banka qoyur, sonra isə satıcı həmin pulu bankdan çəkir. Ona görə də bu əməliyyatların həcminin artması manata tələbatı artırıb. Amma bu, o demək deyil ki, manata inam tam bərpa olunub. Çünki hesabatda göstərilən rəqəmlər çox aşağı göstəricidir. Azərbaycan kimi 10 milyonluq ölkədə 70 milyon dollarlıq müsbət saldo çox aşağı göstərici hesab olunur. Bu rəqəmsal olaraq böyük rəqəm deyil. Amma turistlərin sayının artması, daşınmaz əmlak, avtomobil satışının manat üzərindən aparılması bu prosesə müsbət təsir göstərir. 2016-2017-ci illərdə bu əməliyyatlar dollar üzərindən həyata keçirilirdi. Artıq indi manata inamın yavaş-yavaş bərpa olması və satışların manat üzərindən həyata keçirilməsi əhalinin dollar ehtiyatlarını satışa çıxarmasına səbəb olur".

Natiq Cəfərli dollar alışında yaranan artımın digər bir səbəbini isə əhalinin gəlirlərinin azalmasında gördüyünü deyib: "Digər məsələ isə ondan ibarətdir ki, 2014-cü ildən başlayaraq əhali bütün ehtiyatlarını dollarda saxlayırdı. İndi əhalinin bir qismində gəlirlərin aşağı düşməsini nəzərə alsaq, artıq həmin valyuta ehtiyatlarından istifadə etməyə başlayıb. Bunun özü də bir göstəricidir. Ümumi olaraq satılan və alınan dollar arasında müsbət saldonun olması özü-özlüyündə pozitiv xəbərdir. Amma bunun dayanıqlı olub-olmaması yaxın aylarda bəlli olacaq.

Bu uzun zaman davam edə bilməz. Çünki yaxın aylarda valyutaya olan ehtiyac da artacaq. Yay mövsümü gəlir və Azərbaycan əhalisinin böyük hissəsi istirahət üçün xarici ölkəyə gedir. Xaricə getdikcə valyutaya olan tələblər də artacaq və nəticədə turistik səfər edənlər manatı dollara çevirib özüylə aparacaq. Mərkəzi Bankın bu məlumatları ilboyu təkarlanarsa, o, zaman müsbət bir tendensiyanın yarandığını demək mümkün olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2906   Tarix: 15 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021