Azərbaycanın keçmiş baş naziri Moskvada üzə çıxdı - VİDEO

Azərbaycanın keçmiş baş naziri Moskvada üzə çıxdı - VİDEOMoskvada, M.İ.Rudimino adına Ümumrusiya Dövlət Kitabxanasının Oval zalında Azərbaycanın keçmiş xarici işlər naziri və keçmiş baş naziri, Polşadakı hazırkı səfir Həsən Həsənov publika qarşısına çıxıb.

Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, "Vestnik Kavkaza" portalına istinadən xəbər verir ki, Həsən Həsənovun "Aleksandr Makedonski və Atropat" adlı kitabının təqdimat mərasimi olub.

78 yaşlı, amma kifayət qədər gümrah görünən Həsən Həsənovun müəllifi olduğu kitabda qədim azərbaycan dövləti Atropatenanın eramızdan əvvəl IV əsrdə deyil, Assiriya imperiyasının dağıldığı 612-ci ildə, yəni eramızdan əvvəl VII əsrdə yaranmasından bəhs olunur.

"Hazırda dünya tarixində belə konsepsiya mövcuddur ki, azərbaycan dövləti eramızdan əvvəl 321-ci ildə, Aleksandr Makedonskinin imperiyasının dağılması nəticəsində meydana çıxıb. Bu haqda Strabon bəhs edib, Strabonun dedikləri isə avtoritet olaraq qəbul edilir, yəni əksər tarixçilərdə şübhə yeri qoymur. Mənim apardığım araşdırmalar belə nəticəyə gəlməyə imkan verdi ki, Strabonun düz dediyini dəqiqləşdirim. Amma bir şərtlə-eramızdan əvvəl 321-ci ildə Atropatena dövlət kimi yeni meydana çıxmayıb, yenidən yaranıb. Yəni o vaxta qədər meydana çıxan ikinci azərbaycan dövləti olub"-Həsən Həsənov bildirib.

Azərbaycanın keçmiş baş naziri Moskvada üzə çıxdı - VİDEOTəqdimat mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etməyib, ancaq səfirliyin müşaviri Vüqar İmaməliyev onun adından təbriklərini Həsən Həsənova çatdırıb. Tədbirdə ictimaiyyət və elm xadimləri, tələbələr də iştirak edib.

Qeyd edək ki, 90-cı illərin əvvəllərində Həsən Həsənov Azərbaycanda siyasi hakimiyyətə əsas iddiaçılardan biri idi. Lakin sonradan öz ambisiyalarından geri çəkildi və prezident Heydər Əliyevin kabinetinin tərkibinə daxil oldu./Virtualaz.org


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 6446   Tarix: 20 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gəncədə velosipedçi avtomobilə çırpılıb, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Şəhər sakini 2007-ci il təvəllüdlü Elcan Quliyev velosipedlə hərəkətdə olan zaman KIA markalı minik maşınına çırpılıb. Qəza zamanı velosipedi idarə edən E.Quliyev xəsarət alara

21 aprel
.

Taxta bazarında zərərçəkən sahibkar: 70-80 min manatlıq ziyan dəyib

Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğında sahibkarlara külli miqdarda ziyan dəyib. Yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov "Report"a bildirib ki, 80 m² ərazidə təxminən 70-80 min manatlıq malı yanıb. "Yanğın qonşu sexdə

20 aprel
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21 aprel
.

2 ildir COVID-dən əziyyət çəkirdi, öldü

Hollandiyada təqaüdçü iki ilə yaxındır ki, koronavirusdan əziyyət çəkir. xarici KİV-ə istinadla bildirir ki, bu müddət ərzində həkimlər onun həyatı üçün mübarizə aparsalar da, 50-dən çox mutasiyadan xilas olan kişinin bədənində virus daha güclü olub. "Daily Star" kədərli dünya rekordu haqqınd

20 aprel
.

Yola qaçan azyaşlını maşın vurdu - ANBAAN VİDEO

Bakıda azyaşlını maşın vurub. xəbər verir ki, hadisə paytaxt küçələrinin birində baş verib. Belə ki, yolu qaçaraq keçməyə çalışan iki azyaşlıdan birini avtomobil vurub. Avtomobilin sürəti az olduğundan hadisə yüngül xəsarətlə nəticələnib

25 aprel
.

Xaçmaz bazarında yanğın olub

Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində ik

21 aprel
.

Ürəyi zəif olanlar baxmasın! - Bakıda ağırtonnajlı maşın qadının üzərindən keçdi - ANBAAN VİDEO

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi "Howo" markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 35-40 yaşlı qadını vurub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunu

22 aprel
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19 aprel
.

Ağcabədidə avtomobil piyadanı öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağl

20 aprel