Bu yenilik Ermənistanı vahiməyə salacaq

Bu yenilik Ermənistanı vahiməyə salacaqÖlkə rəhbərliyinin qərarından və müəyyən dövrdən sonra Azərbaycan nüvə elminin inkişafı üçün tədqiqat obyektlərinin qurulmasına hazır olacaq.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.

Onun sözlərinə görə, Azərbaycan bunun üçün BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) ilə birgə layihə həyata keçirir: "Bu layihə çərçivəsində biz gələcəkdə tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı konkret təkliflər işləyəcəyik. Azərbaycan bütün sahələrdə olduğu kimi bu sahədə də dünyanın ən müasir texnologiyasının ölkəmizə gətirilməsi, kadr hazırlığının aparılması və gələcəkdə də bunun imkanlarından milli mənafeyimizə uyğun istifadə etmək istiqamətində siyasət aparır".

A.Qəribov bildirib ki, Azərbaycanda artıq nüvə texnologiyası üzrə kifayət qədər kadr potensialı formalaşıb.

Onun sözlərinə görə, Azərbaycan heç zaman hansısa hərbi və digər məqsədlər üçün nüvə enerjisi istehsal etmək məqsədi güdməyib.

Mərkəz sədri qeyd edib ki, Azərbaycan 2000-ci ildə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (MAQATE) üzv olarkən həmin siyasətini açıq şəkildə deyib: "Biz bildirmişik ki, Azərbvaycan dinc məqsədlər üçün nüvə elmləri, nüvə texnologiyaları istiqamətində siyasət həyata keçirir. Bu siyasətin növbəti mərhələsi kimi Azərbaycanda Milli Nüvə Tədqiqatları Mərkəzi açılıb. Bu, Azərbaycanda nüvə texnologiyaları sahəsində yeganə dövlət icracı qurumudur".

A.Qəribov deyib ki, Azərbaycanın nüvə elmləri üzrə ən kiçik təqdiqatları apara bilməsi üçün Tədqiqat Nüvə Reaktorunun yaranması lazımdır: "Çox böyük kapital tutumlu olan bu reaktorun yaranması yarım milyard manat lazımdır".

Mərkəz sədri əlavə edib ki, hazırda Azərbaycanda nüvə texnologiyaları sahəsi üzrə kadr hazırlığı aparılır, digər ölkələrdə ikitərəfli müqavilələr əsasında nüvə tədqiqatları aparılır: "Yəni, bu sahədə geniş işlər aparılır. Bunlar hamısı da nüvə elminin, nüvə texnologiyalarının dinc məqsədlərə istifadəsinə yönəlib".

//Trend.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1709   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO

Bakıda sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı növbəti hadisə yaşanıb. xəbər verir ki, bu dəfə xoşagəlməz hal Xırdalan şəhərində yaşanıb. Bu barədə -in "qaynar xətti"nə şikayət və görüntülər daxil olub. Qeyd edilib ki, sahibsiz itlər AAF park yaşayış kompleksində yaşayan sakinlər

6 may
.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. "Report"un məlumatına görə, onlardan biri - Gülalı Məhəmməd oğlu Dadaşov Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Elşad Şirin oğlu Qayımo

6 may
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

6 may
.

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Məcəlləyə əsasən, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığ

6 may
.

Ekspertdən Emin Əmrullayev və Məleykə Abbaszadəyə MÜRACİƏT : " II ixtisas qrupundan ümumi tarix fənni ÇIXARILSIN"

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Elm və Təhsil naziri Emin Əmrullayev və Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə xanım Abbaszadəyə müraciət edib. Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi müraciətini -la bölüşüb. Ekspert ötən il I ixtisas qrupunda yer alan R

6 may
.

Milli-mənəvi dəyərlərə zidd addım atanlar ağır CƏZALANDIRILMALIDIR! - ARAŞDIRMA

Bu gün sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında özünə "fenomen" adı verən şəxslər milli-mənəvi dəyərlərə zidd paylaşımlar və kampaniyalar aparırlar. Sözsüz ki, onların bu platformadan qazandıqları maliyyədən danışmağa dəyməz. Bunu görən gənc kütlə isə sosial şəbəkələrd

6 may
.

Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində binaların birində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskl

6 may
.

Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir. Sakinlərin -a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Məlumat üçün bildirək ki, "Şəms" şadlıq evinin bir müddət önc

6 may
.

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - Foto

Xəbər verdiyimiz kimi, ötən gecə paytaxtın Nizami rayonunda yerləşən şadlıq saraylarının birinin qarşısında avtomobil 2 qadını vurub, nəticədə onlardan biri dünyasını dəyişib. "Qafqazinfo"nun məlumatına görə, qəzada vəfat edən 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva təhsil sahəsində tanınmı

6 may