Bakıda ŞOK elan - 70 minə böyrək satılır

Bakıda ŞOK elan - 70 minə böyrək satılırBakının mərkəzində açıq şəkildə böyrək satışı ilə bağlı elanlar yerləşdirilib.

Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb. Elanlarda böyrəyin hansı qan qrupuna məxsus insana aid olması, qiyməti və əlaqə telefonları yer alıb. Şəhərin bir neçə yerində rast gəlinən elanların məzmunu və çap olunma formalarından bunun eyni şəxs və ya şəxslər tərəfindən hazırlandığını sezmək mümkündür. Şəhərin Qara Qarayev metrosu yerləşən ərazisində eyni divarda iki müxtəlif böyrək satışı elanı asılsa da, əlaqə telefonları müxtəlif qeyd olunub. Bu isə çox güman ki, elanların bir şəbəkə tərəfindən yerləşdirilməsi ilə bağlı diqqəti yayındırmaq üçündür.
Bakıda ŞOK elan - 70 minə böyrək satılırİnsan Hüquqları Komitəsinin üzvü Çingiz Qənizadə AzNews.az-a açıqlamasında bildirib ki, küçə və meydanlarda böyrək alveri ilə bağlı vurulan elanlar cinayət xarakterlidir: "Bu cür alqı-satqının başqa adamlar tərəfindən qeydə alınması Azərbaycan qanunvericiliyinə ziddir. Hesab edirəm ki, bunun qarşısı dərhal alınmalıdır. Həmin adamlar hüquq-mühafizə orqanları tərəfindən tapılıb ifşa olunmalıdır. Bu Azərbaycan hüquq-mühafizə orqanlarının əlində elə də çətin iş deyil. Həqiqətən də böyrək alveri ilə məşğul olan insanlar varsa, onlar qanun qarşısında cavab verməlidirlər".
Bakıda ŞOK elan - 70 minə böyrək satılır.Qənizadə qeyd edib ki, Milli Məclisdə böyrək köçürülməsi ilə bağlı qanunu qəbul edərkən o və digər deputatlar çıxışında insanlara sərbəstlik verilməsini istəyib: "Biz o vaxt müzakirədə dedik ki, qohumlarına düşməyən donor varsa onu başqasından alsınlar. Yəni, insanların öz aralarında razılaşma olsun. Həmin vaxt Səhiyyə Nazirliyi bunu belə əsaslandırdı ki, sərbəstlik məsələsi böyük alver predmetinə çevriləcək, mütəşəkil dəstələr peyda olacaq".

Millət vəkili hesab edir ki, bu gün kimlərinsə böyrəyinin kimlərəsə satılması ilə məşğul olanlar cəzalanmalıdır: "Böyrək könüllülük əsasında köçürülməlidir. Onsuz da böyrəklə bağlı problemlər çoxdur. Ola bilər ki, gələcəkdə buna bir sərbəstlik verilsin. Amma bu, hansısa qrupların, hansısa dəstənin əli ilə deyil, aidiyyatı qurumların göstərişi ilə olmalıdır. Elan verənlər isə bu məsələdə sadəcə vasitəçilik edirlər. Bunun da qarşılığında müəyyən məbləğ güdürlər".

Qeyd edək ki, ötən il də oxşar elanlarla bağlı mətbuatda yazılar dərc edilmişdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3774   Tarix: 01 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkə

16 dekabr
.

Azərbaycan Universitetində bədbəxt hadisə

Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı

15 dekabr
.

18 yaşadək işçilərlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə

16 dekabr
.

Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvət alma ittihamı ilə 8 il 6 ay həbsə məhkum edilmiş sabiq müdiri Rüfət Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının çoxu özünə qaytarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun yalnız Quba şəhərindəki 2 evi və bir neçə ünvanda yerləşən bo

16 dekabr
.

Bakıda məşhur mağazadakı fincanlarda ağır metallar aşkarlandı - Birgə məlumat

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə Polşadan daxil olan məlumata əsasən, Çində fəaliyyət göstərən "Market Union Co. Ltd" şirkəti tərəfindən istehsal edilən şüşə fincanlard

15 dekabr
.

Azərbaycanda elektron siqaret - Qadağan edilir

Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun

16 dekabr
.

Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi

Kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənləri

16 dekabr
.

Bu dəfə tikinti şirkətlərindən şikayət etdi

"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə? Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1-2 ildən sonra da çıxarış aland

16 dekabr
.

Bakıda tələbə faciəvi şəkildə öldü

Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb. Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakin

16 dekabr