Tanınmış siyasət adamlarının xaricdə yaşayan övladları- SİYAHI

Onların sırasında müxalifətçilər də var, iqtidar nümayəndələri də

Corc Vaşinqton Universitetində siyasi menecment ixtisasi üzrə təhsilini başa vuraraq, magistr dərəcəsi alan AMİP lideri Etibar Məmmədovun oğlu Ayxan Məmmədovun ABŞ-a köçdüyü barədə xəbərlər özünü doğrultmadı.

Partiyanın katibi Əli Orucov "Yeni Müsavat"a açıqlamasında A.Məmmədov ətrafında gəzən şayiələrin doğru olmadığını qeyd etdi.

Bu xəbər təkzib edilsə də, bəzi məsələləri yenidən gündəmə gətirib. Belə ki Azərbaycanın iqtidar və müxalifət düşərgələrində öndə gedən çoxsaylı nüfuzlu simalar var ki, övladları ya xaricdə təhsil alırlar, ya da təhsillərini bitirdikdən sonra orada yaşayırlar. Avropada təhsil almasalar da, sonradan yaşamaq üçün müxtəlif ölkələrə üz tutanlar da az deyil. Tam əminliklə deyə bilərik ki, iqtidarın və müxalifətin nüfuzlu simaları övladlarının xaricdə oxumasını, yaxud yaşamasını daha çox istəyirlər. Siyasi palitraya nəzər yetirəndə barmaqla sayılacaq qədər simalar görmək mümkündür ki, övladları Azərbaycanda təhsil alsınlar, burada yaşasınlar. Bundan əlavə, elə yüksək rütbəli vəzifə sahibləri var ki, ailələrinin belə xaricdə yaşamasına üstünlük verirlər. Bir növ nə zamansa tutduqları postları itirmək təhlükəsi yaranarsa, xaricdəki mülklərinə, bank hesablarına nəzarəti, eləcə də ailələrinin təhlükəsizliyini əvvəlcədən qaranti altına almaq istəyirlər. İndiyə qədər müxalif siyasətçilərin Avropada təhsil alan, yaxud yaşayan övladları barəsində neqativ məlumatlar yayılmasa da, məmur övladları haqqında bunu demək mümkün deyil.

"Yeni Müsavat" olaraq kiçik bir araşdırma aparıb belə şəxslərin siyahısını ortaya çıxardıq.

MSDM rəhbəri İsa Qəmbərin böyük oğlu İlkin Kanadada yaşayır, kiçik oğlu Turqut isə Amerikada təhsil alır.

Müsavat başqanı Arif Hacılının qızı Amerikada, oğlu Polşada yaşayır.

AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli Londonda yaşayır, Avropada təhsil alıb. AXCP liderinin ailəsi də ilin çox hissəsini İngiltərədə keçirir.

ADP sədri Sərdar Cəlaloğlunun böyük oğlu Tural Norveçdə yaşayır, ailəlidir və bir oğlu var. Partiya sədrinin ikinci oğlu Cəlal İngiltərədə təhsil alıb, hazırda orada yaşayır.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ötən ilin avqustunda Azərbaycanı ailəsi ilə birlikdə tərk edərək Londona köçüb.

Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasov konkret olaraq xarici ölkələrin birində yaşamasa da, tez-tez dəbdəbəli mülkləri ilə gündəmi zəbt edir. 2006-cı il, sentyabrın 1-də Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli 2 mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə alan və bu mülk üçün 1,4 milyon funt-sterlinq ödəyən Y.Abbasovun daha çox İngiltərədə yaşadığı sirr deyil.

Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun oğlu Asif Əsədzadə Londonda təhsil alır. Son olaraq, o, bir il öncənin bu günlərində 90 HO 505 dövlət nömrə nişanlı "Porsche" London küçələrində "at oynatması" ilə gündəmə gəlmişdi. Onun cibində Britaniya vətəndaşı olmasını təsdiqləyən sənəd gəzdirdiyi barədə xəbərlər ara-sıra mətbuatda dolaşır.

Hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin də ailəsi Londonda yaşayır. Hələ C.Hacıyev həbs edilməmişdən bir müddət öncə ailəsinin cinayət məsuliyyətinə cəlb olunacağını duyub onları ölkədən çıxarıb.

Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov Azərbaycanda ali təhsil aldıqdan sonra Londona yollanıb. 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. A.Rəhimov evlidir və hazırda Londonda yaşayır. Onun da Böyük Britaniya vətəndaşlığı alması haqda məlumatlar var.

Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərzadə digər məmur övladlarından geri qalmır. Adı ilk dəfə Azərbaycan mətbuatının gündəminə təhsil aldığı Londonda özünün əvəzinə digər bir şəxsi imtahana yollaması ilə gəlmişdi. Məlum olmuşdu ki, E.Əsgərov Londonda olarkən "Credit Suisse" bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni özünün əvəzindən imtahan verməyin mümkünlüyünə inandırıb. Əvəzində hər imtahan üçün ona 2 min funt-sterlinq ödəmişdi (manatın indiki kursu ilə təxminən 4 min 500 manatdan artıq). Ceromi Elnar Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Qalmaqal haqda Britaniyanın nüfuzlu nəşrləri sayılan "The Yorkshir Post" və "The Daily Mail" də yazıb. Sonradan isə Elnar Əsgərovun Bakıya qayıtması barəsində məlumat yayılıb. O, Londonda təhsil alarkən adam bıçaqlaması haqda da xəbərlər vardı. E.Əsgərovun bıçaqladığı şəxsin milliyyətcə ingilis olduğu və hadisənin xuliqanlıq zəminində baş verdiyi bildirilirdi.

13 ildir həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun da ailəsinin böyük qismi xaricdədir. Onlar əsasən Almaniyada yaşayırlar.

Siyahını istənilən qədər uzatmaq olar. Görünən odur ki, iqtidar və müxalifət düşərgəsi üçün London daha cazibədar görünür. Doğrudur, müxalif kəsimin övladlarını bahalı olduğu üçün İngiltərədə oxutmaq imkanları zəifdir. Həm də bu düşərgənin öndə gedən simalarının Londonda mülkləri, yüksək məbləğdə maliyyə imkanları yoxdur. Yalnız AXCP sədri Əli Kərimli barəsində bunu deyə bilmərik ki, onun da oğlu oradadır.

Məmurların isə övladlarına London təhsili vermələrinə əsas səbəblərdən biri bu şəhərin çirkli pulların vətəni sayılmasıdır. Azərbaycan daxil, dünyanın hər yerindən məmurlar korrupsiya və rüşvətxorluqla mənimsədikləri pulları London banklarına yerləşdirirlər. Onlara nəzarət etmək üçün isə təhsil adı altında övladlarını İngiltərə göndərir, orada yaşamalarını təmin edirlər. Məmur övladlarının İngiltərədə vətəndaşlıq almalarınının asan olması da bununla əlaqədardır...

Tanınmış siyasət adamlarının xaricdə yaşayan övladları- SİYAHITanınmış siyasət adamlarının xaricdə yaşayan övladları- SİYAHI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2128   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

Bu qadağa fevralın 1-dək ləğv olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm

20 dekabr
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Sabah hava necə olacaq?

Dekabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimal

19 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr