18 yaşlı qızın ölümünə səbəb olan plastik cərrahın işi prokurorluğa niyə qaytarıldı? — ARAŞDIRMA

18 yaşlı qızın ölümünə səbəb olan plastik cərrahın işi prokurorluğa niyə qaytarıldı? — ARAŞDIRMASon zamanlar həkim səhvindən sadə insanlar arasında ölüm sayı çoxalıb.

Bu ölümləri əsasən plastik cərrahiyə əməliyyatları zamanı, anaların doğuş zamanı müşahidə etmək olar. Bunula bağlı isə qanunda bir sıra boşluqlar var. Belə ki, həkimin əlində xəstə dünyasını dəyişirsə həmin həkimə qarşı cinayət məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi başlanır. Əksər hallarda da həkimə istintaq dövründə həbs qətimkan tədbiri seçilmir. İstintaq yekunlaşdıqdan sonra isə cinayət işi aidiyyatlı rayon məhkəməsinə göndərilir. Bu maddənin sanksiyasında isə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası göstərilir. Belə yüngül maddə ilə məhkəmələr yüngül cəza veririlər, nəticədə həkim həbs olunmur və qayıdır yenidən iş başına. Daha doğrusu elə istintaq dövründə də öz fəaliyyətini davam etdirir. Nəticədə zərərçəkən yenə də sadə vətəndaşlar olur.

Bu gün Yasamal Rayon Məhkəməsinin verdiyi qərar isə nisbətən fərqli oldu. Belə ki, 2015-ci ildə cərrahiyyə əməliyyatı zamanı ölən 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadənin cinayət məcəlləsinin 124.1-ci maddəsi ilə olan cinayət işi ibtidai istintaqa qaytarılıb.

Qeyd edək ki, bu işə iki ilə yaxın müddətdə Yasamal Rayon Məhkəməsində baxılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə cinayət məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə olan cinayət işi təqsirləndirilən şəxslərə daha ağır ittiham irəli sürülməsi üçün Bakı Şəhər Prokurorluğuna qaytarılıb.

Əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 2015-ci ilin mart ayında "StarMed" klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə qız Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızı dünyasını dəyişib. Qızın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. "StarMed" klinikasında baş verən faciədən sonra "Avrasiya" klinikasında fəaliyyətə başlayan həkim Sənan Mehdiyev qəbul qaydalarını dəyişib. Müraciət edənlərin şəxsiyyət vəsiqəsi yoxlanılır, xəstə yaxınlarına baş verəcək hər hansı hadisəyə görə həkimin məsuliyyət daşımayacağı bildirilir.

Dünyasını dəyişən Namiq Mürsəlov o zaman verdiyi müsahibədə deyib:
"Sənan Mehdiyev haqqında yaxşı cərrah rəyi var idi. Leyla da deyilənlərlə bizi razı saldı. Əslində mən və anası ona çox dedik, ehtiyacın yoxdu, qızımın şəkillərdə də heç qüsurunun olmadığını görə bilərsiz. Leylanın əməliyyatı tək plastik məqsədli yox, həm də tibbi tərəfdən lazımlı idi. Burununda çəpər əyriliyi də vardı. Xəbərlərdə qızımın ürək problemini gizlətdiyimizi, elə bu səbəbdən öldüyünü yazırlar. Bəli, Leylanın kiçik yaşlarında ürəyində azca narahatlığı vardı və müalicə etdirmişdik. Son illər şikayəti də yox idi. Biz fevralın 20-də həkimlə ilk konsultasiyaya getdik, martın 9-u analizlər, müayinələr aparıldı. Sənan həkim kobud insandır, onun xəstələrlə davranışı əvvəldən xoşuma gəlmədi. Həkim pasiyenti ilə danışanda sağlamlıq problemlərini, istəkləri, psixoloji vəziyyətini nəzərə almalıdır. Əməliyyatdan qabaq hazırlıq mərhəsi heç olmadı. Əməliyyatla bağlı sənədləşmə qəti aparılmayıb. Sadəcə əməliyyat haqqı-1500 manat danışmışdıq, vəssəlam. Qızımın ətraflı müayinə və psixi hazırlığı tam edilmədi. Bunları sonradan daha aydın başa düşdüm. Təssəvvür edin, əməliyyatda rol oynayan anestezoloqu yalnız faciəmizi xəbər verəndə gördük. Ona kimi bizdən hər hansı sorğu-sual olunmadı. Ən azı qızımın əməliyyatına icazəsi üçün müqavilə, sənəd belə imzalamadım. Belə çıxır ki, onlar qeyri-qanuni və yaxının izni olmadan əməliyyata başlayıblar."
Sənan Mehdiyev yazılanların əksinə olaraq əməliyyatın gözəlləşmə olduğunu deyib:
"Bu, 2 saata yaxın çəkən əməliyyatdır. Xəstənin anası da burundan gözəlləşmə əməliyyatı olub və onlar bilirlər ki, bu, çəpər əməliyyatı kimi deyil. Mən işlədiyim 13 il ərzində 15 minə yaxın cərrahiyə əməliyyatı etmişəm. Bu əməliyyatlar içində ilk belə hadisədir ki, ölümlə nəticələnir. Amma buna görə məni günahlandırmaq düzgün deyil. Əməliyyat olunan zaman pul xəstəxanaya ödənilib. Xəstə ölən kimi yaxınları bildirdilər ki, ödənilən pul geri verilsin. Biz o pulu həmin vaxt ödədik".

"Avrasiya" klinikasının direktoru Azər Nağıyevin cərrah Sənan Mehdiyevlə bağlı açıqlaması bizimçün gözlənilməz oldu. Direktor, S.Mehdiyevin onların kilinikasında fəaliyyət göstərdiyini təsdiqlədi və bildiridi:

"Sənan həkim peşəkar cərrahdır, müraciət edən pasiyentlər, xüsusilə də cavan pasiyentlər məhz onun əməliyyat etməsini istəyirlər, bizə onun həkimliyinə xitam verilməsi ilə bağlı ya hüquq-mühafizə orqanlarından, ya da səhiyyə nazirliyindən hər hansı sənəd daxil olmayıb. Ola bilər həmin qərar Sənan müəllimlə bağlı yox, anestezioloqla bağlı qərardır".

İnternetdə, xüsusilə sosial şəbəkələrdə S.Mehdiyevin reklamları baş alıb gedir - "Gözəlləşdirmək istəyinizi Sənan Mehdiyevlə həyata keçirin". Gözəl qız şəkilləri Mehdiyevin şah əsərləri kimi təqdim olunub. Görünür, həkim seçərkən peşəkarlığa və ya təcrübəyə deyil, onun reklamına, bu reklamdan gətirdiyi pullara üstünlük verənləri Leyla kimilərin faciəsi maraqlandırmır.

Yəqin ki, cinayət işinin geri qaytarıldıqdan sonra aidiyyatlı orqanlar belə həkimlərlə bağlı qanunda müəyyən dəyişikliklər edəcəklər. Ən azından məhkəmə yekun qərar çıxarmamış əllərinə bıçaq alıb əməliyyata girməyəcəklər. Maraqlıdır əgər bir cinayət işi yekunlaşmamış həmin həkimin əlində növbəti ölüm faktı baş verərsə buna kim məsuliyyət daşıyacaq???

Tənqidçi Elnarə Tofiqqızının ölümünə səbəb olan həkim cəzalandırılmamış ikinci belə bir hadisə mətbuatın gündəmini silkələdi.

ölkə.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1364   Tarix: 26 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi - Foto

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşıb. "Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmi

15 dekabr
.

Qış Azərbaycana bu tarixdə daxil olacaq

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il

15 dekabr
.

Masazırın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq"dan -a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında 10 kV-luq bölmədə təmi

16 dekabr
.

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şərtlər dəyişdi

Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunvericilikl

16 dekabr
.

Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama

Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs

15 dekabr
.

Sabah yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şər

16 dekabr
.

Bu dəfə tikinti şirkətlərindən şikayət etdi

"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə? Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1-2 ildən sonra da çıxarış aland

16 dekabr
.

Gizir Xanıya şəhidlik statusu verildi

Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib. Teleqraf-ın xəbərinə görə, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib

15 dekabr
.

Velosipeddən yıxılan 9 yaşlı oğlan öldü

Ağdamda velosipeddən yıxılan 9 yaşlı uşaq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində baş verib. 2016-cı il təvəllüdlü Hüseyn Rüfət oğlu Baxşəliyev velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək yıxılıb. Nəticədə H.Baxşəliyevin başı daşa dəyib və o, hadisə yerind

15 dekabr