"Buta Airways"ə ETİRAZ: Boş çantaya 51 manat ödədi - FOTO

""Buta Airways"lə uçuş zamanı yanıma boş bel çantası götürmüşdüm, çünki geridönüş biletimə baqaj daxil idi. Ancaq buna icazə verməyərək, boş çanta üçün məndən 51 manat ödəniş istədilər. Dedilər ki, yalnız içinə notbuk qoysam, pulsuz keçirməyə icazə verə bilərlər. Mən də məcbur boş çantaya 51 manat ödəməli oldum".

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri sərnişin Fuad Tağıyev sosial şəbəkədə yazıb. O bildirib ki, dəfələrlə aviaşirkətin reysləri ilə uçsa da, ilk dəfə bu kimi halla qarşılaşır və bunun haqsızlıq olduğunu düşünür.

Yaşanmış hadisənin nə dərəcədə şirkət qanunlarına uyğun olub olmadığını öyrənmək üçün əvvəlcə "Buta Airways" aviaşirkətinin reyslərində baqajın daşınması qaydalarına qısa bir nəzər salaq:

"Buta Airways" reyslərində baqajın və əl yükünün daşınması aviabiletin tarifi ilə tənzimlənir. Digər aşağı büdcəli aviaşirkətlərdən fərqli olaraq, burada "minimal büdcə" tarifi ilə alınan aviabiletlər qeydiyyatdan keçən baqajın və ya əl yükünün pulsuz daşınmasını nəzərdə tutmur. Üzərinizdə götürmək istədiyiniz əşyaların çəkisindən asılı olmayaraq 25 avro ödəniş tələb olunur.

Sadəcə olaraq, aşağıdakı ləvazimatların təyyarənin göyərtəsində pulsuz daşınmasına icazə verilir:

qadın əl çantası və ya kişi portfeli (üç ölçünün cəmi üzrə ölçüsü 75 santimetrədək)
portativ kompyuter (noutbuk)
gül dəstəsi
əl ağacı
çətir
kağızlar üçün qovluq
üst geyim
mobil telefon
fotoaparat
videokamera
portpleddə kostyum
Körpəni daşıma zamanı istifadə olunacaq uşaq beşiyi
hava gəmisinin salonunda və ya sərnişinin ayaq altında təhlükəsiz yerləşə biləcək dayaqlar
iki yaşa kimi uşaqlar üçün uçuş zamanı tələb olunan qida və əşyalar.

Yəni, qaydalara görə, bu məsələdə şirkət əməkdaşı notbuk təklifində haqlıdır. Ancaq burda maraqlı bir məqam ondan ibarətdir ki, sərnişin bel çantası yox, əl çantası götürsəydi, ölçüsü uyğun gəldiyi təqdirdə, çəkisindən asılı olmayaraq istədiyi əşyaları özü ilə apara bilərdi. Məsələn, qaydalar bel çantasını əl çantasının içərisində keçirməyə icazə verir.

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti "Buta Airways"in təklif etdiyi biletlər ölkəmizdən uçuşlar icra edən digər şirkətlərə nisbətən daha uyğun olsa da, ilk gündən baqaj siyasəti tənqidlərə səbəb olub.

Müqayisə üçün xarici ölkələrin aşağı büdcəli aviaşirkətlərin pulsuz baqaj siyasətinə nəzər salaq.

Türkiyə şirkəti olan "Pegasus" hava yolları ilə uçan super ekonom bilet sahiblərinin 8 kq əl yükü və bir əl çantasını pulsuz daşımaq haqqı var.

Macarıstanın ucuz hava yolu şirkəti "Wizz Air" ilə uçan ekanom biletinə sahib sərnişinlər isə pulsuz 10 kq çəkidə əl yükü və bir əl çantası daşıya bilərlər.

Azərbaycan Hava Yollarının struktur bölməsi olan "Buta Airways"in təklif etdiyi biletlərdə isə yuxarıda sadaladığımız baqaj haqqı isə sadəcə "Standart" tarifi ilə qeydiyyatdan keçən sərnişinlər üçün nəzərdə tutulub. Bu zaman baqajın 10 kq-dan artıq olmaması və üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmaması şərtilə daşınmasına icazə verilir. Bundan başqa, əl yükü də ödəniş müqabilində daşınır.

Əl yükü və baqaj üçün əlavə ödəniləcək məbləğlər isə aşağıdakı kimi nəzərdə tutulub:

Əl yükü: çəki məhdudiyyəti tətbiq olunmur, üç ölçünün cəmi üzrə 110 santimetrdən (55*35*20 sm) artıq olmayan ölçüdə - 25 Avro (30 ABŞ dolları)

Baqaj: çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə - 25 avro (30 ABŞ dolları ). Baqaja görə uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin saytında, satış kassalarında və akreditə edilmiş agentliklərdə ödəniş etdikdə bu məbləğ 20 avro (25 ABŞ dolları) təşkil edir.
"Buta Airways"ə ETİRAZ: Boş çantaya 51 manat ödədi - FOTO"Buta Airways"ə ETİRAZ: Boş çantaya 51 manat ödədi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1027   Tarix: 27 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Qriplə başlayıb, leykozla bitdi: Bahalı müalicəyə ehtiyacı olan Əli Əhədovun hekayəsi (FOTO/VİDEO)

8-ci sinif şagirdi, həkimlərin ağır qan xərçəngi diaqnozu qoyduğu Əli Əhədovun anası Təranə Aslanova -ın redaksiyasına müraciət edib. Anasının sözlərinə görə, Əli məktəbə və təhsilə çox bağlıdır. Onun vəziyyətini sinif yoldaşları, dostları və müəllimləri dərindən yaşayır, ailəyə bu çətin dövrdə kömə

20 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr