"Bəzilər kimi milyonlar hesabına efirə çıxmıram" - FOTO

"Bəzilər kimi milyonlar hesabına efirə çıxmıram" - FOTOSon illər qardaş ölkədə ulduzu parlayan aktrisa Aysel Nazim musavat.com-un suallarına cavab verib.

Aktrisa ilə söhbətə sonuncu Türkiyə səfərindən başladıq:

- Türkiyədə yenə mükafat aldım. "Evosangels" mükafatına mənimlə birlikdə siyasətçilər, idmançılar, sənət adamları layiq görüldü. Bundan əlavə "Altın Palma" mükafatlandırma gecəsinə dəvət aldım, qonaq kimi iştirak etdim. Artıq Türkiyədə böyük çevrəm var, məni tanıyır, işimə qiymət verirlər.

- Bəzi müğənnilər böyük məbləğdə pullar sərf etsələr də, Türkiyədə tanına bilmirlər.

- Məni əcnəbi kimi qəbul etmirlər. Onsuz da, bir millət iki dövlətik. Bu dəfə anam da mənimlə getmişdi. Dedi ki, mənim bu qədər tanınmağıma və sevilməyimə təəccüblənib. Adətən, Türkiyəyə gedən tanınmışlarımız deyir ki, qısqanclıqla qarşılaşıblar. Əsla, belə deyil. Mən orada özümü yad hiss etmədim. Televiziyada, radioda qonaq oldum. Onu da deyim ki, verilişə çıxmaq və ya gördüyüm hər hansı işə görə bir manat da xərcləməmişəm. Bəzilər kimi milyonlar hesabına efirə çıxmıram. Mən orada özümü göstərmirəm, iş icra edirəm. Hörmət və sevgi pulla alına bilməz.

- Sonuncu dəfə açıqlamanızda Türkiyədə yeni filmə çəkiləcəyinizi demişdiniz. Filmin aqibəti necə oldu?

- Ssenari yazılır, hazırlıqlar gedir. Hazırda ətraflı danışmağa icazə yoxdur.

- İvana Sertin Bakıya gəliş tarixi bəllidirmi?

- O Türkiyədə "İvana Sert" dodaq boyaları çıxardıb. Mənə də göndərmişdi. Dodaq boyalarının Bakıda da təqdimatını edəcəyik. Bu barədə işlər gedir.

Bundan əlavə, "Əngəlsiz həyat" adlı qurduğum dərnək var. Məhdudiyyətli şəxslərə kömək edirik. Mən tək deyiləm. Lamiyə və Ramillə xəstə uşaqlara kömək edirik. "Can" Media Qrup adlı prodakşın qurmuşam. Uşaq və qocalar evlərinə kömək aparırıq.

- Aparıcı idiniz, sonra aktrisalığa başladınız. Müğənnilik necə etmək istəyirsiniz?

- Musiqi təhsilim olsa da, müğənni olmaq istəyim olmayıb. Özümü aktrisa kimi təsdiq etdim, bu kimliyi qazandım. Arzum var ki, 90-cı illərin sevilən mahnılarını oxuyum. Ona uyğun fotosessiya etdirim. Bu mənim arzumdur.

- Azərbaycanlı müğənnilərdən kimləri dinləyirsiniz?

- Röyanı və Zamiqi dinləyirəm, mənim zövqümə uyğundurlar.

- Şou- biznesdəki son qalmaqallardan xəbəriniz var?

- Çox yoxdur. Röya ilə Flora Kərimovanın qalmaqalından xəbərdaram. Kaş, olmazdı.

- Bəziiəri Röyanı qınayır ki, F. Kərimova illərin sənətkarıdır. Onun haqqında artıq-əskik danışmamalıdır. Bəziləri isə Kərimovanı qınayır ki, Röya ilə qalmaqal etmək onun yaşına yaraşmır.

- Flora xanım illərin sənətkarıdır, onu sevirəm, ona heç kim çata bilməz. Röya da bu sənətdə sözünü deyib, əməkdar artist adını qazanıb. Onları yarışdırmaq düzgün olmaz. Hər ikisi sənəti ilə sevilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1438   Tarix: 13 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib

Prezident İlham Əliyev "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. "Report" xəbər verir ki, yenilənmiş qanuna əsasən, geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə qadağa ləğv edilib. Yenilik "Kosmi

27 aprel
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28 aprel
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinci evlilikləri

21 aprel
.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

21 aprel
.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21 aprel
.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27 aprel
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21 aprel
.

"WhatsApp" yeni funksiya ilə hər kəsi heyrətləndirəcək

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28 aprel
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21 aprel