"Koroğlu" metro stansiyası qarşısında gözlənilməz hadisə (FOTO)
"Koroğlu" metrostansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən Sonxeber.az-a verilən məlumata görə, hazırda yol kənarında məhəccərlərin quraşdırılması işləri həyata keçirilir.
"Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq. Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər "Koroğlu" NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib", - deyə məlumatda bildirilir.
Sərnişinlərdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələri və "Koroğlu" metrostansiyasından çıxışda "Koroğlu" NMM istiqamətində hərəkət etmələri xahiş olunur
Qeyd edək ki, avtobus dayanacaq məntəqəsi aprelin 21-də ləğv ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2093 Tarix: 18 aprel 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabrKarantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus
20 dekabrBakcell lotereyasının 11-ci qalibi bəlli oldu!
Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin
19 dekabrBakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı
Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə
20 dekabrBu qadağa fevralın 1-dək ləğv olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm
20 dekabrElektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
19 dekabrSabah hava necə olacaq?
Dekabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimal
19 dekabr