"Kişisənsə, get iki dənə erməni öldür gəl" - Nazilə Səfərli

"Kişisənsə, get iki dənə erməni öldür gəl" - Nazilə SəfərliÖlkə.az saytının növbəti qonağı tanınmış xınayaxdı təşkilatçısı, şairə Nazilə Səfərlidir.
-Nazilə xanım, çox bərkə-boşa düşdünüz?

- Hələ öndə daha çox bərk- boş var. Elə bir bərk-boşlar təsəvvür edirəm ki, bu günə qədər yaşadıqlarımın yanında heç olacaq.

- Hissləriniz şübhəyə salırmı?

- Ağlın yolu həmişə insanı düz yola çəkər. Hissin yolu həmişə yollarda azdırar. Hər ikisindən də istifadə etmişəm.

- Deməli ağlın yolu xeyirlidir.

- Ağılla davrananda təbii ki, hər şey yaxşı olur. Ağıl hər zaman işə yaramır. Elə şeylər var ki, oranı ağılla keçə bilmirsən. Risk lazımdır.

- Ağlınıza batmayan nədir?

- Zaman- zaman çox şey olar. Amma indi ağlıma gəlmir. Həkimlərlə müqayisə edim: biri var terapevt, biri var cərrah. Xarakter olaraq cərraham. Gözüm su içməyən insanı dərhal kəsib atıram. Üzünə qarşı deməyə iradəm də var. Dəfələrlə olub. Demişəm ki, mən elə-belə Nazilə olmamışam. Mis qabda Nazilə olmamışam. Əziyyətlə Nazilə olmuşam. Sənin varlığın mənə ləkədir, məndən uzaq dur.

- Cərrah kimi əməliyyat edə bilməyəcəyiniz xəstəlik hansıdır?

- Allah uzağ eləsin, əgər, həyat yoldaşım pis olsaydı, uşaqlarımın xətrinə ömür boyu dözməli olardım. O artıq əməliyyat olunmaz bir şeydir. Və yaxud uşaqların pis olsa, ondan can qurtara bilməzsən ki... Pisi də sənindir yaxşısı da.

- Əlinizdən nə çıxdı?

- Əlimdən xəta da çıxdığı olur. Amma daha çox yaxşı iş çıxır.

- Hansı məsələlərə münasibət bildirməkdə birtərəf qalırsız?

- Ailə məsələlərində. Heç kimin ailəsinin məsələsinə qarışmıram. Oğlum da evlənsə, onun ailədaxili məsələlərinə qarışmayacam. Evlənənə qədər qarışacam ki, səhv addım atmasın. Evlənəndən sonra isə artıq onun yuvasıdır, özəlidir. Allaha şükür 20 yaşından özü pul qazanır. Ağlı var ki qazanır, düzdür? Bilirsiniz niyə xınalarda aktualam? O yaşda qızların, ağlı ilə mübadilə edə bilirəm. Onun fikrlərinə hörmət edə bilirəm. Qayınana ilə gəlin arasında olan mübahisələrin çözümü səbrdir. Qayınana illərin xanımıdır, amma gəlin isə təzədir. Bərkə-boşa düşməmiş, ata himayəsindən çıxır gəlir düşür ər himayəsinə.

- Qız anası olmaq çətindir, yoxsa ananın qızı?

- Ananın qızı olmaq çətindir. Çünki, ananın günahlarına görə qızı çox haqsız yerə cəzalar gözləyir. Analarımız, atalarımız bizim məcburi qohumlarımızdır. Biz dünyaya göz açanda onları seçmək şansımız olmayıb. Şansımız olsa bəlkə də qonşunun kişisini seçərdik. Bəlkə də o daha yaxşı atadır, o yaxşı anadır. Amma o şansımız olmadığı üçün, valideynlərimizə görə cəmiyyət bizi cəzalandırmamalıdır. O bizim günahımız deyil. Valideynlərimizə görə də mükafatlandırırlar. Filankəsin oğludur ona hörmət edək, filankəsin qızıdır ona keçək və s.

- Sizə görə də sizin övladlarınıza belə edirlər?

- Mənim övladlarım mənim adımdan sui-istifadə etmirlər. Heç bildirmirlər ki, anaları kimdir. Bəlkə də ataları məhşur olsaydı, deyərdilər, amma istəmirlər anaları ilə tanınsınlar.

- Təsəvvürünüzdə bəxtəvər qadın simvolu necədir?

- Bəxtəvər qadın şizofren qadındır. Normal qadın necə bəxtəvər olar? Bəxtəvər nəyə deyirsən? Ər çörəyi yeyənə? O bəxtəvər deyil. Azadlığı əlindən alınan qadının nəyi bəxtəvərdir? Əri hər həftə hədiyyə alan qadın bəxtəvər sayılmır. Evində soğan-çörək yeyən o qədər xoşbəxt qadınlar var ki..

- Qadınların azadlığı, müstəqilliyi sizi nə qədər qane edir?

- Adam var azadlığa buraxılanda heyvani azadlıq kimi tarazlıyır özünü. Bütün hisslərini də heyvani yaşayır, vəhşi kimi. Adam da var azadlıqdan yaxşı istifadə edir, elmə yönəldir özünü, savad alır, bilik alır, cəmiyyətə adaptasiya olur, özünə çevrə toplayır. Necə ki, adam var internetdən 18+ istifadə edir, adam da var kitab oxuyur. Fərqli şeylərdir bunlar.

- 18+ filmlər yavaş-yavaş cəmiyyətə daxil olur. Münasibət necədir bunlara?

- Əvvəl filmlərə baxırdıq, öpüşmə səhnəsi olanda gözlərimizi yumurduq. Mən hələ o ağıldayam. Atamızın anamızın yanında olmazdı. Elə şeylərə diqqət edirdik.

- Ruhunuz azaddı?

- Əlbəttə. Ruhum azad olmasa şeir yaza bilmərəm. Əsarət olar onda. Görürsünüz, düşündüyümü rahat danışıram sizinlə. Mənə qadağa qoyulsa, mən o mən olmayacam. Saxta olacam onda. Qorxumdan onda deyəcəm ki, görəsən evə gedəndə nə edəcəklər mənə bu sözümə görə.

- Bir qadını ən cazibədar göstərən xüsusiyyət hansıdır?

- Bir qadını ən cazibədar edən onun əlləri və baxışıdır. Ən cazibədar edən cəhəti onun xanımlığı və nazıdır.

- Taqətdən düşdüyünüz məqamlar olub yəqin ki..

- Əlbəttə. Əməyimə dəyər verilməyəndə taqətdən düşürəm. Bir iş görürsən, axırda gəlib deyirlər "nə idi bu?" , onda yorğunluğumu hiss edirəm. Ona qədər isə yorulmuram.

- Tələskən insansınız?
- Zaman-zaman.

- Bıçağınızın önü də kəsir, arxası da?

- Baxır nə kəsirsən. Bıçağımın arxası kəsirsə, o mənim sözümün kəsəridir. Əgər onü kəsirsə, o mənim ruzimdir.

- Pul əl çirkidir deyirlər. Əlinizdən çoxmu çirk çıxır?

- Tək mənim əlim elə pulla çirklənsin, başqa şeylə çirklənməsin. Bəzən də deyirlər "pul xoşbəxtlikdir". Çal- çağır Dilarə o gün çox gözəl bir söz işlətdi: "Xoşbəxtlik pulda deyil, madam ki, xoşbəxtlik yoxdur, heç olmasa pul olsun".

- Adamın bu dünyadan baş götürüb gedəsi gəlir.. Razı gəlirsiniz bu fikirlə?

- Dünya, aç qapını çıxım gedim. İnsan yaşadıqlarına baxır. Elə bir kədərli anlar olur ki, onda insan canından bezib deyir nəyə yaşıyırsane? Amma sonradan baxırsan ki, balaca bir tumurcuq səni xoşbəxt edir. Fikirləşirsən ki, bir tumurcuğa dodağın qaçırsa, onda həyat var, gül açılacaq.

- Kişi-qadın münasibətləri var ki, sizin baxışlarınız fərqlidir o məsələlərə. Kişi sərtliyi deyilən bir şey var. Bəzi qadınlar özlərinə qarşı sərtlik görəndə deyirlər əsl kişi belə olur. Bu məsələyə bir xanım olaraq münasibətiniz necədir?

- Baxışı sərt kişi güclü kişidir. Yoxsa ki, qolu sərt kişi arvadı vurur öldürür, səhər də durub görür ki, arvadın gözünün altı qaralıb. Bu, kişi deyil. Kişisən get iki dənə erməni öldür gəl.

- İçdən gələn obraza girib şeir yaza bilirsiniz?

- Çox. Məsələn, son zamanda yazdıgım "Ona deyin gəlməsin" şeirini obraza girib yazmışam. Filmlərdən təsirlənirəm, musiqinin təsiri altına düşürəm və yaxud da bir kəsin sevgi tarixçəsin dinləyirəm, maraqlı olur yazıram. Əvvəllər də olurdu.

- Əvvəllər yazdıqlarınız öz başınıza gələnlər idi?

- Deməzdim ki, öz başıma gələnlər. Təbii ki, elə şeylər var yaşamasan yaza bilməzsən. Birinin həyatını şeirə çevirəndə belə, öz həyatından nə isə olur orda. O insanın dərdini və yaxud eşqini özününküləşdirirsən. Sizin telefonunuzda necə səslər var, mənim də telefonumda o qədər şeirlər var. Yol gedə- gedə şeir gəlir, saxlayıb yazma imkanım yoxdur və səsi "zapis" edirəm.

- Xına mövzusunda bazar artıq genişlənib. Burada başı çıxan da var, çıxmayan da yönəlmək istəyir. Rəqabəti hara kimi aparmaq olar?

- Rəqabət var ki? Qıraqdan mənə kimisə rəqib tanıyırsınız? Mən onlarla rəqabət aparmıram. Mən elə mənəm. Tanınmış ayrı şeydi. Sabah tanınmış adlarından istifadə edib deyə bilərlər biz bu camiyədə varıq. Onlara da var çörək. Bu elə bir dövrdür ki, görün nə qədər şadlıq sarayı var. Onların yarısında bir gündə neçə dənə toy olur. Onların hamısına Nazilə, Xatun, Fatimə gedə bilməz. Biz 6-7 nəfərik. Ondan əlavə tanınmayan bilirsiniz nə qədər var? Mən rəqabətdə deyiləm. Bir dəfə birini yoxladım ki, görüm bu niyə belə qiymət qoyub? Eşitdim ki, mənimlə eyni qiymət qoyub. Mən də qiyməti qaldırmaq istəyirdim. Dedim niyə bu qiymətə gedirsən? Mənə dedi sən neçəyə gedirsən? Məndə bu gün getdiyim qiymətin iki qatını dedim. Səhər qəsdən yığdırdım onu ki, görüm qiymət nədir? Gördüm iki qat qiymət qalxıb yuxarı və mənə lazım idi bunu öyrənmək, mən də öz növbəmdə yarım qaldırdım. Bu yuxarıda gözləyənə qədər bir az işlədik. Birdə ki, ağlın var, gözün var, şüurun var. Bax gör kim kimdir də. Hər qazanın öz qapağı olan kimi, onu istəyən onu aparır, məni istəyən məni aparır. Elə insan var ki, mən ona çoxam və məni həzm edə bilmir. Necə ki, biz Füzulini həzm edə bilmirik. Şeirin oxuyuruq, qəzəlin oxuyuruq. 10 dəfədən sonra başımıza çəkiclə də vursalar, yenə beynimizə batmır. Çünki çox dərin- dəryadır. Bəzi insanlara da xına dünyasında mən çoxam.

- Hansı məsələ samanlıqda iynə axtarmaq kimi bir şeydir?

- Özümü çox da müşkülə salan insan deyiləm. Olanıma qane olanam. Filankəsdə var, mən də dəridən qabıqdan çıxım məndə də olsun, deyən deyiləm. Dollar qalxanda hamı qan ağlayırdı, amma mən gülürdüm. Deyirdim ən azından evimiz var çöldə qalmırıq, altımızda maşınımız var. Bundan sonra bir az az olsun, heç nə olmaz.

- Bir ara elə bil yoldaşınızın maaşından biraz narazıçılıq etmişdiz.

- Narazıçılıq etməmişdim. Onun qazandığı pul, mənə mənimkindən 100 dəfə artıq görünür. Jurnalist mənə sual verir ki, "Yoldaşınız sizi bahalı hədiyyələrlə sevindirirmi?" Mən yalandan durum deyim ki, mənim maşınımı yoldaşım alıb? Mən real danışmışam ki, yoldaşım 400 manat maaş alır. Bu məni necə təəcübləndirsin? Mən yoldaşımın halını anlayaraq demək istədim. Amma ayrı yerə yozdular. O gün sosial şəbəkədə birinə də sərt cavab verdim. Deyir ki, 9 minə toya gedirsən, ərinə niyə 5 minlik maşın alıb vermirsən? Mən də dedim ki, ərimə 5 minlik maşın yox, sənin kimi babat arvad lazımdır sürməyə. Birincisi mənim yoldaşım maşın sürə bilmir, neyniyir maşını? İkincisi də, mənim yoldaşım niyə arvad hesabına maşın alır ki? Bu insan mənim hesabıma bir pencək belə geyinməyib. Məşhurlar var onların yoldaşları qalın seplər taxır, toydan çıxan kimi pulunu alırlar. Hələ mənim yoldaşım bir dəfə məndən soruşmayıb nə qazanmısan? Hər dəfə də mənə minnətdar olub ki, uşaqları böyütməkdə mənə kömək etdin. Yoldaşımın 400 manat maaşından necə gileylənə bilərəm? Özü də yazıblar ki, guya evdə mənim sözüm keçir. Onu da elə deməmişəm. Demişəm ki, ayaqlarıma su enir toydan çıxanda. Mənim o zülümlə qazandığım pulu ərim özbaşına xərcləyə bilməz. Mən real danışmışam. Bunu kim özünə necə sərf etdisə, elə də yozdu. Həyat yoldaşım peyğəmbər kimi insandır.

- Sevib evlənmisiniz, ya necə?

- O məni çox sevirdi, amma mən heç bilmirdim sevirdim, yoxsa yox. 17 yaşım var idi bir də gördüm ərə gəlmişəm. Onun məni çox sevməsi mənim xoşuma gəldi. Zaman keçdikcə çox gözəl bir ailəm olduğunu dərk etdim.

- Son illərin sevgisi sizə görə nədir? Sevgi adiləşib, yoxsa?

- Sevgi var. Sevgi varla, pulla ölçülmür. Xınalarda gənclərin dilindən eşidirəm. Nişanlılar haqqında elə gözəl sözlər deyirlər ki, mən o oğlanı görmədən təsəvvür edirəm artıq. Nə qədər sürəcəyini bilən Allahdır. İnsan var yolla gedir qəzaya düşür. Optimist olmaq lazımdır.

- Elit təbəqələrdə xınalar aparırsınız. 1 nömrə kimi gedirsiniz. Bir növ yüksək təbəqələrin, məmurların xınalarında iştirak edirsiniz. Sponsor kimi müraciət edirlər sizə?

- Mən bəyləri görmürəm ki, onların xanımların görürəm. Onlar da hələ ki, mənə sponsorluq teklif etməyiblər. Məni cəmiyyətdə hamı çox zəngin, milyarder kimi tanıyır. Pulum olmadan da lap əvvəldən elə bilirdilər. Gözüm- könlüm tox olduğuna görə. Baxın, buradan durub gedən də çantamda pul olmaz, üzüyümün birin burada qoyaram, amma siz onu bilməzsiniz. Belə xarakterdəyəm. Gedim yoxsa kiməsə yalvarım ki, qurban olum, başına dönüm filan şeyi elə.

- Yatmış hormonlar var. Özünüzdə hiss etmisinizmi yatmış hormanları? Gələcəkdə belə bir hormon oyanıb baş qaldıra bilər?

- Mənə aid olan bütün hormonlarım çalışır. Normal insanam. Sevincim də, kədərim də hamısı yerindədir.

- Əlavə nə isə demək istəyirsiniz?

- Yayda konsertim olacaq. Ruhuma yaxın sənət yoldaşlarımı dəvət edəcəm. Çünki, xarici ölkədə verəcəm konserti. Anons etmirəm məni qabaqlaya bilərlər. Sırf mənim gecəm olacaq. Azərbaycanda elə bir gecə təşkil olunmayıb.

- Pulunuzu kəsən və ya verməyən olub?

- Bir dəfə olub hə. Amma çox böyük adam idi. Dedilər, səhv bilmişik, büdcə bu qədər ayrılıb, heç kimə ağız aça bilmərik. Təşkilatçı gəldi dedi ki, 1000 manat az olacaq. O adam bilsə, mütləq göndərərdi. Biz ya analarla, ya da təşkilatçılarla görüşürük. Ya da gəlinlərlə görüşürük. Gəlinlərlə də, ona görə münsaibət qururuq ki, gecəni evin adamı kimi idarə edək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3591   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021