8 il iş alan narkobaron azadlığa buraxıldı — ŞOK

8 il iş alan narkobaron azadlığa buraxıldı — ŞOKÖtən gün Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzov cinayət məcəlləsinin bir neçə maddəsi ilə 8 il 6 ay iş alan narkobaronu Məmmədov Elşən Ağalar oğlunu azadlığa buraxıb.

Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, 2017-ci il martın 27-də Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 1965-ci il təvəllüdlü Salyan rayonu Qaraçala qəsəbə sakini, Məmmədov Elşən Ağalar oğlunun fərdi yaşayış evinə baxış keçirilərkən onun evindən və "Mercedes" markalı, 52 BH 977 dövlət qeydiyyat nişanlı avtomaşından küllü miqdarda narkotik maddə götürülüb. Əməliyyatın davamı olaraq Məmmədov Elşən Ağalar oğlunun evindən 5 kiloqrama qədər satış məqsədi ilə saxlanılan tiryək və qurudulmuş mariuxana da çıxıb.

Araşdırmalarımız zamanı məlum olub ki, rayonda genişmiqyaslı narkotika satışı ilə məşğul olan Elşən Məmmədov eyni əmələ görə əvvəllər də həbs olunmasına baxmayaraq, istintaqdan yayına bilib və rayonda yenidən narkotika satışı ilə məşğul olub. Elşən Məmmədov həbs olunduqdan sonra ona qarşı Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı saxlama, daşıma və ya gəzdirmə), CM-nin 228.4 və 234.4.3 maddələri ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri küllü miqdarda törətməklə satma) cinayət işi açılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Salyan rayonu Qaraçala qəsəbə sakini Elşən Məmmədovun cinayət işi baxılması üçün Sirvan Apelliyasiya məhkəməsində hakim Ələsgər Novruzovun icraatına verilib. Maraqlıdır ki, cari ilin mart ayında keçirilmiş məhkəmə prosesində hakim Ələsgər Novruzov, Salyan Rayon Polis İdarəsi tərəfindən keçirilən əməliyyatda şahidlik etmiş kənd sakinlərinə, hal şahidlərinə təziq göstərib. Belə ki, onlara "siz hal şahidi olmaq üçün nə qədər pul almısınız?" deyərək, hal şahidlərinə psixoloji təzyiq göstərib. Redaksiyamıza daxil olan məlumata görə hətta bununla bağlı hal şahidləri Ədliyyə Nazirliyinə də şikayət məktubu yazıb.

Aldığımız məlumata görə, Salyan rayonunda narkotika satışı ilə məşğul olan və 5 kq narkotika ilə həbs olunan Elşən Məmmədov artıq azadlıqdadır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsi 8 il 6 ay azadlıqdan məhrum edilən şəxsin hökmünü dəyişərək azadlığa buraxıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1229   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021