Azərbaycanın yeni baş naziri o oldu /TƏSDİQLƏNDİ- Canlı yaym - YENİLƏNİB

Azərbaycanın yeni baş naziri o oldu /TƏSDİQLƏNDİ- Canlı yaym - YENİLƏNİB

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisə baş nazir haqqında təqdimatı müzakirə edilir.

Spiker Oqtay Əsədov bildirib ki, bu gün gündəlikdə yalnız bir məsələ var:

"Aprelin 11-də ölkəmizin siyasi həyatında baş vermiş hadisənin sevincini yaşayırıq. İlham Əliyevin yenidən prezident seçilməsi ona olan sonsuz inamın nəticəsidir. Hər biriniz adından cənab Prezidenti təbrik edib, ona işlərində uğur arzulayırıq. Prezident andiçmə mərasimini Milli Məclisdə keçirdi. Bu da Milli Məclisə olan etimadın nəticəsidir. Milli Məclis adından Prezidentə təbrik teleqramı göndəriləcək".

Spiker Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun baş nazir vəzifəsinə təyin edilməsi barədə iclas iştirakçılarına məlumat verib. O.Əsədov Prezidentin yeni baş nazir təyinatı ilə bağlı təqdimat məktubunu oxuyub:

"Məktubda bildirilib ki, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Baş nazir vəzifəsinə təklif edilir".

Hazırda millət vəkillərinin müzakirəsi davam edir.

***

İlk çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Novruz Məmmədovun xarici siyasətdəki prinsipial mövqeyindən danışıb və onun namizədliyini dəstəklədi.

YAP-çı millət vəkili Siyavuş Novruzov da çıxış edərək, Novruz Məmmədovun dövlətçilik qarşısında xidmətlərini sadaladı. O, Prezident, YAP sədri İlham Əliyevin təqdim etdiyi namizədi bütün YAP-çı millət vəkillərinin dəstəklədiyini açıqladı və YAP üzvü olmayan deputatları N.Məmmədovun lehinə səs verməyə çağırdı.

***

Millət vəkili, akademik İsa Həbibbəyli çıxışında Novruz Məmmədovun dəyərli alim olduğunu qeyd etdi. Bildirdi ki, N.Məmmədov sədaqətli, prinsipial və aydın mövqeli şəxsdir:

"O, bütün varlığı ilə Ulu öndər Heydər Əliyevin siyasətinə sədaqətlidir".

İ.Həbibbəyli də həmkarlarını N.Məmmədovu dəstəkləməyə çağırdı.

***

20 nəfərin çıxışa yazıldığını bildirən Oqtay Əsədov çıxışların kəsilməsini xahiş etdi və N.Məmmədovun namizədliyini səsə qoydu.

***

Novruz Məmmədov Milli Məclisin iclasında iştirak edən 113 deputatın hamısının dəstəyi ilə (əleyhinə və bitərəf yoxdur) baş nazir vəzifəsinə təqdiqləndi.
***
Milli Məclisin növbəti plenar iclası başlayıb.

İclasda Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri postuna namizədliyinin irəli sürülməsinə baxılır.

Novruz Məmmədov da iclasda iştirak edir.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə, Baş nazirin namizədliyini prezident irəli sürür. Və həmin namizəd Milli Məclisə təqdim edilir./modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4969   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

29 aprel
.

"Səs Avropa Eşitmə Mərkəzi" məhkəməyə verildi

"Səs Avropa Eşitmə Mərkəzi Gəncə" MMC məhkəməyə verilib. -ın xəbərinə görə, MMC ilə bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciəti "Billur elm istehsalat" şirkəti edib. Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Gülnaz Quliyevanın icraatındadır

29 aprel
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28 aprel
.

Anar Məmmədli saxlanılıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanılıb. Bu barədə -ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verib. O bildirib ki, A.Məmmədli barəsində araşdırma aparılır

29 aprel
.

Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI

İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Əlbəttə ki, bu onların çox vaxt psixoloji vəziyyəti ilə bağlı olur. Mətbuatda çox vaxt sadə vətəndaşların intihar xəbərlərin

29 aprel
.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

28 aprel
.

Azərbaycanda bu məhsulun qiyməti ucuzlaşdı - VİDEO

Bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur. Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda Tovuzda kartofun kiloqramının qiyməti 30 qəpikdən tutmuş iki manata qədər dəyişir. Satıcılar ümumiyyətlə fəsillə əlaqədar kartofa tələbatın azaldığını bildirirlər. Cəlilabadlı fermerlər də məhsuldarlığı

28 aprel
.

Həftənin ilk iş gününün HAVA PROQNOZU

Aprelin 29-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 13-18 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civ

28 aprel
.

"Networking Azerbaijan" Biznes Klubunun növbəti "100% Networking Day" adlı tədbiri keçirilib

16 aprel 2024 tarixində "Networking Azerbaijan" Biznes Klubunun növbəti "100% Networking Day" adlı tədbiri keçirilib. Dövlət qurumlarının nümayəndələrinin, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi. sahibkarlar arasında biznes əlaqələrini

29 aprel