Yoldaşı Gəncə üsyanına başçılıq edən, təyyarə qəzasında ölən general qızı

Yoldaşı Gəncə üsyanına başçılıq edən, təyyarə qəzasında ölən general qızıHarda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün "Gözü yol çəkən məzarlar" adlı layihəmizə davam edirik.

***

1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğradıqdan sonra dövlət və hökumət rəhbərlərinin ən çox mühacirət etdiyi ölkə Türkiyə olur. Təxminən, yarım əsrə yaxın siyasi mübarizə aparmış soydaşlarımızın, aktiv siyasətçilərin olduğu otuzdan çox tarixi şəxsiyyətin son mənzili Fəriköy məzarlığındadır. İstanbulun bu məkanına məzarlıq yox, əksinə, muzey demək daha doğru olar. Türkiyədə bizim üçün ən kutsal yer, məhz, Fəriköy məzarlığıdır.

Hüseynqulu xan Xoyski

Çar ordusunun general-mayoru Hüseynqulu xan Xoyski 1869-cu ildə Gəncə şəhərində dünyaya gəlmişdi. Əsli-nəsli Cənubi Azərbaycanın Xoy şəhərindən idi. Atası İskəndər xan rus ordusunun general-leytenantı olmuşdu. Vladiqafqaz progimnaziyasını bitirmişdi. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlamışdı. Unter-zabit rütbəsindən general-mayor rütbəsinədək ucalmışdı.

Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyat yoldaşı Şirinbəyim xanımı (o, Gəncə xanı Cavad xanın nəslindən olan Əbülfət xanın qızı idi), qızı Valiyəni, 6 aylıq nəvəsi Abbası və kürəkəni, məşhur Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir bəy Kazımbəylini götürüb İrana keçmişdi. Kürəkəni sonra geri qayıtmış və 1920-ci il mayın sonunda sovet hakimiyyətinə qarşı üsyana rəhbərlik etmişdi. Hüseynqulu xan Xoyski İrandan Türkiyəyə getmişdi.

Hüseynqulu Xan İsrafil bəylə İstanbula gələr-gəlməz buradan Polşaya gedirlər. Polşa dövləti İsrafil bəyə polkovnik rütbəsi verərək orduda işə götürür. Hüseynqulu xana isə yaşlı olduğuna görə, fəxri rütbəsi qalmaqla passiv iş verirlər.

Hüseynqulu xan, Şirinbəyim xanım Əbülfət xan qızı Ziyadxanova ilə ailə qurmuşdu. Kiçik oğlu Zahid xan Xoyski 1910-cu ildə hələ Gəncədə doğulmuşdu. O, Nyu-Yorkda yaşayırdı. Nəvəsinə ulu babası, Xoy xanı Cəfərqulu xanın adına qoymuşdu.

Generalın qızı Valiyə xanım Azərbaycan Demokratik Respublikasında ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçısı Cahangir bəy Kazımbəyliylə ailə qurmuşdu. O, Gəncə üsyanından bir qədər əvvəl həyat yoldaşı Valiyə Xoyski və altıaylıq oğlu Abbası qayınatası Hüseynqulu xanla İrana yola salıb özü doğma şəhərinə dönmüş, mübarizəyə başlamış və Gəncə üsyanına başçılıq etmişdi.

Ailəsi ilə birgə İtaliyada yaşayan Valiyə xanım 1947-ci ildə təyyarə qəzasında həlak olur. O, II Dünya Müharibəsi başa çatdıqdan sonra yaxınlarını ziyarət üçün İstanbula gəlir, İtaliyaya qayıdan zaman təyyarə Yunanıstanda dağa çırpılır, qəzada xeyli sayda insan həlak olur.

Valiyə Xanhoylu Fəriköy məzarlığında ailə üzvlərinin yanında dəfn olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1574   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dördüncü mərtəbədən düşərək faciəvi şəkildə ölən dördaylıq Aylanın FOTOLARI

Ötən gün Bakıda çoxmərtəbəli binadan düşərək hadisə yerində ölən körpənin sosial şəbəkələrdə görüntüləri yayılıb. -a istinadən bədbəxt hadisənin qurbanı olan Aylanın fotolarını təqdim edir:. Məlumat üçün bildirək ki, hadisə Bakının Sabunçu rayonunda "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb

28 aprel
.

Tovuzda sərnişin avtobusu piyadanı vurub

Tovuzda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Bakıdan Qazaxa gələn sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadının vəziyyətinin ağır olduğu bildirilir

28 aprel
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28 aprel
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə -a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyin

28 aprel
.

Bakı metrosunda sərnişin öldü

Bakı metrosunun "Memar Əcəmi" stansiyasının keçidində 65 yaş civarında bir xanım epilepsiya tutmasından dünyasını dəyişib. Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Qeyd olunub ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib

27 aprel
.

Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO

"Ceyhun adlı sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış". xəbər verir ki, bu fikirləri İTV-yə müsahibəsində sabiq prokuror Munis Abuzərli səsləndirib. O bildirib ki, Ceyhun polis olduğuna görə sevgilisi Nigar ondan şübhələnmirdi:. "Hətta oğurluğa girdiyi evdə oturub konya

28 aprel
.

Kəlbəcərdə yük maşını aşıb, sürücü ölüb

Kəlbəcərdə yük maşını aşıb. xəbər verir ki, hadisə rayonun Qamışlı kəndi ərazisində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Uysal Emrah hadisə yerində ölüb. Hadisə yerinə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır

1 may
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə -a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28 aprel
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28 aprel