Eks-nazir oğlu Anar Məmmədovun Hadisə üçün aldığı plyaj dağıdıldı – Fotolar

Eks-nazir oğlu Anar Məmmədovun Hadisə üçün aldığı plyaj dağıdıldı – FotolarKeçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur türkiyəli müğənni Hadisə üçün aldığı plyaj dağıdılıb.

hadisə Türkiyənin Bodrum şəhərində qeydə alınıb.

Müğənni Hadisəyə aid "La Plaj" məhkəmə qərarı ilə dağıdılıb. Səbəb isə, plyajın qanunsuz salınması olub.

Belə ki, plyaja aid sənədləri məhkəməyə təqdim edə bilməyən Hadisənin "La Plaj"ı verilmiş müddət başa çatdığından dağıdılıb.

Məlumata görə, hadisənin "La Plaj"ı müğənni həmkarı Hande Yenerin Bodrumdakı obyekti ilə rəqabətdə imiş. Bu olayın ardından jurnalistlərə açıqlama verən H.Yener ironiya ilə bildirib ki, oraların sahibi odur: "Başqaları obyekt açıb bilirsiniz. Amma, buraların sahibi mənəm".

"La Plaj" 2016-ci ildə tikilib. Obyektin ilk sahibi Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, işadamı Anar Məmmədov olub. O, bu obyekti Hadisə Azərbaycana gələndə ona hədiyyə edib. O vaxt obyektin sənədləşməsi tam başa çatmayıbmış. 2017-ci ildə Bodrum şəhər bələdiyyəsi ictimai yerə aid ərazinin zəbt edilməsi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı müğənni Hadisədən obyektin sənədlərini təqdim etməsi tələb olunub. İş adamı Anar Məmmədovdan "La Plaj"ın sənədlərini ala bilməyən Hadisə son məhkəmə prosesində şokla üzləşib. Bodrum şəhər məhkəməsi obyektin qanunsuz olması səbəbi ilə dağıdılması haqqında qərar çıxarıb.

Əldə etdiyimiz məlumata görə ümumiyyətlə, "La Plaj"ın tikildiyi gündən sənədləri qaydasında olmayıb. Anar Məmmədova bu obyekti türkiyəli dostu satıb. Eks-nazir oğlunun Bodrumdakı obyekti isə təkcə "La Plaj" deyil. Onun burada 5 ulduzlu bir neçə otelinin olduğu deyilir./azeuronews
Eks-nazir oğlu Anar Məmmədovun Hadisə üçün aldığı plyaj dağıdıldı – FotolarEks-nazir oğlu Anar Məmmədovun Hadisə üçün aldığı plyaj dağıdıldı – FotolarEks-nazir oğlu Anar Məmmədovun Hadisə üçün aldığı plyaj dağıdıldı – Fotolar


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3604   Tarix: 13 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021