"Məni hədələyib həbs etdirəcəklərini dedilər…" - Mehmandarovun nəticəsi

"Məni hədələyib həbs etdirəcəklərini dedilər…" - Mehmandarovun nəticəsiAXC hökumətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun nəticəsi Aygün Mehmandarovanın 135 min manatlıq avtomobili əlindən alınıb.

Sonxeber.az xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən A.Mehmandarova bildirib ki, 2014-cü ilin sonunda 10 XX 444 nömrəli, "Mercedes GL 500" markalı avtomobilini girov qoyaraq "Bank BTB"-dən 50 min dollar kredit götürüb: "Bank məndən 10 min "şapka" aldı, özümə 40 min verdilər. 9 ay ərzində 17 min 800 dollar pulu qaydasında ödədim. Devalvasiyaya görə problemlər yarandı, ödənişlər gecikdi. Bankın şikayəti əsasında məhkəmə maşından istifadəyə qadağa qoydu. Amma onun müsadirəsi və ya hərraca çıxarılıb satılması, kimlərə təhvil verilməsi barədə bir qərar verilmədi. Bir müddət sonra mən bankın baş ofisinə gedib maşının üzərindən həbsin götürülməsini istədim və sataraq borcumu ödəyəcəyimi bildirdim. Orada məni Samir Qəhrəmanov qəbul etdi və məni Problemli Kreditlər Departamentinin rəhbəri kimi təqdim etdiyi Cavid Zeynalovun yanına apardı. O da niyə pulu ödəmirsən deyib üstümə qışqırdı. Mən onlara izah etdim ki, hər iki uşağım xəstə olduğu üçün onları da müalicə etməliyəm, ona görə maşını satmalıyam. Onlar mənə dedilər ki, maşını satma, ucuza gedəcək. Təklif etdilər ki, avtomobili "V.İ.P Lizinq" şirkətinə verim, lizinqə salsınlar, mən də onlara pul ödəyim. Maşını onların salonuna təhvil verdim, iki gün sonra sənədləşmə üçün məndən 7800 manat istədilər, vermədim. Dedim o qədər pulum olsa banka ödəyərəm. Məni hədələyib həbs etdirəcəklərini dedilər. Samir və Cavid maşını da mənə qaytarmadılar. Dörd ay sonra banka müraciət etdim, onlar maşının bankda olmadığını dedilər və Samirlə Cavidin banka aidiyyatı olmadığını, sadəcə lizinq şirkətində işlədiklərini dedilər.

Mən "102" xidmətinə zəng edib şikayət etdim, işi 37-ci bölməyə verdilər. Samir və Cavid gəlib bölmədə məni təhqir etdilər. Təhqiqatçı Vilazim Musayev təklif etdi ki, maşını yoxlanış olmadan qəbul edim. Mən etiraz etdim və hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmasını istədim. Dedim neçə aydı maşın onlardadı, bəlkə cinayət törədiblər, bəlkə içinə narkotik qoyublar ya da hansısa hissəsini dəyişiblər. Vilazim Musayev dedi bunu etsən onlar başqa cür davranacaq. Mən razılaşmadım, ondan sonra hara şikayət etdimsə, onlar rüşvət verib işi bağladılar, cinayət işinə də xitam verildi. Bir neçə ay sonra maşınım "AMAY" Ticarət Mərkəzinin dayanacağında tapıldı, mən ora gedib baxdım. Avtomobilin qapıları açıq, hər tərəfi də əzilmiş, nasaz vəziyyətdədir. Məhkəmə eksperti maşını 135 min manat qiymətləndirib. Maşın mənim adımadır, mənim mülkiyyətimdir, amma özümə verilmir. Bank da məndən pulu tələb edir".

Samir Qəhrəmanov isə "Qafqazinfo"ya açıqlamasında Mehmandarovanın dediklərini yalan adlandırıb: "Onun dedikləri düz olsaydı, indi bizlə bağlı istintaq gedərdi. Hansı zəmanədə yaşayırıq ki, kiminsə əlindən maşını alasan qaytarmayasan. Onun maşını bizdə deyil, bankın girovluğundadır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2629   Tarix: 07 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Generala Müdafiə Nazirliyində yüksək vəzifə verildi

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub. -ın Qafqazinfo-ya istinadın məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb. Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib. Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötə

13 dekabr
.

Baş həkimin ölkədən çıxışına qadağa qoyulub, keçmiş mühasib barəsində cinayət işi açılıb

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb. Teleqraf xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızını

15 dekabr
.

21 ailə Cəbrayıla qayıdır - Fotolar

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 21 ailə - 79 nəfər köçürülüb. Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanı

15 dekabr
.

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir

14 dekabr
.

Gəncədə qadın itkin düşdü

Gəncədə 38 yaşlı qadın itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, şəhər sakini Verdiyeva Samirə Murad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. S. Verdiyevanın əlamətləri: boyu 157 sm, dolu bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlarda

13 dekabr
.

TƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək

Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının ilbəil artmasıdır. Maraqlıdır, pensiya yaşı yenidən artırıla bilərmi?. Mövzu ilə bağlı -a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılması prosesi yeni deyil və buna 2017-ci ildə qanunvericiliy

14 dekabr
.

500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA

"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo

14 dekabr
.

Yas mərasimində 23 qadın dəm qazından zəhərləndi - Yenilənib

Naxçıvanın Babək rayonunun Kültəpə kəndindən Yoluxucu Xəstəliklər Mərkəzinə ümumilikdə 23 nəfər qadın dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılmış tibbi müayinələr nəticəsind

12 dekabr
.

Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əsaslı töhfə verib"

"Azərbaycanın Avropa tərəfdaşları ilə münasibətlərinin ilk sütunu Bakının qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfədir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanı

13 dekabr