Dünyanın ən zəngin xanımı: "Heydər Əliyev məndən soruşdu ki, bunların hamısı sənindi?" – FOTOLAR

Dünyanın ən zəngin xanımı: "Heydər Əliyev məndən soruşdu ki, bunların hamısı sənindi?" – FOTOLARBu dəfəki müsahibimiz dünyanın ən dəyərli xəzinəsinin sahibi, kolleksioner xanım, əfsanəvi rəssam Tahir Salahovun bacısı Zərifə Salahovadır.

– Zərifə xanım, təklifimi qəbul edib, müsahibəyə razılaşdığınız üçün minnətdaram.

– Buyur, Leyla.

– Bu yaxınlarda məşhur "Pole çudes" verilişində iştirak etdiniz və Leonid Yakuboviç sizi Azərbaycanın mənəvi dəyəri adlandırdı.

– Bəli, çox maraqlı buraxılış alındı. Yakuboviçə Azərbaycan, onun tarixi mədəniyyəti haqda bir neçə miniatür kitab hədiyyə etdim.

– Zərifə xanım, dünyada ilk və yeganə miniatür kitab muzeyini yaratmağınızdan artıq 16 il ötür. Xahiş edirəm, muzeyin tarixindən danışın.

– Aprelin 23-ü muzeyimiz 16 yaşını qeyd edəcək. Məhz bu tarixdə İçəri Şəhərdə Şirvanşahlar sarayının yanındakı ərazidə dünyanın hələ ki, ilk və tək miniatür kitab muzeyini yaratdıq.
– Bəs niyə məhz bu tarix və bu sehirli məkan?

– Məkan seçimi ulu öndərimiz Heydər Əliyevin şəxsi tapşırığı ilə oldu. Həmçinin 1616-cı il 23 apreldə dünya ədəbiyyatının klassikləri Uiliyam Şekspir və Migel de Servantes həyatdan köçüblər. Ona görə bu tarix YUNESKO-nun qərarı ilə dünyada Beynəlxalq Kitab Günü kimi qeyd olunur. Miniatür Kitab Muzeyi yaratmaq üçün də bundan ideal tarix ola bilməzdi.

– Ümumiyyətlə, miniatür kitab kolleksiyanızın neçə yaşı var?

– 1982-ci il idi. Moskvada İttifaqın Könüllü Kitabsevərlər İcmasının tədbirinə qatılmışdım. Elə orada mənə Krılovun əsərlərindən ibarət miniformatlı kitabları 23 rubla almağı təklif etdilər. O vaxtlar bu kifayət qədər böyük məbləğ idi, amma özümü bu zövqdən məhrum etmədim. Kitabı götürmək üçün satıcı ilə birgə anbara getdim. Mini kitablarla ilk tanışlığım da orada başladı. Həmin gündən artıq 35 il keçib və mənim kolleksiyamda 8000-dən çox kitab var.

– Maraqlıdır, neçə ölkənin nəşrləri var kitablar arasında?

– Düz 76 ölkənin nəşrləri var.

– Bəs ən nadir mini-kitablar hansılardır?

– Yaponiyanın "Toppan" nəşriyyatının 0,75×0,75 mm ölçülü "İlin dörd fəslinin rəngləri" adlı mikrokitabıdır. Kitab 22 səhifədən ibarətdir. İlin dörd fəslinə aid illüstrasiyalarla bəzədilib. Həmçinin Almaniyada nəşr olunan 2,0×2,9mm-lik mikrokitabların adını deyə bilərəm. Ekspozisiyamızda ümummilli liderimiz Heydər Əliyev başda olmaqla, bir sıra dünya liderlərindən bəhs edən və şəxsən özlərinin muzeyimiz üçün imzaladıqları mini-kitablar yer alır. Bu siyahıda cənab İlham Əliyev, Abdullah Gül, Vladimir Putin, Boris Yeltsin, Aleksandr Lukaşenko və digər şəxsiyyətlər var. Həmçinin Fidel Kastronun qızının imzası ilə muzeyimizə hədiyyə olunan mini-kitabın da adını mütləq çəkməyə bilmərəm.

Zərifə xanım, bildiyim qədərilə ötən ilin yay aylarında Tailand şahzadəsi muzeyinizə gəlmişdi.

– Təsəvvür et ki, sırf bizim muzeylə tanış olmaq üçün Şahzadə Maha Çakri Sihindron şəxsi təyyarəsilə Bakıya gəldi. Onun marağı, həvəsi məni heyrətləndirdi. Muzey haqda məlumat verirəm, o isə dəftər, qələm çıxarıb, qeydlər aparır. Sonda isə atası, mərhum Kral Adulyadejin kolleksiyasından olan 28 kitabı bizə hədiyyə etdi.

– Ən maraqlı məqamlardan bir də odur ki, muzey "Ginnesin Rekordlar Kitabı"na düşüb. Maraqlıdır, bu hadisə necə baş verdi?

– Qəzet oxuyurdum. Gördüm bir qadın dırnağını, başqa bir kişi saqqalını uzadıb, "Ginnesin Rekordlar Kitabı"nda birincilik qazanıblar. Düşündüm ki, mənim kitablarım da bu diqqətə layiqdirlər axı. Bugünədək London qəzetləri, Amerika saytları, hətta "EuroNews" kanalı bizim miniatür muzey haqda maraqlı yazılar yazıb, süjet hazırlayıblar. Özüm də Los-Ancelesdəki Miniatür Kitabsevərlər Assosiasiyasının üzvüyəm. Niyə də muzeyim Ginnesin siyahısına düşməsin?! 3 ay ərzində lazımlı sənədləri toplayıb, kitabların siyahısını çıxardıq. Yazıçı Çingiz Abdullayev də rəsmi şahidlik etdi ki, saxtakarlıq yoxdur. Beləcə bir müddət sonra mənə sertifikat göndərildi. İlk və yeganə miniatür kitab muzeyi adını qazandıq.

– Ulu Öndərimizlə bağlı zəngin xatirələriniz var. Bölüşə bilərsinizmi bizimlə?

– Heydər Əliyevin uzaqgörən siyasəti olmasaydı, bu gün nə muzey vardı, nə sertifikatım, nə də mükafatlarım. Düz 11 il müddətində Ulu Öndərimizlə birgə Mərkəzi Komissiyada işləmişəm. 1993-cü ildə Heydər Əliyev prezident seçildi. Bugünkü Heydər Əliyev Sarayında andiçmə mərasimindəki çıxışı məni heyrətə gətirdi. Bu parlaq, ziyalı, vətənə məhəbbət dolu nitqi mütləq kitab şəklində çap etdirməyə qərar verdim. Çünki o vaxt kolleksiyamda artıq Kennedinin andiçmə mərasimindəki nitqi çap edilmiş mini-kitab vardı. Moskvaya yollandım. "Vətənə, dövlətə, millətə sədaqət andı" adlı mini-kitabı Azərbaycan, rus, ingilis dillərində çap etdirdim. 1995-ci ildə Axundov adına Kitabxanada 2000-ə yaxın kitabımı nümayiş etdirdim. Açılış mərasimindəki çıxışımda da bildirdim ki, mənə məkan verilsə, məmnuniyyətlə muzey açardım. Ulu Öndərimiz də çıxışı zamanı diqqəti mənim təklifimə yönəltdi. Sonra soruşdu ki, Zərifə, bu kitabların hamısı sənindir? Dedim, cənab prezident, burda cəmi 2000 kitab var. Amma mənim kolleksiyamda 4000 mini-kitab toplanıb. Heydər Əliyevin tapşırığı ilə İçəri Şəhəri gəzib, istədiyim məkanda muzeyi açmağa qərar verdim. Beləcə kolleksiyam da günbəgün zənginləşdi.

– Yəqin ki, muzeyin ziyarətçiləri arasında xarici vətəndaşlar çoxluq təşkil edir?

– Öncə onu deyim ki, muzeyimizə giriş pulsuzdur. Bugünədək 380 mindən çox ziyatətçimiz olub ki, onların da çoxu əcnəbilərdi. İstərdim ki, öz vətəndaşlarımız da kitaba belə maraq göstərsinlər. Bu məqsədlə Naxçıvanda, Gəncədə və Şəkidə filiallarımızı açmışıq.

– Zərifə xanım, bunu çoxdandır sizə demək istəyirdim. Mənim üçün siz dünyanın ən zəngin qadınısınız. Belə böyük sərvət hər kəsə nəsib olmur.

– Eyni sözləri mənə vaxtilə muzeyimizə səfər edən Estoniyanın keçmiş prezidenti Arnold Ryuytel də demişdi. Hətta xatirə kitabımızda belə bir cümlə yazıb: "Əzizim, Zərifə! Çox sağ olun – Siz dünyanın ən varlı qadınısınız". Jerar Depardye isə "Qəlbinizdəki böyük məhəbbət üçün minnətdaram, belə unikal kolleksiya üçün Bravo!" deyə öz hisslərini yazıya köçürmüşdü. Məni yaşadan da bu dəyərdir. (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2578   Tarix: 22 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021