Atası Atatürk dostu, özü Sovetin düşməni - Pasportunda "oğlu" yazılan azərbaycanlı qadın oğru

Sonxeber.az "Qara Volqa"nın üzvü olan məşhur qadın oğru 32 illik məhbus həyatı yaşamış Zerkalo Klara haqqında məlumat verir.

Zerkalo Klara adı ilə tanınan əsil adı Klara Yusifzadə olan qadın Azərbaycanın tanınmış oğrusudur. 1934 ildə məşhur inqilabçı Ağababa Yusifzadənin qızı olaraq dünyaya gəlib.

Atası ona Klara adını məşhur alman siyasətçisi Klara Setkinin şərəfinə verib. Klaranın dediyinə görə anası ömrünün sonuna qədər adını doğru tələffüz edə bilməyərək ona "Qlara" deyirmiş. Səfirlikdə işləyən Ağababa Yusifzadə isə Mustafa Kamal Atatürklə şəkili olan 2-3 nəfər azərbaycanlıdan biridir. Klaranın atası 1937- ci ildə Mircəfər Bağırov tərəfindən güllələnib. Zerkalo Klara sovet rejiminə qarşı çıxaraq onlardan qisas alıb. 15 yaşında olanda ilk dəfə məhbus həyatını yaşayıb. Klara cinayətkardan çox cinayət aləminin "avtoritet"lərindən idi. Ömrünün 32 ilini həbsdə yaşayıb. O, illər əvvəl verdiyi müsahibədə bildirmişdi ki, onu Azərbaycandan kənardakı məhbus evlərinə göndərirlər. Səbəbini bilməsə də, bu, belə olub. O, Azərbaycanın hüdudlarından kənarda cəzasını çəkən zaman gözlərinin ışığını da itirib. Taşavuzda -Qırğızıstanda adamyeyənlərin koloniyasında yatan "avtoritet" onlardan çox şey öyrəndiyini demişdi.

Zerkalo Klara 50-60-cı illərdə "Pəncəli Aslan" və "Paxan" ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi "Qara Volqa"nın fəal üzvü olub. Bu "banda" 50-ci illərdə Bakının ən məşhur oğru dəstəsi olub. Başçıların qadın olması, banda ələ keçirildikdən sonra məlum olub. Həmin məşhur "banda" Azərbaycan tarixində Cəmşid Əmirovun "Qara Volqa" əsəri ilə tanınıb.

Klara həbsdən çıxndan sonra şəxsiyyət vəsiqəsində Yusifzadə Klara Ağababa qızı yerinə "oğlu" yazdırıb.

Zerkalo Klara kişi qeyrətli qadın "Pristupnik" olub. Lotu Bəxtiyarın qadın cinayətkarlar və əsasən də Zerkalo Klara haqqında bir kəlmə sözü olub: Batya deyib ki, "Qadından Oğru olmaz".

Daha sonra onun haqqında deyilən fikilərdən biri də, barmaq izlərinin olmaması idi. Öz arxasında heç bir iz qoymayan cinayətkar anadan gəlmə barmaq izi olmayıb. Robin Qud misalı Zerkalo Klarada törətdiyi cinayətlərdən savayı, həm də kasıblara, yoxsullara kömək etməyi ilə də məşhur idi.

Klaranın iki oğlununda şəhid olduğu deyilsə də, bu haqda dəqiq məlumat yoxdur. Qadın oğru haqqında maraqlı faktlardan biri də, 70-80 -ci illərin şanson ifaçısı Aydınçik adi ilə tanınan Aydın Vəliyevin analığı olmasıdır. Aydınçikin ata bir ana ayrı qardaşı İskəndər müsahibələrin birində anası Klara ilə fəxr etdiyini bildirmişdi.

Əfsanəvi Zerkalo Klara 2011-ci ilin noyabr ayında vəfat edib.

"…Qayıda bilmədim bu yoldan. Və indi bütün ötənləri dərindən araşdırdıqdan sonra bu nəticəyə gəlmişəm ki, Tanrının hər kəsə bircə dəfə bəxş etdiyi ömür yan keçdi məndən. Hədər, boş yerə xərcləndi. Hər halda bu, mənim qismətim imiş görünür. Qismətdən də qaçmaq mümkünsüz bir işdi…"
Atası Atatürk dostu, özü Sovetin düşməni - Pasportunda "oğlu" yazılan azərbaycanlı qadın oğruAtası Atatürk dostu, özü Sovetin düşməni - Pasportunda "oğlu" yazılan azərbaycanlı qadın oğruAtası Atatürk dostu, özü Sovetin düşməni - Pasportunda "oğlu" yazılan azərbaycanlı qadın oğru


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2246   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021