Yeni təyin olunacaq təhsil naziri qadın olacaq? - AÇIQLAMA

Yeni təyin olunacaq təhsil naziri qadın olacaq? - AÇIQLAMABir neçə aydır ki, Azərbaycanda Təhsil naziri postdu boşdur. Aprelin 11-i keçirilən növbədən kənar prezident seçkilərindən bu məsələ yenidən gündəmə gəlib. Xəbər verdiyimiz ki, yaxın günlərdə hakimiyyət yenidən formalaşacaq. Bu zaman Təhsil nazir kimin təyin olacağı maraqla gözlənilir.

Sonxeber.az xəbər verir ki, bununla bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, gənc və orta nəslin nümayəndələrinin təhsil naziri postuna təyin olunması daha məqsədəuyğun olardı: "Çünki yaşlı nəslin təhsil barədə düşündükləri, onların irəli sürə biləcəkləri konsepsiyalar müasir dövrün tələblərinə cavab verməyə bilər. Çünki dünya dəyişir və müasir təfəkkürlü insanların idarəetməyə cəlb olunması aktuallıq kəsb edir. Belə ki, Azərbaycan təhsili dünya reytinqində çox geri qalıb bu da dünya təhsilini bilənlərin təhsil idarəetməsində az olması ilə ciddi şəkildə bağlıdır. Zaman zaman eşidirəm ki, Təhsil naziri qadın olacaq. Təhsil nazirinin qadın, yaxud kişi olmasından asılı olmadan keyfiyyətləri daşıması yaxşı olar. Heç vaxt idarəetmədə gender məsələsi qabardılmır. Kimin qabiliyyəti varsa, həmin vəzifələrə təyin oluna bilər".

Kamran Əsədov vurğulayıb ki, etiraf etməliyik ki, Mikayıl Cabbarov ciddi təhsil islahatlarının əsasnaməsini qoymuş şəxs kimi tarixə düşdü: "Bunların davamı olmalıdır. M.Cabbarov korrupsiyanın müəyyən mənada kökünü kəsə bildi. Hazırda yeni təyin olunmuş və qısa müddətdə kifayət qədər iş görmüş rektorları, Təhsil Nazirliyində qısa müddətdə xeyli təcrübə toplamış, nüfuz qazanmış kadrları nümunə göstərə bilərəm. Hətta son 4-5 ildə təyin olunmuş rektorlar arasından da Təhsil naziri təyin oluna bilər. Kənardan təyin olunmuş şəxslər olsa belə, həmin keyfiyyətlərə sahib insan olacaq. Çünki biz dünya təhsil sistemində öz mövqeyimizi göstərməliyik. Rəqabətə qoşulmalıyıq. Yeni təhsil nazirinin, təhsil problemlərinə yeni baxışı olan və korrupsiyadan uzaq şəxs olmasını istərdim. Bu, ölkənin, bəlkə də ən çox strateji əhəmiyyətə malik nazirliyidir, bütün əhali təbəqəsini əhatə edən və marağına aid nazirlik olduğuna görə ictimai rəyin mahiyyətini anlayan birinin təyin olunması yaxşı olardı. Etraf edək ki, Neft erası" bitdikdən sonra dövlət büdcəsində yaranan kəsirlər hökuməti müəyyən islahatlara getməyə vadar etdi. Neft qiymətlərinin kritik həddə qədər azalması zamanında bir sıra sahələrdə, xüsusilə də büdcə təşkilatlarında gəlir və xərclərin optimallaşdırılması istiqamətində müəyyən addımlar atıldı. Təhsil Nazirliyinin də adının dəyişdiriləcəyi düşünürəm. Hesab edirəm ki, nazirliyin adı Elm və Təhsil Nazirliyi olacaq. Xatırladım ki, bu qurumun adı müəyyən dövrlərdə bir neçə dəfə dəyişdirilib. Yəni, Azərbaycan artıq belə bir təcrübəyə sahibdir. Azərbaycanda xalq maarifi və təhsili üzrə ilk nazirlik 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə "Xalq Maarifi və Dini Etiqad Nazirliyi" adı altında yaradılıb, Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə üç şöbədən (ümumi orta təhsil, ali və orta-ixtisas təhsili, peşə məktəbləri) ibarət olan strukturu təsdiq edilib. Sonradan Azərbaycan SSR Nazirlər Şurasının 28 aprel 1920-ci il tarixli 1 nömrəli dekreti ilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi "Xalq Maarif Komissarlığı" adı ilə yenidən təşkil edilib və respublikadakı bütün təhsil müəssisələri onun tabeliyinə verilib. 1921-ci ildə Xalq Maarif Komissarlığı nəzdində Texniki Peşə Təhsili Komitəsi yaradılıb. Ümumiyyətlə, 1959-1988-ci illərdə təhsillə bağlı Azərbaycanda 2 Nazirlik (Xalq Maarifi Nazirliyi, Ali və Orta-İxtisas Təhsili Nazirliyi) və 1 Komitə (Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib. 1988-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç qurum ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb, onun strukturu təsdiq olunub. 3 sentyabr 1993-cü il tarixli sərəncamla Xalq Təhsili Nazirliyi "Təhsil Nazirliyi" adı ilə yenidən təşkil edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 1994-cü il tarixli 58 nömrəli qərarı ilə Nazirliyin Əsasnaməsi təsdiq olunub. Təhsil Nazirliyinin bu dəfə də adının dəyişəcəyi ehtimalları çox yüksəkdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 9605   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

19 dekabr
.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr