Azərbaycanda son iki gündə intenetdə niyə problem yaranıb?
Təxminən iki saat ərzində Bakının bir neçə rayonunda internet olmayıb. Azərbaycanda internet saat 13:05-də yenidən aktivləşməyə başlayıb.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycanın İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib ki, Azərbaycanda internetin keyfiyyətində problem var: "Beynəlxalq dövlətlə müqayisə etsək görərik ki, adam başına düşən internetin sürəti aşağıdır. Vaxtı ilə Azərbaycanda istatistika açıqlanmışdı ki, Azərbaycanda hər adama düşən internet sürəti 3.5-4 meqabitdir. Amma qonşu ölkələrdə 10-15 arasıdır. Bu faktlar bizdə strateji yol xəritəsində qeyd olunub. Həm də qeyd olunub ki, 2020-ə qədər bizdə hər adama verilən internet sürəti 20 meqabitə çatdırılmalıdır. Amma indiki monitorinqlər var ki, burda ciddi problemlər var. Həqiqətən də Azərbaycanda internet keyfiyyətsizdir. Bunu da aradan qaldırmaq üçün kompleks tədbirlər lazımdır. İnternetin keyfiyyətli olması üçün hiper aktiv xəttlər olmalıdır. Bu gün Azərbaycanda istifadəçilərin 50-60 faizi interneti telefon xəttinə bağlayıb. Bu ADSL adlanılır. Bu yolla heç vaxt yüsək sürətli internet əldə etmək olmaz. Bu köhnə texnologiyadır. Ona görə də fiber optik internet xəttləri çəkilməlidir. Amma bunun özü də problemlidir. Bunu ancaq bizdə dövlət provayderləri edə bilir. Bakinternet və Aztelekom.net özəl provayderlərə imkan vermir ki, onlar da bu yükün altına girsin. Belə olan halda bu prosses ləng gedir. Onu qeyd edim ki, Bakinternet və Aztelekom.netin elə böyük imkan yoxdur ki, böyük auditoriyaya fiber aktiv internet çəksin. Buna görə Rabitə və Texnologiya Nazirliyi bununla bağlı təcili iş görməlidir ki, Azərbaycanda internet problemi həll edilsin".
Osman Gündüz onu da qeyd edib ki, bizdə provayderlərin bir çoxu əhalini çəkidə aldadır: "Yəni müqavilədə 4 meqabit göstərilirsə əslində əhaliyə 3 meqabit verilir. Bunu provayder məqsədyönlü edir. Düşünürəm ki, buna cavabdeh olan qurumlar bir tədbir görülməlidir. Belə ki, Rabitə və Texnologiya Nazirliyi və İqtisadi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əhalini aldadan provayderlərənəzrəti gücləndirməlidir. Onlar bu sahəyə yetərli nəzarət etmirlər. Bu çox ciddi problemdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"2026-cı il Azərbaycanda böhranın başlanğıcı olacaq"- iqtisadçı NATİQ CƏFƏRLİ
Dünyada neçə pişik var? Hesablamalar aparılıb
Nərimandan tənqidlərə "cavab"
Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
Təzə avtomobil aldı, paspası qaldıranda həyatının şokunu yaşadı - VİDEO
Bu tarixdə GÜCLÜ KÜLƏK OLACAQ - SARI XƏBƏRDARLIQ
Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib
Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU
Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR
Həkim məsləhəti: Kitab oxumağın insan sağlamlığına FAYDALARI
Bəzi yerlərdə yollar buz bağlayacaq - Xəbərdarlıq
Bakının məşhur universitetində söküntü işləri başlayır
Sonsuz yalan danışırlar: Xroniki yalançıların 11 vərdişi