Elmar Məmmədyarov nazir postundan yola salınır?

Elmar Məmmədyarov nazir postundan yola salınır?Xarici işlər naziri Elmar Məmmədyarov yenidən formalaşacaq hökumət kabinetində olmaya bilər. Bu ehtimalı qüvvətləndirən amillərdən biri də yaxın vaxtlarda parlamentdə onun istefaya dəvət edilməsidir.

Sonxeber.az xəbər verir ki, bunu "Unikal" qəzetinə açıqlamasında adının çəkilməsini istəməyən etibarlı mənbə deyib.

Qeyd edək ki, martın 30-da 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir.O, qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil:

"Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin".

Qaynağımızın fikrincə, F.Ağamalının belə bir kəskin tələblə, üstəlik, Milli Məclisdə çıxış etməsi təsadüfə, yaxud deputatın şəxsi təşəbbüsünə oxşamır.

Qeyd edək ki, Məmmədyarovla bağlı istefa tələbinə cəmiyyətdən də dəstək gəlib. Məsələn, Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu yerli mətbuata açıqlamasında Məmmədyarovun vəzifəsindən uzaqlaşdırılmasının vacibliyini vurğulayıb:

"Prezident seçkisindən sonra bəzi nazirlərin dəyişdiriləcəyinə dair xəbərlərin sayı artır. Bu belə də olmalıdır, hakimiyyətə yeni nəfəs lazımdır... Dəyişməli olan nazirlər sırasında xarici işlər naziri də olmalıdır. Çünki onun verdiyi açıqlamalar siyasi ekspertlər və cəmiyyət tərəfindnə birmənalı qarşılanmır. Elmar Məmmədyarov uzun illər diplomatiya sahəsindədir, müxtəlif ölkələrdə çalışıb, səfir işləyib. Ancaq hər yaxşı səfirdən uğurlu xarici işlər naziri çıxmaz. Səfir ölkəsindən aldığı təlimatları yerinə yetirir, daha çox sənədlərlə işləyir, qonaq qarşılayır və yola salır. Əlbəttə, səfirdən səfirə də fərq var. Elə səfir var ki, kabinetdən bayıra çıxmır, gününü keçirir, eləsi də var ki, çalışdığı ölkədə nüfuz sahibinə çevrilir ki, bu da iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edir. Mən istisna etmirəm ki, Elmar Məmmədyarov ikincilərdən olub. Ancaq xarici işlər naziri postu tam fərqlidir, həm işgüzar olmalı, hər də yaradıcı fikirlərlə çıxış etməlidir. Xarici işlər nazirinin fikrini səlis və aydın ifadə etmək bacarığı da olmalıdır. Bəzən Elmar Məmmədyarov Azərbaycan dilində elə fikir deyir ki, bir neçə dəfə oxuduqdan sonra onun nə dediyini anlaya bilirsən. Bəlkə də bu səbəbdəndir ki, Elmar Məmmədyarov yerli media orqanlarına müsahibə vermir, daha çox rusdilli və ingilisdilli nəşrlərə müsahibə verir. Xarici işlər nazir postu onun media ilə sıx əlaqəsini diktə edir. Ancaq biz bunu görmürük. Azərbaycanın əsas problemi torpaqlarımızın işğalının davam etməsidir. Bu durumu dəyişmək üçün xarici işlər nazirinin üzərinə böyük yük düşür. Nazir açıqlama verməklə işini bitmiş hesab etməməlidir. Məsələn, erməni separatçılarının lideri gah Paris, gah da Vaşinqtonda peyda olur. Elmar Məmmədyarov bunun qarşısını almaq üçün indiyə qədər nələr edib? Niyə Dağlıq Qarabağın azərbaycanlı icmasının liderinin eyni ölkələrə səfərləri və görüşləri təşkil olunmur?.. Elmar Məmmədyarov uzun illərdir deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı substansiv danışıqlar aparılmalıdır. Aparılmır, indi nə edək? Elə "substansiv danışıqlar aparılmalıdır" deməklə deyil ki. Ondan başqa heç kim bu ifadəni dilə gətirmir.... Daha sonra Elmar Məmmədyarov həmsədrlərin Krakov görüşündən sonda dedi ki, "kreativ təkliflər var". Ancaq üstündən aylar keçib, nə ortada Məmmədyarovun dediyi "kreativ təkliflər" var, nə də danışıqlarda irəliləyiş qeydə alınıb".

Qeyd edək ki, 2004-cü ildən nazir işləyən Məmmədyarovun yeni hökumət kabinetində yer almayacağı və BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin ediləcəyi barədə məlumatlar da son günlər intensivləşib. Onun yerinə namizədlər arasında isə daha çox ABŞ-dakı səfirimiz Elin Süleymanovun adı çəkilir.

Bütün bunlardan sonra gəlinən qənaət ondan ibarətdir ki, hazırkı xarici işlər nazirinin yeni hökumət kabinetindən kənarda qalması kifayət qədər realdır və bu, gerçəkləşərsə, qətiyyən təəccüblə qarşılanmamalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3675   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021