İlahiyyatçı öngörücülərdən DANIŞDI: "Keçmişdən və gələcəkdən xəbər verən bütün insanlar yalançıdır"

İlahiyyatçı öngörücülərdən DANIŞDI: "Keçmişdən və gələcəkdən xəbər verən bütün insanlar yalançıdır"Müxtəlif vaxtlarda xüsusi istedadı olduğunu iddia edən insanlar televiziya ekranlarına çıxarılaraq "istedadlarını" nümayiş etdirir, ruh çağırıb, gələcəkdə olacaqları gördüklərini deyirlər. Bəs islam dini bu haqda nə deyir? Bu tipli insanların reallığından söz açmaq mümkündümü?

Məsələ ilə bağlı ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Modern.az-a açıqlamasında bildirib ki, belə bir anlayış yanlışdır:

"Çünki biz İslam mənbələrinə baxdıqda görürük ki, qeybi bilmək, yəni hər hansısa bir insanın həyatını, keçmişini, gələcəyini bilmək elmi indiyə qədər heç bir şəxsə, hətta peyğəmbərlərə belə verilməyib. Mələklər belə hər hansısa bir şəxsin keçmişi, gələcəyi haqqında heç bir məlumata sahib deyillər. Allah-təala qeybin heç kimi bilmədiyini, yalnız Allahın müəyyən qədər Peyğəmbərə bildirdiyini Qurani-Kərimdə bizə xəbər verib. Hətta Qurani-Kərimdə qeybin yalnız Allaha məxsus olması bildirilir. Heç Peyğəmbər belə tam təfsilatı ilə keçmişi və gələcəyi, yəni qeybi Allahın ona bildirməsindən artıq bilməz. Allah-təala Qurani-Kərimdə buyurur: "Allah pisi yaxşıdan ayırmaq üçün möminləri sizin indi olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də Allaha və Onun Peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!" (Ali-Imran: 179)".

Müsahibimiz qeyd edib ki,peyğəmbərin və digər peyğəmbərlərin qeybi, yəni kiməsə və nəyəsə aid keçmişi və gələcəyi bilməməsi haqqında Quranda ayələr çoxdur:

"Allah-təala buyurur: "De ki: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı yalnız qorxudan və müjdələyənəm!" (əl-Əraf: 188).

Nuh (Ona salam olsun!) demişdir: "Mən sizə demirəm ki, məndə Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm. Mən həm də demirəm ki, mən mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə (mömin kasıblara) Allahın heç bir xeyir ver-məyəcəyini də demirəm. Onların ürəklərində olanı hamıdan yaxşı Allah bilir. (Əgər mən möminləri qovub bu sözləri desəm), onda şübhəsiz ki, zalimlərdən olacağam" (Hud: 31).

"(Ya Məhəmməd!) De ki: "Allahdan başqa göylərdə və yerdə olanı, qeybi heç kəs bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!" (ən-Nəhl: 65).

"Sonra Süleymana ölüm hökmü verdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) Süleymanın əsasını yeyən ağac qurdu xəbər verdi. O ölmüş halda yerə sərildikdən sonra cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmaz-dılar" (Səba: 14).

"Qeybin açarları Allahın əlindədir. Onları ancaq Allah bilir. Allah həm suda, həm də quruda olanların hamısını bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah ondan xəbərsiz olsun. Yerin zülmətləri içində elə bir toxum, kainatda elə bir şey yoxdur ki, məhz açıqaydın kitabda (lövhiməhfuzda) olmasın" (əl-Ənam: 59).

"Müşriklər: "Barı Peyğəmbərə Rəbbinizdən bir möcüzə nazil ediləydi!" – deyirlər. Onlara belə cavab ver: "Qeyb aləmi ancaq Allaha məxsusdur. Elə isə Allahın əzabını gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm" (Yunus: 20).

"Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də axırda Allaha qayıdacaqdır. (Ya Məhəm-məd!) Yalnız Ona ibadət et! Yalnız Ona təvəkkül et! Rəbbin nə etdiklərinizdən qafil deyildir!" (Hud: 123).

"Qeybi bilən ancaq Odur! O, qeybi heç kəsə əyan etməz!" (əlCinn: 26).

"(Ya Məhəmməd!) De ki: "Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini yalnız O bilir. O, hər şeyi necə də gözəl görür, necə də yaxşı eşidir! Onların (Göy və yer əhlinin) Allahdan başqa hamisi yoxdur. O heç kəsi Öz hökmünə şərik etməz!" (əl-Kəhf: 26)"".

Əkrəm Həsənov deyib ki, bütün bu və ya digər Quran ayələrinə baxdıqda keçmişdən və gələcəkdən xəbər verən bütün insanların yalançı olduğunu görürük:

"Onların sözünə etibar etmək, sözlərini doğrultmaq olmaz. Bu barədə kifayət qədər hədislər də vardır ki, Allah Rəsulu belə insanların yanına getməyi, onların sözünü təsdiq etməyi qəti olaraq qadağan edib, hətta kahinin, falçının yanına gedənin 40 gün ibadətinin qəbul olunmadığını, böyük günah sahibi olduğunu bildirib. Abdulla ibn Ömərin (Allah ondan və atasından razı olsun!) rəvayətinə görə, Peyğəmbər (s.ə.a.s) demişdir: "Qeybin beş açarı vardır, onları yalnız Allah bilir. Allahdan başqa sabah nə baş verəcəyini heç kəs bilməz. Ana bətnində nəyin olduğunu Allahdan başqa heç kəs bilməz. Nəfs sabah nə qazanacağını bilməz. Nəfsin hansı torpaqda öləcəyini yalnız Allah bilir. Yağışın nə vaxt yağacağını yalnız Allah bilir. Axirət saatının nə vaxt tamam olacağını yalnız Allah bilir". (Qaynaqlar: Buxari, dörd yerdə:

1. "Istisqa" (Yağış duası), 2/23;

2. "əl-Ənam surəsinin təfsiri", 5/193;

3. "Tövhid", 8/165-166;

4. "Loğman" surəsinin təfsiri, 6/21.

Əhməd, 2/52. Səhih istinadlı hədisdir).

Ümumiyyətlə bu barədə kifayət qədər dəlil və sübutlar vardır ki, İslam dininə görə gələcəkdən xəbər vermək anlayışı insanları aldatmaqdan və böyük günah sahibi olmaqdan başqa bir şey deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1499   Tarix: 06 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

21 yaşlı əsgər hospitalda vəfat edib - Rəsmi

Hərbi Prokurorluqda 21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır. Bu barədə -a Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda 15.12.2025-ci il tarixdə vəfa

18 dekabr
.

Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)

Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra

18 dekabr
.

Nazirdən iki təyinat

Abutab Abbasova və Emin İsmayılov Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavinləri vəzifələrinə təyin ediliblər. Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, Abutab Abbasova ADA Universitetində beynəlxalq münasibətlər ixtisas

18 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - Fotolar

Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, 18 yaşlı Müşfiq Fəttayev ürək tutmasından vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Müşfiq Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi idi. Qeyd edək ki, 18 yaşlı Müşfi

18 dekabr
.

Həyat yoldaşına qaraciyərini bağışladı: "Canım idi, ciyərim oldu"

Şanlıurfalı Necmettin Şen uzun illərdir sağlamlıq problemi yaşayan həyat yoldaşı Makbule Şenə qaraciyərini bağışlayaraq onun yenidən həyata qovuşmasına səbəb olub. türk mediasına istinadən xəbər verir ki, Diyarbəkirin Çermik rayonunda yaşayan Makbule Şen 17 ildir davam edən səhhət problemləri səbəbil

18 dekabr
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, işçi heyətin tibb

18 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib

Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı

19 dekabr