Taleh Xasməmmədov POLİSLƏRƏ xəsarət yetirdiyi üçün saxlanılıb

Taleh Xasməmmədov POLİSLƏRƏ xəsarət yetirdiyi üçün saxlanılıbHüquq müdafiəçisi Taleh Xasməmmədovun saxlanılıb.

Bu barədə APA-ya T. Xasməmmədovun yaxınları məlumat verib.

Onların sözlərinə görə, hüquq müdafiəçisi bu gün Göyçay rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Onun saxlanılmasının səbəbləri hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11 radələrində Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidmətdə olarkən yol-hərəkət qaydasını pozan BMW markalı avtomobili saxlayıblar: "Yol polisinin əməkdaşı istifadəsində olan bort-kompyuterə nəqliyyat vasitəsinin məlumatlarını daxil edərkən onun barəsində həbs qərarının olması müəyyən edilib və avtomobili qanuna müvafiq qaydada duracağa yerləşdiriblər.

Bundan sonra avtomobilin sahibi, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov DYPB-in rəsinin iş otağına gələrək dərhal avtomobilinin buraxılmasını tələb edib. Ona maşınının saxlanılmasının səbəbləri ətraflı izah edilib və bildirilib ki, cəriməni dəbbə pulu ilə birlikdə ödədikdən sonra nəqliyyat vasitəsini duracaqdan götürə bilər. Bununla razılaşmayan T. Xasməmmədov daha da aqressivləşərək xidməti otaqda öz xuliqanlıq hərəkətlərini davam etdirib, oradakı əşyaları dağıdaraq yararsız hala salıb. Onu sakitləşdirmək istəyən 3 polis əməkdaşına isə xəsarət yetirib ki, onlardan biri dərhal rayon xəstəxanasına yerləşdirilib. Buna baxmayaraq onun qanunsuz hərəkətlərinin qarşısı alınıb və saxlanılıb.

Hazırda faktla bağlı Göyçay RPŞ-də müvafiq araşdırmalar aparılır. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 746   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18 may
.

Diri-diri basdırılmış kişi dörd gün torpaq altında qaldıqdan sonra xilas edilib - VİDEO

Moldovada diri-diri basdırılan 62 yaşlı kişini yalnız dörd gündən sonra xilas etmək mümkün olub. Onun yerin altından gələn ümidsiz qışqırıqları polislər tərəfindən təsadüfən eşidilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Moldovanın şimal-qərbindəki Ustiya kəndinə çağırılıblar. Burada həyat əlamətlər

19 may
.

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb. APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkd

18 may
.

Qırmızı dənizdə tanker raketlə vurulub

Panama bayrağı altında üzən neft tankeri Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbdə raket zərbəsi nəticəsində zədələnib. Məlumata görə, gəminin göyərtəsində yanğın baş verib. Mayın 18-nə keçən gecə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi Yəmənin Hudeyda liman şəhərini

18 may
.

Faciəli şəkildə ölən tələbənin FOTOSU

Sosial şəbəkələrdə ötən gün vəfat edən 23 yaşlı tələbə Vüsal Allahbaxışın görüntüləri yayılıb. həmin fotonu təqdim edir:. Məlumat üçün qeyd edək ki, mayın 12-də ağır yol-nəqliyyat hadisəsində xəsarət alan Sumqayıt Dövlət Universitetinin tələbəsi, 2001-ci il təvəllüdlü Vüsal Allahbaxış oğlu Məmməd Sumqayı

15 may
.

Yevlaxda ailə münaqişəsi qanla bitdi: Arvadını öldürüb, özünə xəsarət yetirdi

Yevlaxda kişi arvadını öldürdükdən sonra özünə xəsarət yetirib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, may ayının 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Ləman Yolçu qızı Şükürovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub

19 may
.

Azərbaycanda məktəbli qız özünü öldürdü

Beyləqanda intihar hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad soyad şərti) özünü asaraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil

18 may
.

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO

Gəncədə çayda batdığı ehtimal olunan 14 yaşlı yeniyetmənin axtarışları davam edir. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən 2010-cu il təvəllüdlü Murad Yasin oğlu Allahverdiyevi

19 may
.

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

Türkiyənin Aksaray şəhərində M. Musa sevgilisi K. Ümmühan ilə evinə əşyalarını götürmək üçün getdiyi zaman həyat yoldaşı ilə mübahisə edib. Türkiyə mediasına istinadən xəbər verir ki, ərinin sevgilisi ilə evə gəldiyini görən qadın eyni məhəllədə yaşayan qardaşlarını çağırıb. Hadisə nəticəsində M. Mus

19 may