Sarkisyandan ABŞ-a Qarabağ təşəkkürü

Sarkisyandan ABŞ-a Qarabağ təşəkkürüErmənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa hər il göstərdiyi milyonlarla dollar yardıma görə ABŞ Konqresinə təşəkkür edib.

ABŞ-da işgüzar səfərdə olan Ermənistan prezidenti Nyu-Yorkdan Vaşinqtona yola düşüb. O, sentyabrın 30-da Beynəlxalq Raul Vallenberq Fondunun Konqresdə onun şərəfinə təşkil etdiyi qəbula qatılıb. Tədbir iştirakçıları arasında 20-dək konqresmen, o cümlədən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ed Roys, həmçinin ABŞ-ın erməni icmasının nüfuzlu nümayəndələri də olub.

E.Roys həm də Konqresdə 94 amerikalı qanunvericini birləşdirən erməni məsələləri üzrə qrupun üzvüdür. Qrup 1995-ci ildə erməni-amerikalı lobbi qrupu kimi yaradılıb və Azərbaycanın etirazına baxmayaraq 1998-ci ildən Dağlıq Qarabağa birbaşa 60 milyon dollar ayrılmasına nail olub.

Vəsaitin təxminən yarısı 1991-1994-cü illərdə Azərbaycan-Ermənistan münaqişəsi zamanı dağılan evlərin bərpasına və humanitar əməliyyatlara xərclənib.

S.Sərkisyan Vaşinqtondakı tədbirdə deyib ki, Dağlıq Qarabağa göstərdiyi humanitar yardıma görə amerikalılara və ABŞ Konqresinə böyük təşəkkür edir: "Qarabağ əhalisi üçün bu, təkcə humanitar yardım deyil, bunun mənəvi əhəmiyyəti də var. Diktatura yolu seçən Azərbaycanın daimi təxribatlarına baxmayaraq "Dağlıq Qarabağ Respublikası" azad və demokratik dövlət qurmaq səylərini davam etdirir. Qarabağ xalqının azadlığa, öz gələcəyinə yol açmaq və demokratik cəmiyyət qurmaq əzmi sarsılmazdır".

Tədbirdən sonra S.Sərkisyan Vaşinqtonda Amerika Erməni Assambleyasının, "Ay dat" ofisinin və Ermənistan İnqilabi Federasiyasının (Daşnaksütyun) Şərq sahili qanadının rəhbərliyi ilə görüşüb. Görüşdə prezident Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginlikdən danışıb, Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasındakı çıxışının əsas məqamlarını diqqətə çatdırıb.//bizimyol.info


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1546   Tarix: 04 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbayca

29 aprel
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

1 may
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

Prezident: "Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub"

"Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusund

1 may
.

Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

2 may
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel